Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Everett Şostrom
Everett Şostrom (13 dekabr 1921 və ya 1921 – 8 dekabr 1992, Santa-Ana, Kaliforniya) — amerikalı Everett Şostrom (1921–1992) Amerikalı psixoloq, yazar və prodüser. Amerikan Psixoloji Assosiasiyasının prezidenti olub. 10 bitik müəllifidir. "Anti Karneqi və ya insan manipulyator" adlı kitabı milyonlarla insana özünə inam qazanmaqda kömək edib. E. Şostrom manipulyativ insan xarakterlərinin bölgüsü və özünüinkişaf konsepsiyasının yaradıcılarından biri olmuşdur.
Bora Kostiç
Borivoye "Bora" Kostiç (serb-kiril. Бopивoje Kocтић; 14 iyun 1930, Obrenovaç, Belqrad dairəsi – 10 yanvar 2011, Belqrad) ― keçmiş Serbiya futbolçusu. Adətən sol cinah hücumçusu mövqeyində oynamış və məhsuldarlığı ilə seçilən Kostiç öz nəsil futbolçuları arasında ən yaxşılarından biri hesab olunur. O, daha çox güclü zərbə və cərimə zərbələrinin uğurla yerinə yetirməsi ilə məşhurdur. Peşəkar karyerası ərzində o, "Srvena Zvezda", "Viçentsa" və "Sent-Luis Stars" klublarının şərəfini qorumuşdur. O, Yuqoslaviya milli futbol komandasının heyətində 33 oyuna 26 qol vura bilmişdir və 1960 Yay Olimpiya Oyunlarının qalibi və UEFA Millətlər Kubokunda finalçı olmuşdur. Kostiç klub səviyyəsində də bol qol sayısı ilə seçilirdi, belə ki, o hələ də "Srvena Zvezda"nın tarixi boyunca ən çox qol vuran oyunçusudur.
Mariya Şestiç
Mariya Şestiç (d. 5 may 1987, Banyaluka) — Bosniyalı musiqiçi. Finlandiyanın paytaxtı Helsinkidə keçirilən 2007 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinanı təmsil edib.
Ostrıy adası
Ostrıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 1 km aralıda yerləşir. Ostrıy adasının ətrafında Şimal Torpağına daxil iki ada vardır: Cənub adası (700 m) və Nizkiy adası (1,3 km). Ada uzunsov formaya malikdir və 300 metrən artıq məsafədə uzanır. Adada seçilən yüksəklik yoxdur.
Lal Bahadur Şastri
Lal Bahadur Şastri (hind. लालबहादुर शास्त्री, 2 oktyabr 1904 — 11 yanvar 1966) — Hindistanın ikinci baş naziri == Həyatı == Lal Bahadur Şastri 2 oktyabr 1904-cü ildə hazırkı Uttar Pradeş ştatında anadan olmuşdu. 1966-cı ildə Şastri 61 yaşında idi və olduqca sağlam görünürdü. Ona görə də, onun qəfil ölümü beynəlxalq aləmdə birmənalı qarşılanmadı. Qərbdə çıxan qəzetlər Şastrinin zəhərlə öldürüldüyü barədə sensasiyalı xəbər yaydılar. Ancaq SSRİ həkimləri Şastrinin ölümünü ürəktutması ilə izah etdilər. Şastrinin çaydan sonra öldüyünü söyləyən xidmətçinin sözlərinə inansaq, Hindistan Baş Nazirinə zəhər verildiyini ehtimal etmək olar. Çünki, adətən, belə qəfil ölümlər zəhərdən sonra baş verir. Böyük Britaniya və ABŞ həmin dövrdə SSRİ-nin Hindistanda möhkəmlənməsindən və oraya sosializm ixrac etməsindən ciddi narahatlıq keçirirdilər. Üstəlik, Cavahirləl Nehru kimi Ləl Bahadur Şastri də sosializmə meyl göstərirdi və bu çərçivədə də SSRİ ilə sıx iqtisadi və siyasi münasibətlər qurmuşdu.