Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Smilax
Mərəvcə (lat. Smilax) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinə aid bitki cinsi.
Savat
Savat (fr. Savate; digər adları: boxe française, fransız boksu, fransız kikboksu) — Parisdə küçə döyüşü kimi başlanan və müstəqil idman növünə çevrilmiş fransız döyüş sənəti. Savate XVIII əsrdə yaranmağa və inkişaf etməyə başlamışdır. Əvvəldən yalnız ayaqların istifadə edildiyi və əl zərbələrinin istifadə edildiyi bir idman idi. Əlləri çox az hücum üçün xidmət edərkən, əllər daha çox hücum üçün istifadə edildiyi üçün kapoeiraya bənzəyir. 1845-ci ildə bir Savate döyüşçü, Ouen Svift adlı ingilis boksçusu ilə döyüşməyə getdi, nəticədə Savate döyüşçüsünü tamamilə məğlub etdi. Bu, Fransız boksu adlandırılmağa başlanan döyüşdən sonra yumruqları birləşdirməyə başlayaraq başladı və inkişaf etdi. Bu döyüş idman növündən həm əllər, həm ayaqlar qərb boksu və ayaq zərbəsi ilə birləşdirilmiş şəkildə istifadə olunur. Müasir savatedə (fransız boksu) boks əlcəklərindən istifadə edərək zərbələr vurulur. Təpik zərbəsi (qabırbağaya, buruna, ayağa, dabana) vurulmasına görə müasir avropa (kikboksinq) və asiya (muay tay) analoqlarından fərqlənir.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Sivan
Sivan (Xoy)
Sivas
Sivas — Türkiyənin Sivas ilinin inzibati mərkəzi.
Tivat
Tivat (mont. Тиват/Tivat) - Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Şmidt
Şmidt — Almaniya soyadı. Alfred Şmidt (1898–1972) — Estoniyalı ağır atlet Brayan Şmidt (1967) — ABŞ-nin astronomiya və astrofizika sahəsində tədqiqatları ilə tanınan alim.
Aminat Abdulmanapova
Aminat Abdulmanapova (15 may 1946, Dahadayev rayonu, Dağıstan MSSR) — Sovet və dargin şairi, yazıçı, tərcüməçi, jurnalist və publisist. 1991-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü olur. 2000-ci ildən Rusiya Jurnalistlər Birliyinin və Şimali Qafqaz Yazıçılar Klubunun üzvüdür. Aminat Abdulmanapova Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisidir. 1985-ci ildə Moskvada gənc yazıçıların 8-ci Ümumittifaq toplantısının iştirakçısı olmuşdur. "Böyüyürük" kitabına görə beynəlxalq "Xeyriyyəçi", A. S. Qriboyedov və Rəsul Qəmzətov mükafatları laureatı olur. Dağıstan Respublikası Prezidentinin qrant mükafatçısıdır. Dağıstan Respublikası Prezidentinin və Mahaçqala Bələdiyyə Başçısının şəxsi saatı ilə təltif edilmişdir. Dağıstan Respublikası Başçısının və Dağıstan Respublikası Hökumətinin fəxri fərmanları, Rusiya və Dağıstan Yazıçılar Birliyi İdarə Heyətinin Fəxri Fərmanı, habelə Gürcüstanın Fəxri fərmanı ilə təltif edilmişdir. == Bioqrafiya == Atası Hacıyev Abdulmanap kəndin partiya təşkilatçısı olur.
Aminat Şayan
Aminat Şayan (1993, Male) — Maldiv adalarını təmsil edən üzgüçü. Aminat Şayan Maldiv adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aminat Şayan birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 50 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 34.30 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi. == Olimpiya Oyunları == Aminat Şayan birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 32.23 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Aminat Şayan Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 1:05.71 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Andre Salvat
Andre Salvat (1920 - 2017) — Fransa Ordusunun polkovniki.
Mıs Şmidta
Mıs Şmidta (rus. Мыс Шмидта) — Rusiya Federasiyası Çukot Muxtar Dairəsi, İultinski rayonunda yerləşəşən şəhər tipli qəsəbə. Qəsəbə Arktika araşdırmaşısı Otto Yuleviç Şmitdın şərəfinə adlandırılmışdır. Mıs Şmitda qəsəbəsi Otto Şmidt burnunda, Çukot dənizi sahilində yerləşir. Anadır şəhərindən 650 km şimalda qərarlaşır. Qəsəbəyə ən yaxın yaşayış məntəqəsi Rırkaypiy kəndidir. Şimal dəniz yolu üzərində yerləşməsi onun əhəmiyyətini artırır. Qəsəbənin salnmasına da səbəb bu olmuşdur. Otto Şmitd burnu Çukot dənizi sahillərində,Lonq boğazında yerləşir. Burun ilk dəfə 1778-ci ildə ingilis dəniz səyyahı Ceyms Kuk tərəfindən kəşf edilmişdir.
Smilax china
Çin mərəvcəsi (lat. Smilax china) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü.
Smilax glabra
Hamar mərəvcə (lat. Smilax glabra) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü.
Smilax medica
Vikram-samvat
Samvat təqvimi (Vikram-samvat) — Hindistanda geniş istifadə edilən təqvimdir. Burada günəş ilinin uzunluğu ay aylarının uzunluğu ilə əlaqələndirilir. Müasir Nepal təqvimi onun əsasında yaradılmışdır. Samvat təqvimindən əsasən Şimali və Mərkəzi Hindistanda istifadə olunurdu. Bu sistem əsasında hesablanma eramızdan əvvəl 57-ci ildən başlayır və hökmdar Vikramın və ya Vikramadityanın adı ilə əlaqələndirilir. Onu milli qəhrəman və ideal bir hökmdar kimi xarakterizə edən çoxsaylı əfsanələr həsr olunmuşdur. O, xarici işğalçıları Hindistandan qovan hökmdar kimi xatırlanır. Əfsanələrin çoxunda Vikramın xalqına xeyir vermək istəməsindən və özünü və şəxsi maraqlarını başqalarının xeyrinə qurban verməyə hazır olduğundan bəhs edilir. Hökmdar Vikram səxavətli olması, başqalarına xidməti, cəsarəti və təkəbbür olmaması ilə məşhurlaşmışdır. Sezar adı kimi Vikramadityanın adını da bir simvol və titul qismində ondan sonrakı bir çox hökmdarlar da öz adlarına əlavə etmişlər.
Denis Şmıqal
Denis Anatolyeviç Şmıqal (ukr. Денис Анатолійович Шмигаль; 15 oktyabr 1975, Lvov) — Ukrayna dövlət və siyasət xadimi, mühəndis-iqtisadçı, iqtisadiyyat üzrə fəlsəfə doktoru (2003). 4 mart 2020-ci ildən Ukraynanın baş naziri. 2019-cu il avqustun 1-dən 2020-ci il fevralın 5-dək İvano-Frankivsk Regional Dövlət Administrasiyasının sədri. Ukrayna baş nazirinin müavini — 2020-ci il fevralın 4-dən martın 4-dək icmaların və ərazilərin inkişafı üzrə nazir.
Elia Smiral
Elia Devid Smiral (ing. Elia David Cmíral, /ˈsmɪrəl/; 1 oktyabr 1950, Zlin) — Çexiya əsilli ABŞ bəstəkarı. O, film, televiziya, balet və video oyunları üçün musiqi bəstələmişdir. Smiral bir çox janrlarda çoxsaylı layihələr üzərində çalışmışdır. == Erkən həyatı == Elia Devid Smiral 1 oktyabr 1950-ci ildə Çexoslovakiyada, aktrisa və rejissorun ailəsində anadan olmuşdur. O,Antonin Dvorjakın şagirdlərindən birinin nəvəsi olmuşdur. Cmiral Praqa Konservatoriyasında təhsil almış, burada bəstəkarlıq və kontrabas oxumuşdur. O, İsveçə mühacirət etdi, burada bir sıra Avropa filmləri, televiziya şouları və səhnə əsərləri üçün bəstələmişdir. 1987-ci ildə ABŞ-aa köçmüş və burada Cənubi Kaliforniya Universitetində oxumuşdur.
Smilax excelsa
Hündür mərəvcə (lat. Smilax excelsa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü. Avropa, Kiçik Asiya və İranda təbii halda bitir. Hündürlüyü 15-20 m-ə, diametri 10-15 mm-ə çatan lianadır. Zoğları şirəli, lətli, qırmızıtəhər və çılpaqdır. Gövdələrinin uzunluğu 4-8 mm, iti iynələrlə örtülmüş, elastik, möhkəm, yaşılımtıl-boz rəngdədir. Yarpaqlari parlaq həmişəyaşıl, növbəlidir, dəyirmi və ya üçbucaq-yumurtavari, ucları sivriləşmiş, qaidə hissələri ürək şəklindədir. Yarpaq saplaqları tikanlı, qisadır. Çiçəkləri bircinsli, ikievli olub, yarımçətir şəklində, yaşilimtıl və ya yaşıl-qonur rəngdədir, uzunluğu 15-20 sm-dir. Salxım formalı qoltuq çiçəklərin uzunluuğu 4-10 mm, çiçək saplağının uzunluğu isə 5-7 mm-dir.
Şiva
Şiva (sanskr. शिव) — hinduizmdə ən qədim tanrılardan biri. Hinduizm üç tanrı prinsipini gözləyir və bu tanrılar Brahma (yaradıcı), Vişnu (Qoruyucu) və Şivadır (dağıdıcı). Sanskrit dilində Şiva boz-qara, civə rəngli deməkdir. Şivanın simvolu linqamdır, Yeri Göylə birləşdirən parlaq sütundur, fallik kultun nişanəsidir. Şivaya həmçinin məhsuldarlıq tanrısı kimi tapınırlar. Şivanın ikinci obraz-təzahürünə Nataracə adı verilib (burada nata rəqs, aktyor, racə isə sultan mənalarında anlaşılır). Beləliklə, dini rəvayətlər Şivanı "rəqs sultanı" təqdim edir. Şivanın arvadı mərasim rəqslərinin himayədarı olan Şaktidir (Sati və Parvati kimi başqa-başqa təzahürləri var). Mifologiya fil başlı Qaneşanı Şiva və Parvatinin oğlu kimi təqdim edir.
Erik Şmidt
Erik Emerson Şmidt (ing. Eric Emerson Schmidt; 27 aprel 1955, Vaşinqton, ABŞ[…]) — amerikalı iş adamı və 2001-2011-ci illərdə Google-un baş direktoru və 2011-2015-ci illərdə şirkətin icraçı sədri vəzifələrində çalışmış keçmiş proqram mühəndisi. O, həmçinin 2015-2017-ci illərdə Alphabet-in icraçı sədri və 2017-2020-ci illərdə Alphabet-də texniki məsləhətçi vəzifələrində çalışıb. 2022-ci ilin aprel ayında Bloomberg Milyarderlər İndeksi onun xalis sərvətini 25,1 milyard ABŞ dolları olaraq qiymətləndirdi. Bell Labs-da təcrübə keçən Şmidt 1975-ci ildə Unix kompüter əməliyyat sistemi üçün leksik analizatorlar yaradan proqram təminatı olan Lex-in müəlliflərindən biri idi. 1997-2001-ci illərdə Novell şirkətinin baş icraçı direktoru olub. Şmidt, Karnegi Mellon Universiteti, Apple, Prinston Universiteti və Meyo Klinikasının qəyyumlar şuraları da daxil olmaqla, akademik və sənayedə müxtəlif şuralarda çalışıb. O, həmçinin Milli Futbol Liqasındakı Vaşinqton Kommanders klubunda kiçik paya sahibdir. 2008-ci ildə, Google-un sədri olduğu müddətdə Şmidt Barak Obama seçki kampaniyasında iştirak etdi və daha sonra Erik Lender ilə birlikdə Obamanın Elm və Texnologiya üzrə Məsləhətçilər Şurasının üzvü oldu. Lender daha sonra Co Baydenin elmi müşaviri oldu.
Helmut Şmidt
Helmut Şmidt (alm. Helmut Schmidt‎; 23 dekabr 1918[…], Hamburq – 10 noyabr 2015[…], Hamburq) - alman dövlət xadimi. 1974-1982-ci illərdə Almaniya Federativ Respublikasının federal kansleri olmuşdur.
II Smbat
II Smabt Aşotyan (doğum tarixi bilinmir — 1044 və ya 1051) – 1040-cı ildən hakimiyyətdə olan Sünik knyazı. == Bioqrafiyası == II Smbat Sünik sülaləsinin Çxuk hakimi olan Aşotyanlar (Aşot oğulları anlamında Aşotyanlar soy adı erməni dilli mənbələrdə işlədilir) nəslindəndir. Ana xətti ilə Vasak Süninin (998—1040) nəvəsidir. Vasak Süninin hakimiyyəti dövründə onun sarayında yaşamış və böyümüş, ölümündən sonra isə taxta keçmişdir. “Knyazlar knyazı” məqamını isə qardaşı Qriqora vermişdir. 1040-cı ildə II Smbat 2000 nəfərlik ordu ilə Şəddadilər sülaləsindən olan Əbüləsvar Şavura qarşı döyüşdə iştirak etmiş və onun məğlub edilməsində mühüm rol oynamışdır. Bunun əvəzinə 1044-cü ildə Ərdəbil, Əhər və Lənkəranın müsəlman əmirləri Sünikə soxularaq onun mədəni-ruhani mərkəzi olan Tatevi ələ keçirmişlər. Müsəlmanların geri çəkilməsindən sonra II Smbat ömrünün sonuna kim Sünikin bərpa edilməsi ilə məşğul olmuşdur. Onun hakimiyyəti zamanı ölkə çiçəklənmə dövrünü yaşamışdır. 1044 və ya 1051 – ci illərdə II Smbatın ölümündən sonra taxta onun qardaşı I Qriqor keçmişdir.
I Smbat
I Smbat Saak - (doğum tarixi bilinmir — 998) – Sünik knyazlığının 987-ci ildən hakimiyyətdə olan ilk müstəqil knyazı. == Bioqrafiya == Knyaz I Smbat Sünik sülaləsindən olan Aşot Süninin dörd oğlundan biri – Saak Süninin oğludur. O, 963 - cü ildən 976 – cı ilə kimi Həkəri çayına qədər olan əraziləri – Çxuk və Balk havarlarını idarə etmişdir. 976 – cı ildən Sünik sülaləsinin varisi kimi Sünik taxtında əyləşmiş və 980 – ci ilə kimi Ani çarlığının vassalı kimi Süniki idarə etmişdir. 987 – ci ildə Azərbaycan ərazisindəki digər iki feodal dövlətinin - Rəvvadilər sülaləsindən Əbülhicanın və Xaçın knyazlığının dəstəyi ilə Sünik knyazlığının müstəqilliyini elan edərək Göyçə gölü sahillərini və Əlincə ərazisini Sünikə tabe etmişdir. Sünik tarixçisi Stepannos Orbeli yazır: “Sünik sülaləsindən olan böyük ər Smbatın başına tac qoyaraq onu taxta gətirdilər.” Hakimiyyətinin ilk dövrlərində I Smbat dövlət strukturlarını formalaşdırmış, ordunu modernləşdirmiş, tikinti-quruçuluq işləri ilə məşğul olaraq müdafiə sistemlərini və qalalrı bərpa etdirmişdir. 988 – ci ildə Əbülhicanın ölümüdən sonra Azərbaycan feodal dövlətləri zəifləmiş və I Smbat erməni Ani çarlığından vassal asılılığını qəbul etməyə məcbur olmuşdu. 991 – 992 – ci illərdə erməni hökmdarı I Qagik Süniki zəiflətmək üçün parçalamış Vayots-Zor, Çaxuk, şimali Çxuk ərazilərini Sünik hökmdarının idarəsindən ayırmış, Sünik hökmdarı yalnız tarixi Sünik ərazisinin cənubunda öz hakimiyyətlərini saxlaya bilmiş, bir müddət həmçinin Əlincə ərazisini də idarə etmişlər. 998 – ci ildə Sünik taxtına I Smbatın oğlu Vasak sahib çıxmışdı. I Smbat isə Tatev monastırında dəfn edilmişdi.
Jan Şmidt
Jan Şmidt (ing: Jeannette Marie Hoffman Schmidt, 29 noyabr, 1951) — ABŞ Konqresinin üzvü. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Ohayo ştatından seçilmiş Jan Şmidt uydurma "erməni soyqırımı"nı tanımadığı üçün ermənilərin qəzəbinə tuş gəlmişdir. J. Smidt bildirib ki, 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirmək doğru deyil: "Konqresin üzvü kimi heç vaxt "erməni soyqırımı" haqqında layihələrə səs verməmişəm. Hər zaman hesab etmişəm ki, bu məsələ Konqresin problemi deyil. Bu problemin birdəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil beynəlxalq komissiyanın yaradılması fikrini dəstəkləyirəm". J. Şmidt xatırladıb ki, ABŞ-nin bir sıra nüfuzlu alimləri də 1915-ci ildə baş vermiş faciəvi hadisələr üçün "soyqırım" ifadəsinin istifadəsinin doğru olmadığını bəyan ediblər. Bu alimlər arasında Prinston Universitetindən məşhur tarixçi Bernard Levis və Norman İtzkovits, Kaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən Justin Makkarti, Massaçusets Universitetindən Günter Levi və Brayan Vilyams, Boston Universitetindən David Fromkin, Brandis Universitetindən Aviqdor Levi, Tennessi Texniki Universitetindən Maykl Günter, Corc Vaşinqton Universitetindən Roderik Davidson, "Hunter" Kollecindən Pyer Oberlinq, Xarici Siyasət Araşdırmaları İnstitutundan Maykl Radu və hərbi tarixçi Edvard Erikson kimi nüfuzlu elm adamları vardır. J. Şmidtin bu mövqeyinə görə D. Qriqoryan adlı bir erməni millətçisi onun seçki kampaniyasına dəstək vermiş şəxslərin Türkiyə hökuməti ilə əlaqəsi olduğu iddiasını irəli sürüb. J. Şmidt D. Qriqoryanı məhkəməyə verərək bunun belə olmadığını göstərən sənədləri də şikayətinə əlavə edərək ona böhtan atanın seçki qanunlarını qəsdən pozduğunu bildirib və cəzalandırılmasını istəyib.