Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bozdağ
Bozdağ — Naxçıvan Muxtar Respublikasında dağ. Bozdağ — Abşeron yarımadasının qərb hissəsində, Qobu qəsəbəsindən şimalda böyük palçıq vulkanı. Bozdağ — Abşeron yarımadasında, Hökməli qəsəbəsindən qərbdə palçıq vulkanı. Bozdağ — Abşeron yarımadasının cənub-qərbində Güzdək qəsəbəsi yaxınlığında palçıq vulkanı. Bozdağ — Ağdam rayonunda, Xaçınçayın sağ sahilində dağ. Bozdağ — Goranboy rayonunun Qızılhacılı kəndindən şimal-şərqdə dağ. Bozdağ — Əli Bayramlı rayonunda, Bəndovan kəndindən şimalda dağ. Bozdağ — Şəki rayonunun Şin kəndindən şimal-şərqdə Baş Qafqaz silsiləsinin zirvəsi. Bozdağ — Şəki rayonunda Daşüz silsiləsinin zirvəsi. Bozdağ — Mingəçevir su anbarıdan cənubda, Gəncəçaydan sağ tərəfdə dağ silsiləsi.
Cozdan
Cüzdan – İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,393 nəfər və 1,561 ailədən ibarət idi.
Sokrat
Sokrat, Sokrates və ya Süqrat (yun. Σωκράτης, e.ə. 469, Afina – 15 fevral e.ə. 399, Afina) — Qərb fəlsəfəsinin yaradıcılarından biri sayılan klassik yunan filosofu, Platonun müəllimi. Antik yunan filosofu Sokrat e.ə. 469-cu ildə Afinada dünyaya göz açıb. Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət edib. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak etmişdi.
Yozgat
Yozqat — Türkiyənin Yozqat ilinin inzibati mərkəzi.
Yozqat
Yozqat — Türkiyənin Yozqat ilinin inzibati mərkəzi.
Suzdal
Suzdal — Rusiyanın Vladimir vilayətində şəhər-qoruq, Suzdal rayonunun inzibati mərkəzi. Şəhər kimi 1024-cü ildən mənbələrdə adı çəkilir. Tərkibində yeganə yaşayış məntəqəsi kimi şəhər qəsəbəsi statusu ilə Suzdal şəhərinin bələdiyyə quruluşunu təşkil edir. Əhalisi - 9286 nəfər (2021). Vladimirdən 26 km şimalda, Nerlin çayının qolu olan Kamenka çayının sahilində yerləşir. Rusiyanın qızıl halqasına daxildir. Suzdal Rusiyanın ən qədim şəhərlərindən biridir. XII əsrdə knyazlığın paytaxtı oldu, Moskva isə sadəcə ona tabe olan yaşayış məntəqələrindən biri idi. Hazırda Suzdal Rusiyanın qızıl halqasının şəhərlərinin ən kiçiyidir, lakin burada 40-dan çox tarixi əhəmiyyətli abidə və 200 memarlıq obyekti var. Bu abidələrin bir neçəsi YUNESKO-nun Ümumdünya İrs Siyhısında qeydiyyata alınıb.
Yozat
Yozqat — Türkiyənin Yozqat ilinin inzibati mərkəzi.
Bozdağ (Naxçıvan)
== Toponimik izah == Bozdağ (Bozağıl) — Şərur rayonunun Dəmirçi kəndinin şimalında dağ. Dağın adı onun üst süxurunun boz rəngli gildən ibarət olması ilə əlaqədardır. Yerli əhali içərində Bozagil də adlanır. == Geomorfologiyası == Sədərək rayonu ərazisində dağ (hünd. 1182,7 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında, Bağırsaqdərəçayın aşağı axımında, Dəhnə-Vəlidağ tirəsinin şimal-şərq qurtaracaqında zirvə. Dəmirçilər kəndindən 7 km şimaldadır. Təpəsi Alt Karbon (Bozdağ lay dəstəsi) və Üst Perm (Qızılqaya lay dəstəsi) yaşlı əhəngdaşılardan təşkil olunmuş, şimala doğru alçalan günbəzvari yüksəklikdir. Yamaclarında Alt Karbona aid Dizə və Goranqalası lay dəstələrinin, cənub ətəyində isə Üst Devona aid Payadərə lay dəstəsinin əhəngdaşıları açılır. Hər tərəfdən Üst Miosen və Pleystosen çöküntüləri ilə əhatə olunmuşdur.
Bozdağ (dəqiqləşdirmə)
Bozdağ — Naxçıvan Muxtar Respublikasında dağ. Bozdağ — Abşeron yarımadasının qərb hissəsində, Qobu qəsəbəsindən şimalda böyük palçıq vulkanı. Bozdağ — Abşeron yarımadasında, Hökməli qəsəbəsindən qərbdə palçıq vulkanı. Bozdağ — Abşeron yarımadasının cənub-qərbində Güzdək qəsəbəsi yaxınlığında palçıq vulkanı. Bozdağ — Ağdam rayonunda, Xaçınçayın sağ sahilində dağ. Bozdağ — Goranboy rayonunun Qızılhacılı kəndindən şimal-şərqdə dağ. Bozdağ — Əli Bayramlı rayonunda, Bəndovan kəndindən şimalda dağ. Bozdağ — Şəki rayonunun Şin kəndindən şimal-şərqdə Baş Qafqaz silsiləsinin zirvəsi. Bozdağ — Şəki rayonunda Daşüz silsiləsinin zirvəsi. Bozdağ — Mingəçevir su anbarıdan cənubda, Gəncəçaydan sağ tərəfdə dağ silsiləsi.
Bozdağ silsiləsi
Bozdağ silsiləsi – Azərbaycan Respublikasında dağ silsiləsi. Acınohur ön dağlığının (Böyük Qafqaz) cənub hissəsi. Qanıxçayın (Alazançay) mənsəb hissəsindən başlayıb cənub-şərq istiqamətində Girdimançayadək davam edir. Uzunluğu təqribən 150 km, hündürlüyü təqribən 500 m-dir. == Geoloji quruluşu == Silsilə Mingəçevir su anbarının sağ sahili ilə qərbdən şərqə uzanır. O, Mingəçevir şəhərində Kür çayı tərəfindən kəsilərək, iki hissəyə ayrılmışdır. Bozdağ silsiləsinə Qocaşen, Axar-Baxar, Arçandağ, Surxayxan silsilələri və Göy-çay tirəsi daxildir. Bozdağ silsiləsinin ən uca zirvəsi Babaeldağ ilə Qazanlı dağı arasında yerləşmiş 520 m-lik adsız zirvədir. Neogen və Antropogen sistemlərinin gil, qum, qumdaşı, konqlomerat və s. süxurlarından ibarətdir.
Cill Saddat
Cill Saddat (9 sentyabr 1971) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Cill Saddat Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Cill Saddat Olimpiadanın qalibi olub.
Mehmed Bozdağ
Mehmet Bozdağ (türk. Mehmet Bozdağ; 1 yanvar 1983, Kayseri) — türk senarist, prodüser və rejissor. == Bioqrafiya == Mehmet Bozdağ 1 yanvar 1983-cü ildə anadan olub. Sakarya Universtitetində təhsil alb."Ustalar, alimlər və sultanlar","Könül oğrusu","Diriliş:Ərtoğrul" və "Yunus Əmrə" seriallarına və filmlərinə prodüserlik və senaristlik etmişdir. İndi isə "Quruluş:Osman" serialına prodüserlik və senaristlik etməkdədir.
Mehmet Bozdağ
Mehmet Bozdağ (türk. Mehmet Bozdağ; 1 yanvar 1983, Kayseri) — türk senarist, prodüser və rejissor. == Bioqrafiya == Mehmet Bozdağ 1 yanvar 1983-cü ildə anadan olub. Sakarya Universtitetində təhsil alb."Ustalar, alimlər və sultanlar","Könül oğrusu","Diriliş:Ərtoğrul" və "Yunus Əmrə" seriallarına və filmlərinə prodüserlik və senaristlik etmişdir. İndi isə "Quruluş:Osman" serialına prodüserlik və senaristlik etməkdədir.
Saqdat Sadıkov
Saqdat Kabiroviç Sadıkov (qaz. Сағдат Қабірұлы Садықов; 29 iyul 1973, Ust-Kamenoqorsk) — Yüngül çəki dərəcəsində Qazaxıstanı təmsil edən cüdoçu. 1990-cı illərin sonlarında Qazaxıstanın yığmasında iştirak edirdi. 2000-ci illərin ortalarına qədər bir neçə yarışda Qırğızıstanı təmsil etdi. İki Yay Olimpiya Oyunlarının iştirakçısı, Asiya Çempionatının gümüş medalının sahibi, Osakada keçirilən Şərqi Asiya Oyunlarının və Düşənbədə keçirilən Mərkəzi Asiya Oyunlarının bürünc mükafatçısı, milli və beynəlxalq turnirlərinin bir çox yarışlarının qalibidir. Saqdat Sadıkov 29 iyul 1973-cü ildə Qazaxıstan SSR-in Şərqi Qazaxıstan vilayətinin Ust-Kamenoqorsk şəhərində anadan olmuşdur. Yüngül çəki dərəcəsində Kanadada keçirilən tələbələrin dünya çempionatında bürünc medalı qazanmışdır. İlk dəfə turnirlərdə 1996-cı il mövsümündə iştirak etmişdir. Bir il sonra Parisdə keçirilən Sülh Kuboku turnirində ilk dəfə çıxış etmişdir. Növbəti ildə də Moskvada keçirilən Sülh Kuboku turnirində iştirak etmişdir.
Sovqat (1942)
Filmdə müharibə illərində arxa cəbhədə çalışan zəhmət adamlarının üzərinə düşən ağır sınaqlardan, onların döyüşçülərimizə köməyindən söhbət gedir. Filmdə rejissorların hələ 1939-cu ildə yarımçıq qoyduqları "Ayna" filminin kadrlarından istifadə edilmişdir. 1942-ci ildə iki film birləşdirilmişdir. Quruluşçu rejissor: Hüseyn Seyidzadə, Niyazi Bədəlov Ssenari müəllifi: İmran Qasımov, Ənvər Məmmədxanlı Quruluşçu operator: Əsgər İsmayılov, Seyfulla Bədəlov Quruluşçu rəssam: Əlisəttar Atakişiyev Səs operatoru: İlya Ozerski Rejissor assistenti: Məmməd Əlili Filmin direktoru: Teymur Hüseynov Leyla Bədirbəyli (Leyla Cavanşirova kimi) — Ayna Ələsgər Ələkbərov — Ayaz Əzizə Məmmədova Rza Darablı Əhməd Qəmərlinski Rəşid Atamalıbəyov Mirmahmud Kazımovski Möhsün Sənani İsmayıl Əfəndiyev Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Yozqat ili
Yozqat ili — Türkiyədə il. 1960-2008 illər arası ilin əhalisi 20,33% artmışdır.
Sokrat metodu
Sokrat metodu və ya Sokratik metod — qədim yunan filosofu Sokratın adını daşıyan, həqiqətin və biliklərin hazır formada verilməməlidi, problemi ifadə edən və axtarış tələb edən iki fərd arasındakı dialoqa əsaslanan üsul. Bu üsul tez-tez həmsöhbətin verilən suallara cavab verərək, mühakimələrini (hökm) ifadə etdiyi, biliyini və ya əksinə, məlumatsızlığını ortaya qoyduğu bir müzakirəni əhatə edir. Sokrat metodu hipotezlərin aradan qaldırılması (həll edilməsi: müsbət və ya mənfi) üsuludur, burada tərəflərdən birinin təşəbbüsü bəzi hallarda özünü bilikli hesab edən həmsöhbətin özünəinamını azaltmağa və ona nəinki heç nə bilmədiyi, üstəlik dar düşüncəli bir insan olaraq qalmasından, cahilliyindən şübhələnmədiyini belə sübut etməyə yönəlmişdir. Digər hallarda həmsöhbəti özünü tanımağa, eləcə də özündə əvvəllər gizli, qeyri-müəyyən və hərəkətsiz qalan tərəflərin aşkara çıxarılmasına və aydınlaşdırılmasına yönəldilməsi nəzərdə tutulurdu. Sokrat özü bu metoda “aşkarlamaq” adını vermişdir. Bu metodda birinci hal “ironiya” adlanırdı. Sokrat sonuncu halda həmsöhbətin beynində həqiqətin “doğuşunu” təşviq etmək üçün bir vasitə hesab edirdi. O, bu metodu "mayevtika" adlandırırdı. Aristotel elmi metodun əsası hesab etdiyi tərif və induksiya metodlarını kəşf etməkdə Sokrata borclu idi.
Heval Bozdağ
Heval Bozdağ (1977, Ağrı ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Heval Bozdağ 1977-ci ildə Ağrı ilində anadan olub. 2000-ci ildə Cümhuriyyət Universiteti Tibb Bölməsindən məzun olub. 2008-ci ildə İzmir Təhsil və Araşdırma Xəstəxanasında ixtisaslaşmanı bitirib. Ağrı Dövlət Xəstəxanasında çalışıb. Ağrı Tibb Palatasının Baş Katibi, Səhiyyə və Sosial Xidmətlər İşçiləri İttifaqının (SES) Ağrı şöbəsinin sədri və Ağrı Tibb Palatasının sədri vəzifələrində təmsil olunub. İnsan Hüquqları Dərnəyinin və KLİMİK Dərnəyinin üzvüdür. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Ağrı ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Plan və Büdcə Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Peritan Bozdağ
Peritan Bozdağ (15 iyun 1999, Çeşmə, İzmir ili) – Türkiyə Qadınlar Superliqasında çıxış edən "Fatih Vatan Spor" klubunda hücumçu kimi çıxış edən futbolçu. Türkiyədə anadan olub, Azərbaycanın qadınlardan ibarət milli komandasında çıxış edir. == Klub karyerası == Bozdağ 2015–2021-ci illərdə Türkiyədə "Konak Belediyespor" və "Hakkarigücü Spor"da çıxış edib. 2021–22 Türkiyə Super Liqası mövsümündə "Altay"a transfer oldu. 2022–23 Türkiyə Super Liqası mövsümündə Fatih Vatan Sporda çıxış edib. == Beynəlxalq karyerası == Bozdağ Azərbaycan yığmasında debütünü 11 iyun 2021-ci ildə Gürcüstana səfərdə 2–3 hesabı ilə uduzdu.
Sovqat Məmmədova
Sovqat Məmmədova (1931, Bideyiz, Nuxa rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1931-ci ildə Azərbaycan SSR Nuxa rayonunun Bidəiz kəndində (indiki Şəki rayonunun kəndi) anadan olub. Ölüm ili məlum deyil. 1948-ci ildən — briqada rəhbəri, 1953-cü ildən Şəki rayonunun Lenin adına kolxozunda kolxozçu olmuşdu. 1949-cu ildə 3 hektar sahədən hər hektardan 20,1 sentner olmaqla məhsul əldə etmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1950-ci il 17 iyun tarixli fərmanı ilə 1949-cu ildə yüksək tütün məhsulu əldə etdiyinə görə Məmmədova Soqat Baba qızı Lenin ordeni və "Oraq və çəkic" medalı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Soda
Soda: Kalsium soda, Paltar ağartma sodası — Natrium-karbonat - Na2CO3. Kristallik soda — Kiristallohidrat kalsiumlu sodanın ümumi adı: Natrit — Na2CO3*10H2O. Termonatrit — Na2CO3*H2O. İçməli soda, ərzaq sodası — Natrium-hidrokarbonat - NaHCO3.
Müzəffər Özdağ
Müzəffər Özdağ (15 aprel 1933, Pınarbaşı, Kayseri ili – 6 fevral 2002, Ankara) — əslən Dağıstan qumuqlarından olan türkiyəli siyasətçi və hərbçi. Hərb Məktəbini, Hərb Akademiyasını və Ankara Universitetinin hüquq fakültəsini bitirmişdir. 27 may 1960-cı il hərbi çevrilişində zabit olaraq iştirak etmişdir. 13 noyabr 1960-cı ildə Milli Birlik Komitəsinin parçalanmasından sonra 14-lərdən biri olaraq Tokioya sürgünə göndərildi. Respublikaçı Kəndli Partiyasından siyasətə qatılmış və TBMM XIII çağırış Afyon millət vəkili seçilmişdir. 1971-ci ildən sonra siyasətdən ayrılmışdır. 2002-ci ilin 6 fevralında Ankarada vəfat etmişdir. Məşhur türk siyasətçisi və millətçisi Ümid Özdağın atasıdır.
Sedat Balkanlı
Sedat Balkanlı (15 yanvar 1965, İstanbul – 29 aprel 2009, İstanbul) — Türkiyə milli komandasının və "Qalatasaray"ın veteran futbolçusu. Sedat müdafiəçi olsa da, başla vurduğu qollarla ad-san qazanıb. Komanda yoldaşları ona "qızıl baş" ləqəbini veriblər. 1994/95 mövsümündə "Qalatasaray"ın heyətində hər 8 qola başla imza atıb. Balkanlı peşəkar futbolçu karyerasında "Qaziosmanpaşa", "Konyaspor", "Bursaspor", "Eskişeherspor" və "Fənərbaxça"nın da şərəfini qoruyub. Onun ölümünə milyon nəfərdə bir rast gəlinən dəhşətli əsəb xəstəliyi (ALS) səbəb olub. Sedat bu əlacsız xəstəliyə 1997-ci ildə, 32 yaşında ikən düçar olub. Həmin vaxt həkimlər onun maksimum 2 il yaşaya biləcəyi barədə rəy veriblər. Əsəb xəstəliyi ilə mübarizə aparan Sedatın vəziyyəti tədricən pisləşməyə başlayıb. O, öncə danışmaq, daha sonra yerimək qabiliyyətini itirib.
Sedat Peker
Rəis Sedat Pekər (türk. Reis Sedat Peker; 1 dekabr 1970, Adapazarı[d]) — Türk mafiya lideri. 2021-ci ildən başlayaraq türk siyasətçilərini və hökumətlə əlaqəli insanların təsdiqlənməmiş, qeyri-qanuni hərəkətlərini əvvəlcə öz "YouTube" kanalı, sonra da Tvitter vasitəsilə ifşa etməyə başlayıb. O, özünü türkçü və turançı kimi təqdim etmişdir.
Sedat Pekər
Rəis Sedat Pekər (türk. Reis Sedat Peker; 1 dekabr 1970, Adapazarı[d]) — Türk mafiya lideri. 2021-ci ildən başlayaraq türk siyasətçilərini və hökumətlə əlaqəli insanların təsdiqlənməmiş, qeyri-qanuni hərəkətlərini əvvəlcə öz "YouTube" kanalı, sonra da Tvitter vasitəsilə ifşa etməyə başlayıb. O, özünü türkçü və turançı kimi təqdim etmişdir.