Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mopla
Mopla və ya Mapilla — Cənubi Hindistanda Mədrəs əyalətinin Malabar mahalında yaşayan malayali xalqının dini müsəlman olan icması. Mopla IX əsrdə yaranmışdır. Dini və inzibati mərkəzi Psani şəhəridir. Moplanın əsas dini təhsil müəssisəsi də buradadır. Маппила // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Mopla // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Sopka
Müxtəlif mənada işlənən termindir.
Sovla
Sovla — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Sovla oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Şirvan düzündədir. Bəzi tədqiqatçılar oykonimi ərəb dilindəki sofla (asağı) sözü ilə əlaqələndirir və ehtimal edirlər ki, kənd coğrafi mövqeyinə, Kür çayının asağı axarına yaxın olan ərazidə yerləşdiyinə görə bələ adlandırılmışdlr. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1113 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
SOPA
Stop Online Piracy Act (SOPA və ya H.R. 3261) — 26 oktyabr 2011-ci ildə Lamar Smit və 12 nəfər həmmüəlliflər tərəfindən ABŞ-nin Nümayəndələr Palatasına təqdim olunmuş qanun layihəsidir. Qanun layihəsi Amerika hüquq-mühafizə orqanlarına İnternetin gizli kontinenetlərinə, müəllif hüquqları ilə qorunan intellektual mülkiyyətin ticarətinə və kontrafaktlara qarşı mübarizədə imkanlarını genişləndirir.
Bonate Sopra
Bonate Sopra (it. Bonate Sopra) — İtaliyada, Lombardiya regionunun Berqamo vilayətində yerləşən kommuna. Əhalisi 7537 nəfərdir (2008), əhalinin sıxlığı 1269 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 035. Kommunanın hamisi Theotokos Dormition hesab olunur.
Klyoçevskaya Sopka
Klyuçevskaya Sopka (Klyoçevskoye vulkanı) — Kamçatka ərazisində fəaliyyətdə olan vulkandır. Hündürlüyünə görə bütün Avrasiya materikinin ən hündür vulkanıdır. Vulkanın yaşı tərqibi olaraq 7000 il hesablanır. Onun hündürlü 4750 – 4850 m arasında dəyişir. 15 avqust 2013-cü ildə sonuncu partlayışdan öncə onun hündürlüyü 4835 metr təşkil edirdi. Klyoçevskaya Sopka Rusiyanın Qafqazda yerləşən zirvələri istisna olaraq ən hündür zirvəsidir. == Aktivliyi == Aktivlik baxımından son illərdə yalnız Karim Sopkasından qalır. Gücü baxımından isə Avrasiyanın ən güclü vulkanıdır. Tarixə düşmüş məşhur püskürmələr: −1737 il., −1932 il., −1938 il., −1944–1945 illər., −1946 il., −1951 il., −1953 il., −1956 il., −1966 il., −1980 il., −1983 il., −1984 il., −1987 il., −1988–1989 illər., −1993 il., −1994 il., −2002 il., −2004–2005 il., −2008 il., −2009 il., −2012 il. −2013 il, 2023 === 1932 il === Adətən il ərzində 5–6 püskürmə baş verir.
Mopla üsyanı
Mopla üsyanı və ya Malabar üsyanı — 1921-ci ildə Britaniya Hindistanının Mədrəs əyalətinin Malabar mahalında mopla əhalisinin antifeodal və antiimperialist üsyanı. Moplanın əksəriyyətini icarədarlar və kənd təsərrüfatı fəhlələri təşkil edirdi. Üsyan 20 avqust 1921-ci il tarixində möminlərin yığışdıqları Tiruranqadi məscidində ingilis müstəmləkəçi qoşunlarının basqını ilə başlamışdır. Xilafət hərəkatının iştirakçısı, arabacı Variyan Hacı Günəhmədin başçılığı ilə 50 min nəfərlik üsyançılar Ernad və Valluvanad mahallarını ələ keçirmiş, "xilafət padşahlığı" elan etmişdir. Hinduist icarədarlar da Mopla üsyanına qoşulmuşdur. Mopla üsyanı 1921-ci ilin sonunda amansızlıqla yatırılmışdır. Dağlara çəkilmiş üsyançıların silahlı mübarizəsi 1922-ci ilin fevralın sonuna qədər davam etmişdir. The Mappilla Rebellion, 1921: Peasant Revolt in Malabar, Robert L. Hardgrave, Modern Asian Studies, Vol. 11, No. 1 (1977), Cambridge University Press.
Soela boğazı
Soela boğazı (est. Soela väin) - Moonzund arxipelaqı ilə Saaremaa adalarını və Xiyumao adasını (Estoniya) ayırır. Dərinliyi bir necə metr təşkil edir. Qış ayları boğaz donur. Baltik dənizinin akvatoriyasına aiddir. Birinci Dünya Müharibəsinin mühüm döyüşlərinə şahidlik etmişdir.
Sovla bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Topla qız
Topla qız (ing. Girl with Ball) — Roy Lixtenşteynin 1961-ci ildə çəkdiyi rəsm əsəri. Yağlı boya texnikası ilə çəkilən pop-art rəsmi, illər boyu Filip Conson tərəfindən saxlanılmış və hazırda Nyu-York Müasir İncəsənət Muzeyinin kolleksiyasına daxildir. Rəsm Lixtenşteynin erkən pop-art işlərindən biridir və bilinən mənbəyə görə, bir neçə onillikdə nəşr olunan qəzet reklamın üzərində əsaslanıb. "Topla qız" Roy Lixtenşteynin ilk solo sərgisində və "Newsweek"in şou icmalında nümayiş olunmuşdur. Bu rəsm orijinal mənbəni əhəmiyyətli dərəcədə dəyişdirib, Lixtenşteynin işlərinin nümunəsi hesab olunur, baxmayaraq ki, bu rəsm əsərinin mexanik görünüşü şişirilib. Bu rəsm müasir gözəllik formasının davamlı təsviridir. "Topla qız" 1961-ci ildə "Mount Airy Casino Resort"un Pokono dağlarında reklamı üzərində əsaslanıb. 1955-ci ildən nəşr olunan reklam Nyu-York regionunda xeyli yayılmış və "The New York Times" və "New York Daily News" kimi tanınmış qəzetlərdə nəşr olunmuşdur. Lixtenşteynin rəsminə baxmayaraq, reklam iyirmi ildən çox qəzetlərdə nəşr olunmuşdur.
Cenate Sopra
Cenate Sopra (it. Cenate Sopra) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 60 kilometr (37 mil) şimal-şərqində və Berqamodan təxminən 12 kilometr (7,5 mil) şərqdə yerləşir. Əhalisi 2348 nəfərdir (2005-ci ilə görə), əhalinin sıxlığı 347 nəfər/km²-dir. Sahəsi 6 km² ərazini tutur. Poçt kodu — 24069. Telefon kodu — 035. Kommunanın himayədarı San Leone Manyodur. Bayram hər il noyabrın 10-da qeyd olunur.
Klyuçevskaya Sopka
Klyuçevskaya Sopka (Klyoçevskoye vulkanı) — Kamçatka ərazisində fəaliyyətdə olan vulkandır. Hündürlüyünə görə bütün Avrasiya materikinin ən hündür vulkanıdır. Vulkanın yaşı tərqibi olaraq 7000 il hesablanır. Onun hündürlü 4750 – 4850 m arasında dəyişir. 15 avqust 2013-cü ildə sonuncu partlayışdan öncə onun hündürlüyü 4835 metr təşkil edirdi. Klyoçevskaya Sopka Rusiyanın Qafqazda yerləşən zirvələri istisna olaraq ən hündür zirvəsidir. == Aktivliyi == Aktivlik baxımından son illərdə yalnız Karim Sopkasından qalır. Gücü baxımından isə Avrasiyanın ən güclü vulkanıdır. Tarixə düşmüş məşhur püskürmələr: −1737 il., −1932 il., −1938 il., −1944–1945 illər., −1946 il., −1951 il., −1953 il., −1956 il., −1966 il., −1980 il., −1983 il., −1984 il., −1987 il., −1988–1989 illər., −1993 il., −1994 il., −2002 il., −2004–2005 il., −2008 il., −2009 il., −2012 il. −2013 il, 2023 === 1932 il === Adətən il ərzində 5–6 püskürmə baş verir.
Sola (müğənni)
Sola çayı
Sola (pol. Soła, Polyakca tələffüz: [ˈsɔwa]) — Polşada çay, Visla çayının birinci qolu. Uzunluğu 89 km, su hövzəsinin sahəsi 1375 km2-dir. Orta axın saniyədə 18,8 m3. Kiçik Beskidlərdən və Sileziya ətəklərindən axır, Osventsim şəhəri yaxınlığında Vislaya axır. Jives Beskidlərində dağ çaylarının birləşməsindən əmələ gəlmişdir. Çayın üzərindəki Jives şəhəri yaxınlığında Jives su anbarı təchiz edilmişdir. Çay Auşvitz həbs düşərgəsi yaxınlıqlarından axır. Orada öldürülənlərin külləri və əzilmiş sümükləri tez-tez çaya tökülürdü. "RAJCZA.COM.PL — oficjalny serwis gminy Rajcza, Zwardoń, Rycerka Dolna, Rycerka Górna,Sól, Kiczora".
Brembate Di Sopra
Brembate Di Sopra (it. Brembate di Sopra) — İtaliyada kommuna. Lombardiya regionunda yerləşir. Berqamonun inzibati mərkəzinə tabedir. Əhalisi 7100 nəfər, əhalinin sıxlığı 1684 nəfər/km². Ərazisi 4 km² ərazini əhatə edir. Poçt kodu — 24030. Telefon kodu — 035. Avqustun 15-də kommunada Müqəddəs Məryəmin fərz edilməsi xüsusilə qeyd olunur.
Kasaletto di Sopra
Kasaletto di Sopra (Cremasco: Casalèt da Sura) — İtaliyanın Lombardiya bölgəsindəki Kremona əyalətində yerləşən kommuna. Milan şəhərindən 50 km şərqdə, Kremonadan isə 35 km şimal-qərbdə yerləşir.
İldefons Lima Sola
İldefons Lima Sola (d. 10 dekabr 1979, Andorra la Vella) — Andorralı futbolçu. İtaliyanın "Triestina" komandasında forma geyinir.
Daydar-e Sofla (İcrud)
Palma-Sola (Santa Katarina)
Palma-Sola (Santa Katarina) (port. Palma Sola) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 7725 nəfərdir. Ərazisi 331,776 кm²-dir. Əhalinin sıxlığı 23,3 nəfər/кm²-dir. Bələdiyyə 30 dekabr 1961-ci ildə yaradılmışdır.
Ən yaxşısı Sola zəng et
Ən yaxşısı Sola zəng et (ing. Better Call Saul) — Vins Qilliqan və Piter Quld(en) tərəfindən yaradılmış amerikan cinayət–drama teleserialı. Qilliqanın yaradıcısı olduğu əvvəlki işi "BədBəxt"in (2008–2013) spin-offudur. "Ən yaxşısı Sola zəng et" AMC telekanalında 8 fevral 2015-ci ildən 15 avqust 2022-ci ilə qədər altı mövsüm 63 seriya yayımlanaraq sona çatmışdır. Hadisələr 2000-ci illərin əvvəllərində, "BədBəxt"dən illər öncə Albukerkedə cərəyan edir. Serial ağır cinayətləri örtbastır edən vəkil – hazırda Sol Qudman(en) kimi fəaliyyət göstərən keçmiş dələduz Cimmi MakQilldən (Bob Odenkirk(en)) bəhs edir. Serialın digər önəmli personajları arasında narkotik tacirləri ilə əməkdaşlıq edən korrupsiyoner polis məmuru Mayk Ermantraut(en) (Conatan Benks(en)), Cimminin sevdiyi həmkarı Kim Veksler(en) (Rey Sihorn(en)), öz doğma qardaşı və düşməni Çak MakQill(en) (Maykl Makkin(en)), Çakın hüquqşünası Hovard Hemlin(en) (Patrik Fabian(en)), narkotik satıcısı Naço Varqa(en) (Maykl Mendo(en)), narkobaron Qus Frinq(en) (Cankarlo Ezpozito(en)) və kartel rəhbəri Lalo Salamanka(en) (Toni Dalton(en)) var. Serialda həmçinin Solun narkobaron Volter Vayt (Brayan Krenston) ilə tərəfdaşlığı da işıqlandırılmışdır. amc.com/shows/better-call-saul--1002228 — Ən yaxşısı Sola zəng et rəsmi saytı Ən yaxşısı Sola zəng et Netflix-də Ən yaxşısı Sola zəng et — Internet Movie Database saytında.
Koala
Koala (lat. Phascolarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin koalalar fəsiləsinə aid heyvan cinsi.
Kopra
Kopra (malayalam dili koppara) — kokos palmaları qozlarının qurudulmuş yağlı növü.
Molla
Molla (fars. ملا‎) İslam ilahiyyat və din qanun (fiqh) üzrə təhsil almış din alimidir. Ərəb dilində əfəndi, sahib kimi mənalara gələn mövlan (Ərəbcə:مولی) Sözündən götürülmüşdür. İslam dünyasının böyük hissələrində, İran, Əfqanıstan, Orta Asiya və Hindistanda, molla adı yerli İslam Din liderlərə və icma liderlərinə verilir. Molla termini, İslam Dünyasında ilk növbədə din alimlərinə aid bir hörmət termini kimi başa düşülür. Təhsilli bir molla İslamı Təhsilləri və İslamı qanun elmini, yəni fiqh elmini almalıdır. Dini təhsil, mollalıq mövqeyinin əsas prinsipidir. Osmanlı Dövlətində mollalar mədrəsələrdə təhsil almışdılar. Təsəvvüf məsələlər ətrafında toplanmış təriqətlərdə mollalar yetişdirib. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra mədrəsələr bağlanmış, mollalıq adı qaldırılmışdır.
Rapla
Rapla (est. Rapla) — Estoniyanın qərbində, Raplamaa bölgəsində şəhər.
Sapma
Scala
Scala - obyekt - funksional və skript proqramlaşdırma dilidir. Scala funksional proqramlaşdırmanı tam dəstəkləyir. Scala mənbə kodu java bayt koduna çevrilir və bu da Java virtual maşın tərəfindən çağrılır. Java kitabxanaları birbaşa Scalada istifadə oluna bilər və ya əksinə Scala kitabxanaları Javada istifadə oluna bilər.
Şaplar
Şaplar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Şaplar kəndi Dalqılıclı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şaplar kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmişdir. Bu kənd Şapı adında qeydə alınmışdır. Əslində Şahpərilər olduğu söylənilir. Kürdlər arasında şəxs adlarının yuvarlaq işlənməsi nəticəsində Şahpəri adı Şapı formasına düşmüşdür. Yerli əhalinin məlumatına görə kəndi XIX əsrdə Kərbalayi Ellaz qızı Şahpəriyə cehizlik verilmiş binə yerində onun övladları saldığına görə verilmişdir. İşğal altında olan Şaplar kəndində 2014-cü il iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlı öldürülmüş, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlı isə girov götürülmüş və onlara cinayət işi açılmışdır. Kənd əhalisi kürdlər və azərbaycanlılardan ibarətdir.
Şəhla
Şəhla (ərəb. شهلاء‎) — qadınlara verilmiş bir ərəbcə addır.
Anopla
Anopla (lat. Anopla) — heyvanlar aləminin nemertinlər tipinə aid heyvan sinfi. == Xarici quruluşu == Bu yarımsinfə aid olan nemertinlərin xarakterik xüsusiyyəti xortumda stiletin olmamasıdır. Ağız dəliyi qarın tərəfə keçmiş və beyin sinir düyünündən geridə yerləşir. Sinir-sistemi dəri-əzələ kisəsinin daxilində, bəzən isə bilavasitə dəri epitelisində yerləşir. == Yayılması == Avropanın bütün atlantik sahili boyu, onun şimal sərhəddindən Aralıq dənizinə qədər təsadüf edilən qumda yuvalar düzəldir. == Həyat tərzi == Ektoparazit həyat tərzi keçirirlər. Yaraqsız nemertinlər yarımsinfinə növ kimi Cerebratulus və Lineus longissimus- u misal göstərmək olar.
Enopla
Enopla (lat. Enopla) — heyvanlar aləminin nemertinlər tipinə aid heyvan sinfi. == Xarici quruluşu == Bu yarımsinfə aid olan nemertinlərdə xortum bir və ya bir neçə stiletlə yaraqlanmışdır. Ağız dəliyi bədənin ön ucunda yerləşir (terminal). Sinir sistemi dəri-əzələ kisəsinin altına keçmiş və parenximada yerləşir. Bu yarımsinfin nümayəndələri ölçülərinin kiçikliyi ilə xarakterizə olunur. Bu qurdların uzunluğu 10–12 sm olub, adətən sahil boyu zonalarında daşların altında yaşayır. Bu yarımsinfə yeganə olaraq şirin suda yaşayan Stichostemma cinsi də daxildir. == Yayılması == Bunların bir sıra nümayəndələrinə Avropanın və Şimali Amerikanın çay və göllərində təsadüf edilir. Avropanın bütün atlantik sahili boyu, onun şimal sərhəddindən Aralıq dənizinə qədər təsadüf edilən qumda yuvalar düzəldir.
Saola
Saola (lat. Pseudoryx) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.