Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Smıslov
Vasili Smıslov (rus. Васи́лий Васи́льевич Смысло́в; 24 mart 1921[…], Moskva – 27 mart 2010[…], Moskva) — SSRİ və Rusiya şahmatçısı, beynəlxalq qrosmeyster və 1957-ci ildən 1958-ci ilə qədər şahmat üzrə dünya çempionu. Vasili Smıslov 1921-ci il martın 24-də Moskvada doğulmuşdur. İlk müəllimi atası olmuşdur. O, oğlunu ilk dəfə şahmatla 6 yaşında tanış etmişdir. Atasının zəngin şahmat kitabxanası balaca Vasilinin şahmat yaradıcılığının inkişafında mühüm rol oynamışdır. O, uşaq yaşlarından Pol Morfinin , Adolf Andersenin, Vilhelm Steynitsin görüşlərini öyrənmişdir. Alyoxinin Mənim ən yaxşı görüşlərim və Kapablankanın şahmat oyunun əsasları kitabları üzərində saatlarla oturardı. 1935-ci ildən Smıslov turnirlərdə çıxış etməyə başlayır. Tezliklə oyun tərzi ilə o, yaşıdları arasında fərqlənir.
Sistit
Sistit — sidik kisəsinin selikli qişasının iltihabı. Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20–25 %-i müxtəlif formada sistit keçirirlər, 10 %-i isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artırlar. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin 0,5 %-ində olur. Çox vaxt sistitlə qadınlar xəstələnirlər və bu onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sistitin səbəbi çox vaxt bağırsaq çöpüdür, bəzən xlamidiya, ureaplazma və kandida göbələkləri də onun səbəbi olur. Sistitə meyilliyi artıran bir sıra xoşagəlməz faktorlar da vardır: sidik kisəsinin divarlarında və kiçik çanaqda qan dövranının pozulması, məsələn, oturaq işdə (kompüter arxasında durmadan 4–6 saat işləmək), tez-tez və uzunmüddətli qəbzliklər, uzun müddət dar paltar, alt paltarı və corab geymək; immunitetin enməsi; sidiklə çıxan maddələrin sidik kisəsi divarlarına qıcıqlandırıcı təsir göstərməsi. Bu o halda baş verir ki, əgər siz çox kəskin qida və qızardılmış qidanı böyük miqdarda ədviyyatla qəbul edirsiniz. menopauza, diabetlə bağlı maddələr mübadiləsinin pozulması xəstəlikləri. Həkimlər, həmçinin, interstisial sistiti fərqləndirirlər.
Spilit
Spilit - albitləşmiş diabaz qrupuna aid olan paleotip bazalt süxur ("natriumlu bazalt"). Sualtı vulkanik püskürmə ilə əlaqədar olan lavalarda, araları, adətən, yəşəm tipli sementlə dolmuş kürəvi ayrılmaların olması və bu süxurların silisiumlu radiolariya süxurları ilə sıx assosiasiya onların su altında əmələ gəldiyini göstərir. Quruluşu mikrolit tipli, pilotaksit, yaxud intersertaldır. Mikrolitlər albitləşmiş plagioklazdan ibarətdir, onların arası isə xlorid və filiz mineralları (maqnetit, pirit, ilmenit), bəzən də dəyişilməyə uğramış hornblend və piroksenlə dolur. Spilit spilit-keratofir formasiya xarakter üzvü hesab edilir. Yer qabığının mütəhərrik zonalarının ilkin mərhələsi üçün səciyyəvidir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
İmişli
İmişli – Azərbaycan Respublikasının İmişli rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon mərkəzi Qaradonlu kəndindən İmişliyə köçürülmüşdür. 1944-cü ildə İmişli şəhər tipli qəsəbə, 1960-cı ildə isə rayon tabeli şəhər statusunu almışdır. 2006-cı ildə İmişlidə Azərsun Holdinq şirkətinin sərmayəsi ilə Cənubi Qafqazda ən böyük şəkər emalı zavodu olan İmişli Şəkər Zavodu açılmışdır. Zavoda bütövlükdə 97 milyon dollar sərmayə qoyulub. Zavod hər gün 1000 ton olmaqla il ərzində 300–350 min ton şəkər emal edəcək. 10 milyon dollar əlavə sərmayə qoyuluşundan sonra zavodun emal gücünün daha 50% artacağı planlaşdırılır. Zavodunun işçi heyəti 1.400 nəfərdir. 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi tatar dilində danışan şiə tatarlardan ibarət olmuşdur.
Şişlik
Tikə kabab, şişlik və ya şiş kabab — Azərbaycan mətbəxində bir yemək. Kababın növlərindən biri. Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur. Azərbaycan mətbəxinə aid olan qarssayağı tikə kabab qoyunun ətindən və böyrəyindən hazırlanır. Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.
Smilid
Smilid (q.yun. Σμῖλις) — e.ə. VI əsrdə yaşamış əfsanəvi qədim yunan heykəltəraşı və memarı. Dedalın müasiri olmuşdur. Smilid Egina adasından idi, Samos adasında yaşayıb işləyirdi. Onun adı heykəltəraşların fiqurları oymaq üçün istifadə etdiyi alət olan çiselin yunanca adından gəlir. O, Samosda Heranın taxta heykəlini düzəltmişdir. Rəvayətə görə, Smilid Feodor və Rek ilə birlikdə Lemnos labirintini tikmişdilər. Sankt-Peterburqda Smilid fiquru "Yeni Ermitaj"ın cənub fasadının taxçasında antik dövrün digər görkəmli rəssamlarının heykəlləri arasında quraşdırılmışdır.
Şişli
Şişli — İstanbul ilinin ilçəsi. 25 məhəlləsi olan Şişli, şərqdə Beşiktaş, şimal və qərbdə Kağıthanə və cənubda Bəyoğlu ilə həmsərhəddir. Sahili olmayan Şişli ilçəsində bir çox tarixi abidələr, iş yerləri, müasir ticarət mərkəzləri, mədəniyyət və incəsənət mərkəzləri var. 1954-cü ildə bir ilçə statusu qazanan Şişli, 1987-ci ildə Kağıthanənin ilçə statusu alması ilə iki yerə ayrıldı. Şimaldakı Ayazağa, Maslak və Huzur məhəllələri çoxluq təşkil edir, geridə qalan digər bölgələr ayrıca bir topluluq meydana gətirdi. Böyükdərə prospekti ilə əlaqəli olan bu iki məhəllədən biri, 2012-ci ildə Şişlidən ayrılmış, Sarıyerə bağlanmışdır. Şişlinin, o dövrdə şüşə ilə məşğul olan bir ailəyə aid olduğu və Şişlilər Köşkünün adına çevrildiyi və Şişli xalqının malikanəsindən çıxdığı haqqında bir şayiə var. Digər bir şayiə, Şişli adının hündürlüyü olan bir bölgədəki Bəyoğlu yaylasının topoqrafik ərazisindən çıxmasıdır. Rayonun ən qədim məhəlləsi olan Tatavlanın (Kurtuluş) XVI əsrdə qurulduğu iddia edilir. Eremya Çelebi Kömürcüyanın sözlərinə görə, XVII əsrdə Taksimdən Pangaltıya gedən yolun hər iki tərəfindəki qəbiristanlıqlar; 18-ci əsrdə Şişli və Mecidiyeköy bölgələrindən üzüm bağları və bağlar var idi.
Vasili Smıslov
Vasili Smıslov (rus. Васи́лий Васи́льевич Смысло́в; 24 mart 1921[…], Moskva – 27 mart 2010[…], Moskva) — SSRİ və Rusiya şahmatçısı, beynəlxalq qrosmeyster və 1957-ci ildən 1958-ci ilə qədər şahmat üzrə dünya çempionu. Vasili Smıslov 1921-ci il martın 24-də Moskvada doğulmuşdur. İlk müəllimi atası olmuşdur. O, oğlunu ilk dəfə şahmatla 6 yaşında tanış etmişdir. Atasının zəngin şahmat kitabxanası balaca Vasilinin şahmat yaradıcılığının inkişafında mühüm rol oynamışdır. O, uşaq yaşlarından Pol Morfinin , Adolf Andersenin, Vilhelm Steynitsin görüşlərini öyrənmişdir. Alyoxinin Mənim ən yaxşı görüşlərim və Kapablankanın şahmat oyunun əsasları kitabları üzərində saatlarla oturardı. 1935-ci ildən Smıslov turnirlərdə çıxış etməyə başlayır. Tezliklə oyun tərzi ilə o, yaşıdları arasında fərqlənir.
Kuybışev (İmişli)
Ölcələr (əvvəlki adı: Kuybışev) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə İmişli rayonunun Kuybışev kəndi Ölcələr kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Kənd əhalisinin sayı 546 nəfərdir ki, onun da 281 nəfəri kişi, 265 nəfəri isə qadındır.
Köndələlən mielit
Köndələlən mielit — nisbətən qısa müddətdə (bir neçə saatdan bir neçə günə kimi) başlayan onurğa beyninin müəyyən səviyyəsi ilə bağlı olan və struktur dəyişikliyi (məsələn, disk yırtığı) ilə müşahidə olunmayan sidik kisəsinə və bağırsaq funksiyasına nəzarətin pozulması ilə müşahidə edilən motor və sensor pozuntulardır. Bu DS-nin ilk təzahürü ola bilər, amma belə pasiyentlərin üçdə birində gələcəkdə heç bir həmlə müşahidə olunmur. Onurğa beyninin kəskin disfunksiyası olan hər bir şəxs təcili surətdə müayinədən keçməlidir, çünki onda cərrahi əməliyyatı tələb edən kompressiv zədələnmə ola bilər.
Muradxanlı (İmişli)
Muradxanlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 4433 nəfərdir ki, onun da 2301 nəfəri kişi, 2132 nəfəri isə qadındır. 1954 - cü ilə qədər köçəri həyat tərzi keçirmiş Muradxanlı, Əlipənahlı, Buludlu və Tanırqullar adlanan tərəkəmə kəndləri birləşdirilərək indiki yerdə daimi məskunlaşmışlar. Kənddə iki tam orta məktəb, mənəniyyət evi və bir 25 çarpayılıq xəstəxana mövcuddur. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq əkinçilik və ovçuluqdur. Muradxanlı kəndi ərazisində Muradxanlı neft yatağı fəaliyyət göstərməkdədir. Hazırda neft yataqların hər biri işlənmədədir. Muradxanlı neft yatağı Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq hissəsində, Kürdəmir şəhərindən 30 km cənubda yerləşir. Yatağın Zərdab sahəsi Muradxanlı neft yatağından şimal-qərbdə, Kür çayının sahilində, Zərdab şəhərindən 7 kilometr cənub-şərqdə yerləşir. Zərdab sahəsinin xeyli hissəsi bataqlıq və şoranlıqlarla örtülüb.
Mürsəlli (İmişli)
Mürsəlli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Məhəmmədli (İmişli)
Məhəmmədli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Məmmədli (İmişli)
Məmmədli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Məzrəli (İmişli)
Məzrəli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Məzrəli kəndi İmişli rayonu inzibati yaşayış məntəqələrtindən biridir. Araz çayının sağ sahilində , Mil - Muğan su kanalı boyu, Bakı- Horadiz şose yolunun kənarında yerləşir. Kəndin tarixi XVIII əsrə aiddir. Məzrəli kəndinin əhalisi Cənubi Azərbaycanın Şahsevən tayfaları və Qarabağın Cavanşir, Kəbirli, Bəcrəvan, Otuziki tayfaları ilə əlaqədardır. Nadir şah Əfşar hakmiyyətə gəldikdən sonra onun hakimiyyətini qəbul etməyən bu tayfalar Xorsana və Əfqanıstana sürgün olundu, lakin bəzi nəsillər Araz boyu meşələrə çəkilərək gizli olaraq məskunlaşdılar. Tədricən bu ərazilərdə adının mənşəyi "Məzrə və ya Mezra " kimi formalaşan və mənası "əkin yeri, düzən yer , mənasını verən Məzrəli adı bu cür formalaşdı. Əhalinin burada kütləvi məskunlaşması SSRİ dövründə baş verdi. Kolxoz quruculuğu və sosializm quruculuğu burada geniş miqyasda aparıldı. "Kalinin" kolxozu kimi tanınan Məzrəli kəndi hal hazırda İmişli rayonunun böyük yaşayış məntəqələrindən biridir.[mənbə göstərin] I Qarabağ müharibəsi zamanı 18 nəfər Məzrəli kənd sakini Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid oldu: Əliyev Rafael Balamirzə oğlu Qəmbərov Rəmzi Müvəkkil oğlu Süleymanov Azər Fazil oğlu Fətəliyev Sabir Kamil oğlu Nərimanov Mürşüd Nadir oğlu Nağıyev Nəriman Rüstəm oğlu Sadıqov Yaşar Dövlət oğlu Nəsirov Vasif Famil oğlu Sadıqov Valid İsfəndiyar oğlu Xəlilov Yusif Adna oğlu Bağırov Ramil Ənvər oğlu Qasımov Rasif Musavat oğlu Əsgərov Həbib İzzət oğlu Şirinov Qamət Teyyub oğlu Səfərov Nicat [1995-cildə Bakı metrosunda terror aktı nəticəsində həlak olub] Bağırov Ramil Ənvər Mehdiyev Əhliman Rəhman Quliyev Elçin Etibar Kənd əhalisinin sayı 6257 nəfərdir.
Oruclu (İmişli)
Oruclu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Oruclu kəndi Ağaməmmədli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Oruclu kənd Soveti yaradılmışdır.
Qaralar (İmişli)
Qaralar — Azərbaycan Respublikasının İmişli rayonunun eyni adlı kənd inzibati ərazi dairəsində kənd.
Qaraqaşlı (İmişli)
Qaraqaşlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 3643 nəfərdir ki, onun da 1781 nəfəri kişi, 1862 nəfəri isə qadındır.
Qaravəlili (İmişli)
Qaravəlili — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Qaravəlili kəndi Bəcirəvan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaravəlili kənd Soveti yaradılmışdır. Kənd əhalisinin sayı 1020 nəfərdir ki, onun da 502 nəfəri kişi, 518 nəfəri isə qadındır. Bəhram Saffan oğlu Zahidov — AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun direktorunun elmi işlər üzrə müavini, Hüquq elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Şamaxı, Sabirabad və Xəzər (Əzizbəyov) rayonlarının sabiq prokuroru. Zahidov Nazim Asəf oğlu (Nazim Zahid) — rus dili müəllimi, şair, Azərbaycan Yazıçılar birliyinin üzvü. Kənddə "Şıxlar" məscidi dini icması fəaliyyət göstərir.
Qulubəyli (İmişli)
Qulubəyli — Azərbaycan Respublikası İmişli rayon Xəlfəli kənd inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 2647 nəfərdir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Qulubəyli kəndi Muradalılı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qulubəyli kənd Soveti yaradılmışdır. Əhalisinin sayı 2647 nəfərdir.
Qızılkənd (İmişli)
Qızılkənd (əvvəlki adı: Semyonovka) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Semyonovka kəndi Qızılkənd və müvafiq olaraq Semyonovka kənd Soveti Qızılkənd kənd Soveti adlandırılmışdır. Qızılkənd adı kəndin ərazisində yerləşən erkən orta əslərə aid edilən Qızıltəpə qala-yaşayış yerinin adı ilə bilavasitə bağlıdır. Ehtimal ki, kəndin ən erkən variantda adı "Qızılvənd " olmuşdur , daha sonralar "vənd" ( "vənd" fars dilində saxlamaq, tutmaq daha geniş anlamda isə "məbəd,qala, nəsil " deməkdir, bu baxımdan ad: "qızıl qalası / qızılın qalası", "qızıl məbədi / qızılın məbədi ", "qızıl saxlanılan yer, məbəd və ya qala" anlamına gəlir) sözündə səs düşümü olmuş və yaşayış məntəqəsinin statusunu bildirən "kənd" sözü onun yerinə keçmişdir.Bunu da qeyd etmək lazımdır ki, 19 cu əsrdən əvvəl " kənd" sonluğu ilə bitən yaşayış məntəqəsi adlarına rast gəlinmir. Hələ XX əsrin 30-cu illərinin sonlarına kimi təpənin ətəklərində Qızılkənd kəndi mövcud olmuşdur, lakin sonralar kənd əhalisinin böyük əksəriyyətinin buradan Qazaxıstana sürgün olunması nəticəsində kənd xeyli boşalmış və əhalinin qalan hissəsi yaxınlıqda yerləşən və onların əvvəlki əkin-otlaq yeri olan XIX əsrin sonlarından isə rusların məskunlaşdırıldığı Semyonovka kəndinə köçmüşdürlər. SSSR-nin dağılmasından sonra Azərbaycan müstəqilliyinin ilk illərində, 7 fevral 1991-ci ildə müvafiq qərara əsasən kəndin tarixi adı özünə qaytarılmışdır. İndiki Qızılkənd köhnə Qızılkənddən təxminən 2 kilometr aralıda Rusiya imperiyası dövründə salınıb. Kəndin indi olduğu yer köhnə Qızılkənd əhalisinin otlaq və biçin yeri əraziləri olub. İqliminin əlverişli olması və qış otlaqlarının çoxluğu səbəbi ilə kənd ətrafı ərazilər Birinci Qarabağ müharibəsinə kimi Qarabağ camaatının ( XIX əsrə kimi Qarabağ xanlarının və bəylərinin) qışlaq ərazisi olmuşdur. Kənd ərazisinə rusların yerləşdirilməsində məqsəd Cənubi Azərbaycan türkləri ilə sərhəddə əlaqənin tam kəsilməsi və ərazilərin ruslaşdırılması siyasəti olmuşdur.
Qızıltəpə (İmişli)
Qızıltəpə— İmişli rayonunun Qızılkənd inzibati ərazi vahidində yerləşən hündür təpə. Bu abidə 2018,2019 və 2020-ci illərdə tarixçi Arxeoloq Mikayıl Mustafayevin rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar nəticəsində tədqiq olunmuş və bir sıra qiymətli maddi qalıqlar aşkar edilib. Qızıltəpədə aparılan arxeoloji qazıntılar nəticəsində Xll əsrə aid Eldənizlər dövlətinin pulları, Ox ucluqları ,800 ilə aid qalanın divarı, yaşı 800 ildən artıq olan təndir və çoxlu saxsı (keramika) qabların nümunələri tapılıb. İmişlidə yerləşən Qızıltəpə adlı yaşayış məskənində növbəti arxeoloji qazıntı işlərinə başlanılıb. Ərazidə orta əsrə aid gözətçi qalasının izləri üzə çıxıb. Ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru Mustafayev Mikayıl bildirib ki, Qızıltəpə yaşayış məskəni müxtəlif tarixi dövrləri əhatə edən abidədir: "Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı da bu ərazidə intensiv yaşayış məskənləri olub və bu kimi təpələr həmin dövrlər üçün əlverişli yüksəkliklər hesab edilib. Çünki bu qalalar üzərində inşa edilən gözətçi məntəqələri hücumların qarşısının alınmasında əhəmiyyətli rol oynayıb. Monqol yürüşləri zamanı bu ərazilər dağıntıya məruz qalsa da, Əmir Teymurun səfəri zamanı yenidən bərpa işləri aparılıb. Hazırda yerləşdiyimiz yer Qızıltəpə ərazisidir və ən böyük abidələrdən biridir. Bura artıq təpə yox, möhtəşəm qəsr hesab edilir.
Rəsullu (İmişli)
Rəsullu — Azərbaycan Respublikasının İmişli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kəndi rəsullu nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Kənd düzənlikdə yerləşir.
Sarxanlı (İmişli)
Sarıxanlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Semyonovka (İmişli)