Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Smolnı kafedralı
Smolnı kafedralı (rus. Смольный собор) — Peterburqun mərkəzində, Neva çayının sol sahilində yerləşən Smolnı monastırının memarlıq ansamblına daxildir. Bina həmçinin klassik musiqilərin ifa olunması üçün ayrılmış konsert meydançası hesab olunur (Rastrelli meydanı 3/1) 1740-cı ildə Rus çar taxtının varisi Yelizaveta Petrovna ömrünün son illərini yüz iyirmi nəcib qızların əhatəsində monastırın sülh və sakitliyində keçirmək qərarına gəlir. Artıq imperatriça olarkən, o gənc yaşlarında yaşadığı Smolnı (yəni "qatran") sarayının yerində monastır inşa etdirmək qərarına gəlir. Monastır kompleksinin tərkibinə ev kilsələri, kafedral, zəng qülləsi və nəcib ailələrdən olan qızlar ücün institut daxil olmalı idi. Kafedralın memarı — Françesko Bartolomeo Rastrellidir. Kilsənin təntənəli təməlqoyma mərasimi 30 oktyabr 1748-ci ildə keçirilmişdir. 1749-cu ildən tikinti işlərinə Rastrelli ilə birgə işləyən Kristian Knobel rəhbərlik etmişdir. 1751-ci ilə bütün hazırlıq və təməl işləri tamamlanmış və kafedralın tikintisinə başlanılmışdır. Tezliklə Prussiya ilə yeddiilik müharibə başlanılır və bu zaman inşaat üçün maliyyələşdirmə kifayət qədər olmur və tikinti işləri artıq aşağı templə davam edir.
Riçard Smolli
Riçard Smolli (ing. Richard Errett Smalley; 6 iyun 1943[…], Akron[d], Ohayo – 28 oktyabr 2005[…], Hyuston, Texas[…]) — amerikalı fizik, 1996-cı ildə Robert Kerl və Harold Kroto ilə birlikdə Karbonun yeni formalarının — fullerenlərin kəşfinə görə Nobel mükafatı aldı. Rays Universitetində universitet professoru, ABŞ Milli Elmlər Akademiyasının üzvü (1990 il). O, Miçiqan Universitetində oxuyub və 1965-ci ildə bakalavr dərəcəsini alıb. 1973-cü ildə Prinston Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. R. Smolli təhsilini və elmi dərslərini kimya sənayesindəki işiylə birləşdirdi, burada mühəndislik bacarıqları və idarəetmə təcrübəsi əldə etmişdir. Dissertasiyasını müdafiə etdikdən sonra Çikaqo Universitetinə daxil olan Smolli və həmkarları yeni bir istiqamət — səsdən sürətli axınlarda lazer spektroskopiyasını inkişaf etdirirlər. 1976-cı ildə ailəsi ilə birlikdə Texas ştatının Hyuston şəhərinə köçürlər və Rays Universitetində dosent kimi işləməyə başlayır. Spektroskopiya sahəsində işini davam etdirən Smolli, müxtəlif maddələrin lazerlə buxarlanması və sonradan səsdən sürətli axınlarda soyuması zamanı əmələ gələn atom klasterlərinin tərkibini təhlil edir. Bu texnikadan istifadə edərək, 1985-ci ildə Britaniyanın Sasseks Universitetindən universitet həmkarı Robert Kerl və Harold Kroto ilə əməkdaşlıq edərək, o, karbonun sferaya bənzər yeni formalarını — fullerenləri kəşf etdi.
Smolvil (teleserial, 2001)
Smallville — 2001-ci ildə çəkilişinə başlanan, Supermenin gəncliyini mövzu alan ABŞ serialı