Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skuba
Akvalanq (lat. aqua, su + lung, ağ ciyər) və ya skuba (ing. scuba) — su altında nəfəs almağa imkan yaradan fərdi dalğıc aparatı. 1943-cü ildə Fransada kəşf olunmuşdur. Akvalanq sıxılmış hava (təzyiqi 20–60 MPa) doldurulmuş iki balondan, hava verişini tənzim edən tənəffüs avtomatından ibarətdir. Sıxılmış hava reduktordan keçərək tənəffüs avtomatına daxil olur. Tənəffüs avtomatı dalğıcın nəfəs aldığı havanın təzyiqini tənzimləyir, nəfəslə verilən havanı isə suya buraxır. Akvalanq dalğıcın kürəyinə qayışla bağlanır. Ondan istifadə etməklə su altında 40 m dərinlikdə 8–10 dəq, 5 m-dən az dərinlikdə 1 saat qalmaq olur. Sıxılmış havanın tərkibindəki azot dalğıca narkotik təsir göstərdiyindən 40 m-dən çox dərinə üzmək məsləhət görülmür.
Sumba
Sumba (ind. Pulau Sumba) — İndoneziyaya məxsus olan və Kiçik Zond adaları qrupunda daxil olan adadır. Ada Hind okeanınında, Flores adasından cənubda Sumbava və Timor adaları arasında yerləşir. == Coğrafiyası == Adanın uzunluğu 300 km, eni isə 75 km təşkil edir. İqlimi ekvatorial-mussondur. Bu səbəbdə iki fəsilə bölünür: Quru mövsüm (iyun - oktyabr) və rütubətli yağışlar mövsümü (noyabr-mart). Yağıntının böyük miqdarı yanvar-fevral aylarında düşür. == Tarixi == Tarixi boyu ada sandal ağacı tədarükü ilə ixtisaslamışdı. Bu səbəbdən adanı sandal adası adlandırırdılar. Adaya ilk avropalılar 1522-ci ildə ayaq basmışlar.
Sumba boğazı
Sumba boğazı (ind. Selat Sumba) — Kiçik Zond adaları arasında yerləşən boğaz. Boğaz Kiçik Zond adalarını Sumba adasından ayırır. Savu dənizini Hind okeanı ilə birləşdirir. Gəmiçilik üçün böyük əhəmiyyət kəsb edir. Ərazisi müxtəlif Milli Parkların ərazisinə daxildir. == Coğrafiyası == Boğaz şimaldan Sape, Lintax və Molo boğazları ilə birləşir. Boğazın eni 45 km təşkil edir. Sahil xətti ərazisində dərinlik 200 metr, maksimsl dərinliyi isə 900 metri keçmir. Suyunun orta illik temoeraturu 30 °C-dir ki, bu isə digər boğazlardan 1-3 °C yuxarıdır.
Drujba neft kəməri
Drujba neft kəməri — Dünyadakı magistral neft boru kəmərləri sistemindəki ən böyüyüdür. 1960-cı illərdə SSRİ "Lengazspetsstroy" müəssisəsi tərəfindən Volqa-Ural neft və qaz bölgəsindən neftin Qarşılıqlı İqtisadi Yardım Şurasının sosialist ölkələrinə çatdırılması üçün qurulmuşdur: Macarıstan, Çexoslovakiya, Polşa və Şərqi Avropada yerləşən Almaniya Demokratik Respublikası. Boru kəməri marşrutu Samaradan Bryanska, oradan Mozira qədər uzanır, sonra iki hissəyə bölünür: şimal (Belarus, Polşa, Almaniya, Latviya və Litva ərazisi boyunca) və cənub (Ukrayna, Çexiya, Slovakiya, Macarıstan və Xorvatiya ərazisi boyunca). Sistemə 8900 km boru kəməri (bunun 3900 km-i Rusiyada), 46 nasos stansiyası, 38 aralıq nasos stansiyası daxildir. Ümumilikdə neft kəməri və anbar təsərrüfatlarında 1,5 milyon m³ neft vardır. Hər il "uzaq xaric" ölkələrinə 66,5 milyon ton , o cümlədən şimal budağı ilə 49,8 milyon ton ixrac olunur. Boru kəmərini Rusiyanın "Transneft" (daha doğrusu, "Transneft Drujba" ASC-nin strukturu)və Slovakiyanın "Transpetrol" şirkəti tərəfindən idarə olunur. Transneft Drujba ASC, həmçinin Baltik dənizindəki Rusiya dəniz limanları ilə Drujbanı birləşdirən Baltik Nəqliyyat Sistemi-II üzrədə fəaliyyət göstərir. 9 fevral 2012-ci ildə Oleg Valentinoviç Bogomolov "Transneft Drujba" ASC-nin baş direktoru təyin edilmişdir. == Tarixi == Boru kəmərinin inşasına 10 dekabr 1960-cı ildə başlanıldı, Əlmət inşaatın başlanğıc nöqtəsi oldu.
Frederik Şumba Hapunda
Frederik Şumba Hapunda — Zambiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-cü ildən)