Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pentakl
Pentakl- latın mənşəli "pagan" sözündəndir, mənası "kənd sakinləri" deməkdir. Bütpərəstlər əsasən kənddə və meşədə yaşamışlar, dini baxışlarına görə politeist olmuşlar, təbiət hadisələrinə ibadət etmişlər. Xristian kilsəsi bu insanlardan o qədər qorxub ki, "kənd sakinləri" mənasını verən "vilain" sözü cinatətkar kimi işlədilib. Qədim insanlar dünyanı iki yerə bölürdülər- kişi və qadın. Onların eyni sayda tanrı və ilahələri vardı.İn və Yan. Kişı və qadın başlanğıclar balanslaşdırıldıqda dünyada harmonya hökm sürürdü. Balans pozulduqda isə xaos yaranır. Pentakl yerdəki bütün canlıların qadın yarısının simvoludur. Dinləri öyrənən tarixçilər bunu "müqəddəs qadın başlanğıcı" və ya " müqəddəs ilahə" adlandırırlar. İlk dinlər Təbiəti ilahi başlanğıc hesab etmişlər.
Spektral cihazlar
Spektral cihazlar-müxtəlif uzunluqlu dalğaları yaxşı ayırd edən, spektrin ayrı-ayrı hissələrinin bir-birini örtməsinə imkan verməyən (sanki) cihazlardır. İş prinsipi işığın dispersiya hadisəsinə (prizmalı spektroskoplar) və difraksiyası hadisəsinə(difraksiya qəfəsli spektrometrlər) əsaslanır. Dispersiya hadisəsi-mühitin sındırma əmsalının işığın dalğa uzunluğundan asılı olaraq dəyişməsinə deyilir.Spektr-dispersiya nəticəsindəağ işığın üçüzlü prizmadan keçməsi zamanı yaranan mənzərədir.Spektrdə rənglərin düzülmə ardıcıllığı-qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi. Monoxromatik işıq-müəyyən dalğa uzunluguna malik olan işıqdır. Deməli ağ işıq mürəkkəb işıqdır. İnfraqırmızı şüalar-dalğa uzunluğu qırmızı işığın dalğa uzunluğundan böyük olan işıqdır. Ultrabənövşəyi şüalar-dalğa uzunluğu bənövşəyi işığın dalğa uzunluğundan kiçik olan şüalardır. Dispersya hadisəsi birinci dəfə 1606-cı ildə Nyuton tərəfindən müşahidə edilmişdir. Normal dispersiya-dalğa uzunluğu artdıqca sındırma əmsalı azalan dispersyadır. Anomal dispersiya-dalğa uzunluğu artdıqda sındırma əmsalı artan dispersyadır.
Çoxparametrli spektral nəzəriyyə haqqında mühazirələr