Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Metrik tenzor
Differensial həndəsədə metrik tenzor – səthə toxunan iki v və w vektorlarını qəbul edib bir həqiqi ədəd qaytaran funksiyaya deyilir. Bu tenzor, vektorların Evklid həndəsəsindəki skalyar hasili ümumiləşdirir. Skalyar hasil, iki vektor arasındakı məsafə və bucağı təyin edən əməliyyat olduğu üçün, metrik tenzor, bu əməliyyatı istənilən növ çoxobrazlı üzərindəki vektorlar üçün etməyə imkan verir. Əgər istənilən sıfırdan fərqli v vektoru üçün g(v, v) > 0 şərti ödənilirsə, o zaman metrik teznor müsbət-müəyyən kimi xarakterizə olunur. Metrik tenzoru müsbət-müəyyən olan çoxobrazlıya Riman çoxobrazlısı deyilir. Riman çoxobrazlısında iki nöqtəni birləşdirən ən qısa əyri, geodezik adlanır. Beləliklə, Riman çoxobrazlısında uzunluq anlayışı olduğuna görə, yəni istənilən p və q nöqtəsi üçün p -dən q -ya qədər məsafəni hesablayan d(p, q) funksiyası mövcud olduğuna görə Riman çoxobrazlısı metrik fəza hesab olunur. Digər tərəfdən, metrik tenzora məsafə funksiyasının törəməsi kimi baxa bilərik: metrik tenzor çoxobrazlıdakı sonsuz kiçik məsafəni verir. Metrik tenzorun koordinat bazisinə görə komponentləri simmetrik matris təşkil edir. Bu komponentlər koordinat sisteminin dəyişilməsi zamanı kovariant çevrilməyə məruz qalır.
Vera Mençik
Vera Mençik (çex. Věra Menčíková; rus. Ве́ра Фра́нцевна Ме́нчик Vera Frantsevna Menčik; 16 fevral (1 mart) 1906, Moskva – 26 iyun 1944, Klapem[d], Böyük London)— qadınlar arasında şahmat üzrə ilk dünya çempionu (1927–1944). == Həyatı == Vera Mençik 1906-cı il fevralın 16-da Moskvada anadan olmuşdur. Milliyətcə çex olan atası 9 yaşında ikən ona şahmat oynamağı öyrətmişdir. Vera isə oxumağı, şəkil çəkməyi,teatra getməyi üstün tuturdu. Lakin məktəb birinciliyində iştirak etməsi onun sonrakı şahmat taleyini həll etdi. 1921-ci ildə ailəsi şahmat ənənələri ilə məşhur olan Qastinqs şəhərinə köçür. Burada Vera Macarıstan qrosmeysteri Geza Marotsidən şahmatın sirlərini öyrənir. O, çox az müddətdə tərəqqiyə nail olur.
Orlando Mecik
Orlando Mecik — Florida ştatının Orlando şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır. == Tarixi == Orlando Mecik NBA-ya 1989-cu ildə, liqanın genişləndiriliməsinin 2-ci mərhələsində Minnesota Timbervulvzla birlikdə Mayami ilə Şarlotdan bir il sonra qədəm qoyub. Əvvəlcə liqa rəhbərliyi 3 yeni komandanın yaranmasını nəzərdən keçirirdi. Onlardan biri Floridada yerləşməliydi. Lakin Mayami və Orlando ayrı-ayrılıqda liqaya çox əlverişli təklif göndərdiklərinə görə Asosasiya hər iki komandanı qəbul etmək məcburiyyətində qalır. Klubun adının seçimi üçün azarkeşlər arasında sorğu keçirilir. Nəticədə 4296 təklifdən Mecik seçilir. Komanda ev oyunlarını 20 min azarkeş tutumuna malik Amvay Sentrdə keçirir. Orlandonun ilk baş məşqçisi Mett Quokas olub.