Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şatoru
Şatoru (fr. Châteauroux) Parisi Tuluza ilə birləşdirən yol boyunca Orleanın cənubunda, Fransanın mərkəzində yerləşən (keçmiş Berri Hersoqluğu) Endr departamentinin inzibati mərkəzidir. Şəhər X əsrdə Şahzadə Raul de Deol tərəfindən salınmış olan bir qala ətrafında yaranmışdır; 1623-cü ilə qədər Şovigni baronlarına məxsus olmuşdur. Şəhərin rəhbərliyi tərəfindən hal-hazırda istifadə edilən mövcud qala binası ən geci XV əsrfə tikilmişdir. XV Lüdovik sevimlisi olan Markiz de Turnelə Şatoru hersoginiyası titulunu vermişdir. Əhalisi - 44960 nəfər təşkil edir (2012-ci ilin statistik məlumatlarına əsasən).
Buxar motoru
Buxar maşını — istilik maşını olub, istilik enerjisini qismən mexaniki enerjiyə çevirir. Tarixdə ilk buxar maşının ixtirası I əsrdə yaşamış, antik dövr mühəndisi İsgəndəriyyəli Herona məxsusudur. Onun düzəltdiyi Aeolipile adlı qurğu oyuncaq kimi tətbiq olunmuşdur. Ondan sonra Denis Papin və Tomas Savery XVII əsrin sonunda bir sıra sınaqlar aparmışlar. == Tarixi == Ancaq ilk dəfə praktikada tətbiq oluna biləsək buxar maşını XVIII əsrin əvvəlində ingilis mühəndisi Tomas Nyukomen (ingl. Thomas Newcomen) tərəfindən hazırlanmışdır. Nyukomenin buxar maşınının işləmə prinsipi istilik enerjisinin mexaniki enerjiyə çevrilməsinə əsaslanır. Maşının işçi kamerası içərisində kolba yerləşdirilmiş silindrdən ibarətdir (şəkil 1). Silindrin alt tərəfində, içərisində su qaynayan çən yerləşdirilir. Çənlə silindr ventil vasitəsilə əlaqələndirilir.
Elektrik motoru
Elektrik mühərriki — elektromexaniki çevrici olub elektrik enerjisini mexaniki enerjiyə çevirir. Elektrik mühərriklərində (EM) valda oturdulmuş dolaqlarda maqnit sahəsinin yaratdığı qüvvə nəticəsində hərəkət yaranır və beləliklə val fırlanır. Buna görə də, elektrik mühərriklər həm də generatorun əksi tərəfi kimi qəbul edilir. EM-lərdə çox vaxt fırlanma, bəzi hallarda isə xətti hərəkət almaq mümkündür. Bu mühərriklər müxtəlif iş maşınlarını hərəkət etdirmək üçün tətbiq olunur. == Təsnifatı == Sabit elektrik cərəyanla işləyən EM, Dəyişən elektrik cərəyanla işləyən EM, -Sinxron EM-lərin rotoru firlanma tezliyi ilə maqnit sahəsinin firlanma tezliyi ilə üst-üstə düşür. -Asinxron EM-lərdə rotoru firlanma tezliyi ilə maqnit sahəsinin firlanma tezliyi ilə üst-üstə düşmür. Addım mühərrikləri – bunlarda rotorun vəziyyəti addımlarla təyin olunur. Rotoru istənilən vəziyyətə döndərmək üçün lazımi dolağa cərəyan impulsu vermək lazımdır. Vəziyyəti dəyişmək üçün başqa dolağa impuls ötürülür.
Satoru Moçizuki
Satoru Moçizuki (d. 18 may 1964) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Satoru Yamaqişi
Satoru Yamaqişi (d. 3 may 1983) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 11 oyun keçirib.
Şatoru (rayon)
Şatoru (fr. Châteauroux) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Endr. Suprefektura — Şatoru. Rayon əhalisi 2006-cı ildə 130 283 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 52 nəf / km². Rayon sahəsi — 2524 km².
Şatoru FK
"Şatoru" (fr. La Berrichonne de Châteauroux) — 1883-cü ildə Şatoru şəhərində təsis edilən Fransa futbol klubu. Şatoru üçün ən böyük nailiyyət 2004-cü ildə Fransa Kubokunun finalına çıxmaq olur (Pari Sen-Jermen FK tərəfindən məğlub edilir). 1998-2015-ci illərdəki dövrdə klub, Fransa çempionatının ikinci ən güclü divizionu olan Liqa 2-də iştirak edirdi. Liqa 3-də iki mövsümdən sonra 2017/2018 mövsümündə "Şatoru" yenidən Liqa 2-də çıxış edir.
Smor
Smor- ABŞ və Kanadada populyar olan istirahət düşərgələrində tonqal ətrafında hazırlanan qəlyanaltı növü. İki parça qraham peçenyesi arasında tonqalda közərdilmiş zefir və şokolad parçasından ibarətdir. Hər il avqustun 10-u Milli Smor Günü olaraq qeyd edilir.
Soru
Soru — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Soru kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Bəzi tədqiqatçıların fikrincə, oykonim talış dilindəki so (həyət, təsərrüfat) və ru (çay) sözlərindən ibarət olub, "çay kənarındakı təsərrüfat" mənasındadır. Digər tədqiqatçılar isə hesab edirlər ki, oykonim talış dilində sə və ros sözlərindən yaranmışdır, mənası "başıuca" deməkdir, "düz dik yer" mənası da verir. Əslində oykonim türkdilli xalqların toponimiyasında geniş yayılmış soru (bataqlıq, dərə, çeyillik) sözündəndir. Altayda Soru (çay), Soruqlu (şəhər, qəsəbə), Soruqlu-Ayn (şəhər), Sorulu göl və s. qeydə alınmışdır. Əhalisi 1388 nəfərdir. 1859-1864-cü ilə olan məlumata əsasən Alaşa çayı sahilində yerləşən Soru kəndində 23 evdə 97 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla 155 nəfər şiə talışlar yaşayırdı. Soru kəndi Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücüm" (SAH) Xüsusi Təyinatlı Qüvvərinin miçmanı "Qarabağ orden"li Elvin Səfərovun kəndidir.
Aleatiko sortu
Aleatiko sortu — İtaliyanın üzüm sortudur. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən tünd-göy və qara rəngdədir. Sort İspaniya, Fransa, Ukraynada, Orta Asiya respublikalarında geniş əkilib-becərilir. Sort Qərbi Avropa sortları qrupuna (convar orentalis subconvar occidentalis Negr.) mənsubdur. == Yarpaqları == Yarpaqları orta ölçüdə (uzunluğu 12–16 sm, eni 11–15 sm), dəyirmi, bəzən oval formada, zəif yarılmış, 3–5 dilimlidir. Ayanın müstəvisi nisbətən düz, üzəri hamar olub, tünd-yaşıl rəngdədir. Yuxarı kəsikləri açıq, yaxud bağlı olub, tam bağlı, ellipsvari, yumurtavari formada, yaxud açıq, qayışşəkilli və ya liraşəkillidir. Aşağı kəsikləri girintili bucaq şəklindədir, yaxud izi görünür. Saplaq oyuğu bağlı, iti dibli, ellipsvari, bəzən açıq oxvari, liraşəkilli, yaxud enli-tağşəkillidir.
Aliqote sortu
Aliqote sortu — Fransanın yerli üzüm sortudur. Sort Avropanın 17 ölkəsində və ABŞ-da geniş əkilib-becərilir. Dünyanın üzümçülük ölkələrində 80 min hektara qədər əkin sahəsi vardır. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən sarı rəngdədir. Sort Qərbi Avropa sortları qrupuna (convar occidentalis Negr.) mənsubdur. Aliqote sortu Azərbaycan ərazisində XIX əsrin sonlarından əkilib-becərilir. == Yarpaqları == Yarpaqları orta ölçüdə, yaxud iri (uzunluğu 14-20 sm, eni 13-19 sm), dəyirmi formada, ayası dilimsiz, yaxud 5 dilimlidir. Yuxarı və aşağı kəsiklərinin izi görünür, yaxud girintili bucaq şəklindədir. Dilimlərin ucundakı dişciklər enli, iti uclu üçbucaqşəkilli, kənar dişciklər isə tərəfləri nisbətən qabarıq üçbucaqşəkilli-mişarvaridir.
Həməşərə sortu
Həməşərə sortu - Azərbaycanın ən qədim üzüm sortudur. Qiymətli yerli texniki üzüm sortlarındandır. Meyvəsi əsasən tünd-göy və qara rəngdədir. Yüksək məhsuldar sortdur. Barlı zoğların miqdarı 62,7%; bar əmsalı 0,76; məhsuldarlıq əmsalı 1,20; salxımların sayı 34 ədəd; salxımların orta kütləsi 256 qr; məhsuldarlığı 8,6 kq; hektardan məhsuldarlıq 191,1 s/ha təşkil edir. Sort Qara dəniz hövzəsi qrupuna (convar pontica Negr.) mənsubdur. == Yarpaqları == Yarpaqları orta ölçüdə (uzunluğu 14-18 sm, eni 13-17 sm), dəyirmi formada olub, 5 dilimlidir. Ayanın kəsikləri dərindir. Səthi torşəkilli qırışıqlı olub, tünd-yaşıl rəngdədir. Alt səthi isə nisbətən açıq rəngdədir.
Şotlu (Puldəşt)
Şotlu (fars. شطلو‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 630 nəfər yaşayır (136 ailə).
Şatoru-lez-Alp
Şatoru-lez-Alp (fr. Châteauroux-les-Alpes, oks. Chasteurós) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ambryon kantonuna daxildir. INSEE kodu — 05036. 2008-ci ildə əhalinin sayı 48 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 715 nəfər (15-64 yaş arasında) 557 nəfər iqtisadi cəhətdən, 158 hərəkətsiz (fəaliyyət göstərici - 77.9%, 1999-cu ildə bu göstərici 69.8%) idi. Fəal 557 nəfərdən 521 nəfər (278 kişi və 243 qadın) işləyir, 36 nəfər işsizdir (19 kişi və 17 qadın).
Sevi-Sorru-Çinarka
Sevi-Sorru-Çinarka (kors. Sevi-Sorru-Cinarca) — Cənubi Korsika departamentinin, Korsika reionunun 11 kantonlarından biri. INSEE kanton kodu - 2A10. Kanton Ayaçço rayonunda yerləşir . Kanton 2015-ci ildə yaradıldı. Sevi-Sorru-Çınarka, departamentin ən böyük sahəsi olan, lakin ən az məskunlaşmış kantonudur. 17 may 2013 tarixli qanuna və 14 fevral 2014 tarixli qərarına görə, Cənubi Korsika departamentində kantonların sayı 22-dən 11-ə endirildi. 2015-ci il seçkilərində bölmələrin kantonlara yeni bölgə bölgüsü qüvvəyə girdi. Beləliklə, Sevi-Sorru-Çınarkanın kantonu 2015-ci il martın 22-də formalaşmışdır. De-Sevi (9 kommun), Kruzini-Çınarka (13 kommun) və De-Sorru (11 kommun).
Motu-Nui
Motu-Nui adası (isp. Motu Nui) — Pasxa adasından cənubda yerləşən kiçik qayalıq ada. Bu ada öz növbəsində dəniz dibindən 2000 m ucalan bir sualtı dağın zirvəsidir. Motu-Nui Çilinin ən ucqar qərb nöqtəsi kimi tanınır. Dununla yanaşı adaya məşhurluq qazandıran digər amil onun xristianlığın gəlişinə qədər müqəddəs yer sayılması idi. Burada Onychoprion fuscatusun mövsümdə ilk yumurta qoyması ilə əlaqədar adət vardı. Bununla yanaşı o yaxınlıqda yerləşən bir neçə ada ilə birlikdə Okeaniyanın əl çatılmayan yeri olan Nemo nöqtəsinə ən yaxın quru parçasıdır. Motu-Nui yaxınlığında (3,9 ha) başqa iki qayalı adacıq vardır — Matu-İti (1,6 ha) və Matu-Kao-Kao (0,1 ha). Adalar yeganə sahinləri dəniz quşlarıdır. Patrick C. McCoy: The Place of Near-Shore Islets in Easter Island Prehistory.
Motu dili
Motu dili — motuların dili. Papua-Yeni Qvineyanın çoxsaylı dillərindən biri. Digər dillərlə müqayisədə daha yüksək mövqeyə sahibdir və daha geniş arealda — xüsusilə Port-Morsbidə daha çox yayılmışdır. Bəzən picin hiri-motudan (ölkənin digər rəsmi dillərindən biri) fərqləndirmək üçün "əsl motu" və ya "təmiz motu" kimi də adlandırılır.
Xiri-motu
Hiri-motu dili (həmçinin Polis Motu və ya Pidgin Motu kimi tanınır) Papua-Yeni Qvineyanın rəsmi dilidir. Hiri-motu dili, Motu dilinin sadələşdirilmiş bir versiyasıdır və qəti şəkildə nə bir picin və nədə kreol olsa da, hər iki dil növlərinin bəzi xüsusiyyətlərinə sahibdir.
Dumbbell Nan-Kiro Moteru?
How Heavy Are the Dumbbells You Lift? (azərb. Qaldırdığın hantellər nə qədər ağırdır?‎) və ya orijinal adı ilə Danberu Nan-Kiro Moteru? (ダンベル何キロ持てる?, azərb. Neçə kiloqram hantel qaldıra bilərsən?‎) – Yabako Sandroviç tərəfindən yazılan idman manqa seriyası. Seriya, 2016-ci ilin avqust ayından bəri Shogakukan nəşriyyatının Ura Sunday jurnalında və və MangaONE tətbiqində nəşr olunur. Doga Kobo tarafından istehsal olunmuş anime seriyası adaptasiyası 2019-ci ilin iyulun sentyabrına qədər yayımlanıb. == Məzmun == 17 yaşlı orta məktəb şagirdi Hibiki Sakura adi, lakin qarınqulu bir qızdır. Yavaşca genişlənən belinin paltarında problem yaratdığını başa düşərək yaxınlıqdakı idman salonuna yazılmaq qərarına gəlir.
Nojan-le-Rotru (rayon)
Nojan-le-Rotru (fr. Nogent-le-Rotrou) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Er və Luar. Suprefektura — Nojan-le-Rotru. Rayon əhalisi 2006-cı ildə 37 323 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 46 nəf / km². Rayon ərazisi — 811 km².
Outbreak Company: Moeru Shinryakusha
Outbreak Company və ya tam adı ilə Outbreak Company: Moeru Shinryakusha (アウトブレイク・カンパニー 萌える侵略者, Autobureiku Kanpanī: Moeru Shinryakusha, azərb. Üsyan şirkəti: Moe işğalçısı‎) — İçiro Sakaki tərəfindən yazılan, Yuuqen tərəfindən çəkilən ranobe seriyası. 2011-ci ilin dekabrından bu yana Kodansha tərəfindən 18 cildi işıq üzü görmüşdür. Kiri Kaciya tərəfindən hazırlanmış manqa adaptasiyası Kodansha nəşriyyatının "good! Afternoon" jurnalında 2012-ci ildən 2014-cü ilə kimi nəşr olunmuşdur. Anime adaptasiyası 2013-cü ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. Kano Şiniçi uşaqlıq dostuna qarşı bəslədiyi məhəbəttin qəmgin sonluqla başa çatmasından sonra otaku olan gənc oğlandır. Bir gün internetdə gəzərkən bir şirkətin otaku axtardığını görür və bütün testi bitirərək işə qəbul olunur. Amma Şiniçi bunun sadə bir iş olmadığını öyrənir, belə ki, iş Yaponiyada deyil, paralel dünyadadır. Yaponiya hökuməti bir gün təsadüfən bu paralel dünyaya keçid verən bir çat kəşf etmiş və bu çatdan həmin dünyaya keçərək oranın əhalisi ilə dostluq münasibətləri qurmuşdur.
Hiri-motu dili
Hiri-motu dili (həmçinin Polis Motu və ya Pidgin Motu kimi tanınır) Papua-Yeni Qvineyanın rəsmi dilidir. Hiri-motu dili, Motu dilinin sadələşdirilmiş bir versiyasıdır və qəti şəkildə nə bir picin və nədə kreol olsa da, hər iki dil növlərinin bəzi xüsusiyyətlərinə sahibdir.
Hiri Motu dili
Hiri-motu dili (həmçinin Polis Motu və ya Pidgin Motu kimi tanınır) Papua-Yeni Qvineyanın rəsmi dilidir. Hiri-motu dili, Motu dilinin sadələşdirilmiş bir versiyasıdır və qəti şəkildə nə bir picin və nədə kreol olsa da, hər iki dil növlərinin bəzi xüsusiyyətlərinə sahibdir.