Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Luçano Berio
Luçano Berio (24 oktyabr 1925[…], İmperiya[d], Liquriya – 27 may 2003[…], Roma) — eksperimental işi (xüsusilə 1968-ci ildəki "Sinfonia" kompozisiyası və Sequenza adlı virtuozik solo əsərlər silsiləsi) və elektron musiqi sahəsində qabaqcıl işi ilə tanınan italyan bəstəkarı.
Luçano Pavarotti
Luçano Pavarotti (it. Luciano Pavarotti; 12 oktyabr 1935[…], Modena, Emiliya-Romanya – 6 sentyabr 2007[…], Modena, Emiliya-Romanya) — italyan opera ifaçısı, lirik-dramatik tenor, XX əsrin ikinci yarısının ən məşhur opera ifaçısı. == Həyatı == Luçano Pavarotti İtaliyanın şimalındakı Modena şəhərində çörəkçi və müğənni Fernando Pavarotti və siqar fabrikinin işçisi Adel Venturanın ailəsində anadan olmuşdur. Ailə çox kasıb yaşamasına baxmayaraq, ifaçı öz uşaqlığını sevgiylə xatırlayırdı. İkinci Dünya müharibəsi vaxtı, 1943-cü ildə ailə şəhərdən köçməyə məcbur olur və qonşu kənddə 1 otaqlı ev kirayəyə götürür. Burada Pavarotti əkinçiliklə maraqlanmağa başlayır. 9 yaşlı Luçano atası ilə birlikdə kilsə xorunda oxumağa başlayır. Bundan başqa gənclik illərində professor Dondi və həyat yoldaşından bir neçə musiqi dərsi alır, lakin musiqi peşəsini davam etdirmək istəmir. Məktəbi bitirdikdən sonra özünə daimi peşə seçmək istəyir. Futbolla çox maraqlanır, hətta qapıçı olmaq istəyir, ancaq anası onu müəllim olmağa inandırır.