Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şlezviq
Şlezviq (alm. Schleswig‎, dan. Slesvig) — Avropanın şimalında tarixi vilayət, keçmiş hersoqluq. 1920-ci ildən, Birinci Dünya müharibəsinin nəticələrinə görə, hersoqluq Danimarka və Veymar Respublikası arasında bölünmüşdür. Hal-hazırda Aİ-nin Cənubi Yutlandiya-Şlezviq dövlətlərarası iqtisadi zonasını təşkil edir. == Siyasi sistem == Dövlət başçısı Danimarka kralı olan hersoq idi. Qanunverici orqan olan Şlezviq Əmlak Assambleyası mülkiyyət hüququ əsasında seçicilər tərəfindən seçilirdi. == Qanuni sistem == Ali məhkəmə Şlezviq-Holşteyn-Lauenburq Ali Apellyasiya Məhkəməsi idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Шлезвиг, герцогство // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Devid Selznik
Devid O. Selznik və ya Zelsnik (ing. David O. Selznick; 10 may 1902[…], Pitsburq, ABŞ – 22 iyun 1965[…], Hollivud, ABŞ) — ABŞ prodüseri, Hollivud tarixində ən böyük uğurlara imza atmış kinoprodüserlərdən biri. Onun rəhbərliyi altında XX əsrin "Kinq-Konq" (1933), "Küləklə sovrulanlar" (1939), "Rebekka" (1940) kimi ən möhtəşəm filmlərinə imza atılmışdır. == Həyatı == Devid Selznik 1902-ci ildə Pensilvaniyada yəhudi ailəsində anadan olmuşdur. Atası səssiz kino distribütoru Lüis C. Selznik idi. Devid Nyu-Yorkdakı Kolumbiya Universitetində təhsil almış və 1923-cü ildəki iflasa qədər atasının şagirdi kimi işləmişdir. 1926-cı ildə Selznik Hollivuda köçür və atasının əlaqələrini köməyilə Metro-Goldwyn-Mayer kino şirkətində ssenari redaktorunun köməkçisi kimi işə düzəlir. 1928-ci ildə MGM-i tərk edərək Paramount Pictures studiyasına üz tutur. Selznik orada 1931-ci ilə qədər işləyir. Bu, artıq onun RKO Pictures-in rəhbəri olduğu dövrə təsadüf edir.
Sredniy adası
Sredniy adası — Şimal Torpağının tərkib hissəsini təşkil edən Sedov arxipelaqı tərkibinə daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə yuyulur. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Coğrafiyası == Arxipelaqın qərb gissəsində yerləşir. Qərbində yerləşən Qolomyannıy adası ilə burunla birləşir. Burunun uzunluğu təqribi olaran bir kilometrə yaxındır. Adadan cənubda, mərkəzi hissədə 800 metr enə malik Sergey Kamenev boğazı Domaşniy adasından ayırır. 250 metr şimalda Otdelennıy yarımsdasından şərqdə Strela adası, Yakovski burnundan (burun məşhur qütb araşdırmaçısı, hidroqraf S. S. Yakovskinin (1927—1965) şərəfinə adlandırılmışdır) 1,2 kilometr şərqdə Fiqurnıy adası adası yerləşir. == Ümumi məlumat == Ada uzunsov formaya malikdir. Qərbində yerləşən Dvoynoy burnu ilə şərqində yerləşən Yakovski burnu arasında məsafə 24 kilometr, eni isə 0,5 - 1,3 km arasında dəyişir.
Srednıy yarımadası
Srednıy yarımadası — Rusiyanın şimalında yerləşir. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenq rayonu ərazisində yerləşir. Barens dənizinin sahillərində yerləşir. Materiki Rıbaçi yarımadası ilə birləşdirir. Ərazisi əsasən gil və qumla örtülüdür. Ən hündür nöqtəsi 334 metrdir. Tundra bitkiləri geniş yarılıb. Dənizin sahil hissəsi isti Nordkap cərəyanının sayəsində il boyu donma baş vermir. Sahil suları balıqlarla zəngindir. Yarımadanın yaxınlığında Aynov adası yerləşir, hansı ki Kandalaş qoruğunun bir hissəsini təşkil edir.
Xlebnıy adası
Xlebnıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Oktyabr İnqilabı adasından 4,5 km aralıda yerləşir. Universitetski buzlağının girişindədir. Xlebnıy adasından şimal-qərbdə axipelaqa aid digər adalar yerləşir:Sverdlov adası, Nezametnıy və Xitrıy. == Təsviri == Ada cənubdən şimala 700 m məsafədə uzanır. Eni 300 metrdir. Adada ən böyük yüksəklik 30 metrdir. Mərkəzi hissədə geodeziya məntəqəsi yerləşir.
Şlezviq-Holşteyn
Şlezviq-Holşteyn — Almaniyanın vilayətidir. Vilayətin paytaxtı Kil şəhəridir. Ərazisi cənubda Hamburq əyalətindən şimalda Danimarkaya qədər uzanar və Yutland yarımadasının cənub yarısını əhatə edir. Sahəsi 15.729 km²-dir. Şərqdə Baltik dənizi, qərbdə Şimal dənizi, cənub-şərqdə də Meklenburq-Ön Pomeraniya əyaləti ilə həmsərhəddir. == İqlimi == Şlezviq-Holşteyn, Qolfstrimin təsirində olduğundan qışlar və yazlar mülayim keçir. Orta illik temperatur 8 °C'dir. Nəmlik və yağıntı nisbətinin (orta illik 76 mm) yüksək olması bitkilərin inkişafına əlverişli bir mühit yaratmışdır. Əvəzində burada əsən güclü küləklər torpağın üst təbəqəsinin aşınmasına və qurumasına səbəb olur.
Devid O. Selznik
Devid O. Selznik və ya Zelsnik (ing. David O. Selznick; 10 may 1902[…], Pitsburq, ABŞ – 22 iyun 1965[…], Hollivud, ABŞ) — ABŞ prodüseri, Hollivud tarixində ən böyük uğurlara imza atmış kinoprodüserlərdən biri. Onun rəhbərliyi altında XX əsrin "Kinq-Konq" (1933), "Küləklə sovrulanlar" (1939), "Rebekka" (1940) kimi ən möhtəşəm filmlərinə imza atılmışdır. == Həyatı == Devid Selznik 1902-ci ildə Pensilvaniyada yəhudi ailəsində anadan olmuşdur. Atası səssiz kino distribütoru Lüis C. Selznik idi. Devid Nyu-Yorkdakı Kolumbiya Universitetində təhsil almış və 1923-cü ildəki iflasa qədər atasının şagirdi kimi işləmişdir. 1926-cı ildə Selznik Hollivuda köçür və atasının əlaqələrini köməyilə Metro-Goldwyn-Mayer kino şirkətində ssenari redaktorunun köməkçisi kimi işə düzəlir. 1928-ci ildə MGM-i tərk edərək Paramount Pictures studiyasına üz tutur. Selznik orada 1931-ci ilə qədər işləyir. Bu, artıq onun RKO Pictures-in rəhbəri olduğu dövrə təsadüf edir.
İkinci Şlezviq müharibəsi
Danimarka müharibəsi, Avstriya-Prussiya-Danimarka müharibəsi (qərb tarixşünaslığında həm də İkinci Şlezviq müharibəsi və Danimarka-alman müharibəsi kimi tanınır) — 1864-cü ildə Prussiya krallığı və Avstriya imperiyası ilə Danimarka arasında baş vermiş hərbi münaqişə. Prussiya ətrafında Almaniyanın birləşməsi prosesində baş verən ilk müharibələrdən hesab olunur. == Müharibənin səbəbləri == XIX əsrin ortalarında, Danimarka ilə şəxsi uniyada olan Şlezviq və Holşteyn şahzadələri üstündə Danimarka ilə Prussiya arasında rəqabət yaranmışdı. 1848-ci ildə 1850-ci ilə qədər davam edən müharibə başladı. Tamamlandıqdan sonra 1850 və 1852-ci illərin London protokollarına əsasən şahzadələrin əvvəlki statusu böyük dövlətlər tərəfindən təsdiqləndi. Holşteynin əhalisi demək olar ki, bütünlüklə almanlardan ibarət idi. Şlezviqdə isə - danimarkalıların dörddə üçü məskunlaşmışdı. Almanlar Şlezviqin cənub hissəsində məskunlaşmışdılar, almanlar demək olar ki, bütün böyük torpaq mülkiyyətçiləri idi. Danimarkanın özündə "Danimarka Eyderə qədər" şüarı altında Şlezviqin ilhaqı və Holşteynin tərk edilməsi istəyi üstünlük təşkil etdi. Danimarka kralı VII Frederikin sonsuz olması Oldenburq sülaləsinin sonu demək idi.
Oleniy (Kara dənizi)
Oleniy — ada Kara dənizində, Qdansk yarımadasından şimalda yerləşir. Sahəsi 1197 km² təşkil edir. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Böyük arktik qoruğu ərazisini təşkil edir. Materikdən dayaz Oleniy boğazı ilə ayrılır. Boğazın eni 2 km-dir. Adanın relyefi düzənlikdir. Burada göllər vardır. Ada əsasən Mamır, Şibyə və Tundra otları ilə örtülür.
Sredniy adası (Krasnoflotskie adaları)
Sredniy adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Şimal Torpağının cənubunda, Oktyabr İnqilabı adasından 22 km cənubda yerləşir. Daxil olduğu qrupun daxilində yerləşir. 2,5 km şimalda Bolşoy adası, 4,65 km aralıda isə Ploskiy adası yerləşir. == Təsviri == Qərbdən şərqə doğru 2,25 km məsafədə uzanır, eni 1,4 km-dir. Eni şərqə doğru artır. Buzdan tamamən azaddır. Adada iki yüksəklik vardır: 15 m (qərb) və 26 m (cənub-şərq). Sahilinə yaxın elədə böyük olmayan şirinsulu göl vardır.
Sredniy adası (Laptevlər dənizi)
Sredniy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəzi hissəsində, Oktyabr İnqilabı adasından 2,3 km şimalda, Ostrovnaya buxtası regionunda Blijnıy adasından 400 m şimal-şərqdə yerləşir. Uzunluğu 450 m təşkil edir. Adanın səthi hamardır.
Bolşoy Oleniy (Barens dənizi)
Bolşoy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. 2010-cu ilə olan məlumata görə qəsəbədə cəmi 6 nəfər yaşayır.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. == İstinadlar == == Mənbə == Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.
Malıy Oleniy (Murmansk vilayəti)
Malıy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. Əvvəllər Blijnı Oleniy və ya Alman Oleniyi adlandırılırdı. == Coğrafiyası == Ada 7 km uzunluğa, 1.5 km enə malikdir. Maksimal hündürlüyü 121,2 metrdir. Materikdən 510 m enə malik eyni adlı boğazla ayrılır. Qərb qutaracağına yaxın Konsevoy adacığı yerləşir. Sahillərində dalğaların hündürlüyü 4 metrə çatır.