Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Snoubord
Snoubord - qışa xas olan bir idman növüdür. Surfbord və skeytbordinqdən fərqi bu oyunun qar üstündə oynanmasıdır. Snoubord taxtalarının ümumiyyətlə uzunluğu 140-165 sm, genişliyi isə 24-27 sm arasında dəyişməkdədir. Həmçinin, boy və çəkiyə nisbətdə uzunluq dəyişir. == Tarix == 1960-cı illərdə snoubordun ilk təməlləri kiçik xizək tipində qoyuldu. Bu fikrin əsl sahibi Şerman Poppin idi. 1970-ci ildə Bob Vebber, Tom Sims, Ceyk Börton Karpenter, Çak Barfut və Dimitriye Miloviçdən ibarət sörf taxtası dizayn edən qrup tərəfindən düşünülmüş və prototipləri düzəldilmişdir. Bob Vebber 1972-ci ildə oyunun patentini alaraq ilk rəsmi Snoubordu ixtira etmişdir. Əvvəllər Snoubord yarışmalarına qatılan universitet tələbəsi Börton daha sonra bunu təkmilləşdirməyi fikirləşmişdir. Snoubord ilə əvvəldən maraqlananlar bu soyadların bəzilərini çoxdan eşitmişdirlər.