Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boris Polevoy
Boris Nikolayeviç Polevoy (1908-1981) - rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. Böyük Vətən müharibəsi haqqında yazdığı əsərləri (“Əsl insan dastanı”) və gündəlikləri ona şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı laureatı. == Həyatı == Rus yazıçısı Boris Nikolayeviç Polevoy 1908-ci il martın 17-də Moskvada anadan olmuşdur. 1940-cı ildən Sov.İKP-nin üzvü, Böyük Vətən müharibəsində “Pravda”nın hərbi müxbiri olmuşdur. “Bit basmış adamın xatirələri” (1927), ”İsti sex”(1939) povestlərinin müəllifidir. 1946-cı ildə yazdığı A.P.Meresyevdən bəhs edən “Əsil insan dastanı” romanı məşhurdur. 1948-ci ildə çap olunan “Biz sovet adamlarıyıq” hekayə və oçerklər kitabı, 1949-50-ci illərdə yazdığı “Qızıl”, 1962-ci ildə yazdığı “Çılpaq sahildə”, 1966-cı ildə yazdığı “Həkim Vera” romanları müharibə və dinc quruculuq mövzularındadır. Polevoyun bir sıra əsəri ekranlaşdırılmış, S.Prokofyev “Əsil insan dastanı” romanı əsasında eyni adlı opera bəstələmişdir. Yazıçı 12 iyun 1981-ci ildə Moskva şəhərində vəfat etmişdir.
Solemyo
Solemyö (fr. Soleymieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38494. Kommunanın 1999-cu il üçün əhalisi 574 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 221 ilə 363 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 40 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Slavoy Jijek
Slavoy Jijek (sloven. Slavoj Žižek; 21 mart 1949[…], Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR) — Sloveniya filosofu, marksisti, mədəniyyət tənqidçisi. İlk dəfə bir ictimai nəzəriyyəçi kimi 1989-cu ildə, ilk ingiliscə kitabı olan "İdeologiyanın əzəmətli obyekti" kitabı sayəsində məşhur olmuşdur. O, bu kitabında ideologiyanın marksizm tərəfindən verilən izahını saxta şüur olduğunu irəli sürmüş və ideologiyanı reallığı formalaşdıran şüursuz fantaziya kimi təqdim etmişdir. Jijek özünü neoliberalizm tənqidçisi hesab edir. Qeyri-ənənəvi tərzi sayəsində məşhur olmuş, bəzən də "Fəlsəfənin Elvisi" adlandırılmışdır. == Həyatı == === İlk illəri === 1949-cu ildə Lyublyanada iqtisadçı ailəsində anadan olmuşdur. Valideynlərinin hər ikisi ateist idi.1967-ci ildə Lyublyana Universitetinə daxil olmuş, fəlsəfə və sosiologiya oxumuş, Paris 8 Universitetində psixoanalitika təhsili almışdır. Üç dəfə evlənmiş, ilk dəfə başqa bir sloven filosof olan Renata Salekl ilə, ikinci dəfə model olan Analia Huni, 2013-cü ildə isə Yela Kreçiç ilə evlənmişdir. Slovencə, ingiliscə, serbcə, xorvatca, fransız və almanca səlis danışır.