Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Spektrometr
Spektrometr fiziki hadisənin spektral elementlərini ayırmaq və onları ölçmək üçün istifadə olunan elmi cihazdır. Spektrometr tez-tez spektral komponentlərin bir formada qarışdırıldığı bir fenomenin davamlı dəyişənini ölçən cihazları xarakterizə etmək üçün istifadə olunan termindir. Gözlə görünə bilən işıqda spektrometr parlaq işığı ayıra bilər. Həmçinin, bu cihaz spektr kimi adlanan fərdi dar işıq lentlərini ayırmaq gücünə malikdir. Bir kütlə spektrometr qazda mövcud olan atomların və ya molekulların kütlələrinin spekrini ölçür. İlk spekrometrlər işığı fərdi rənglərə ayırmaq üçün istifadə edilmişdir. Spekrometrlər fizika, astronomiya və kimya üzrə ilk tədqiqatlarda hazırlanmışdır. Spektroskopiyanın kimyəvi tərkibi müəyyən etmək qabiliyyəti onun inkişafına təkan verdi və onun əsas istifadələrindən biri olaraq qalır. Spekrometrlər ulduzların və planetlərin kimyəvi tərkibini analiz etmək üçün astronomiyada istifadə olunur və spekrometrlər kainatın yaranması haqqında məlumat toplayırlar. Spektromerlərə nümunə olaraq atomları, hissəcikləri və molekulları implus, kütlə və yaxud enerji ilə ayıran cihazları göstərmək mümkündür.
Alfa-spektrometr
Alfa-spektrometr(A.s) -radioaktiv nüvələrin buraxdığı α-zərrəciklərinin energetik paylanmasını ölçmək üçün cihazdır. Nüvə fizikası inkişafının ilkin mərhələlərində və radioaktivliyin tədqiqində geniş tətbiq olunmuşdur. α-spektrlərin incə quruluşunu tədqiq etmək və α-zərrəciklərin enerjisinə görə nüvələri aşkar etmək üçün tətbiq olunur. Müasir A.-s.-in işi α-zərrəciklərin ionlaşdırıcı xassəsinə (ionlaşma A.-s.), ya da onların maqnit sahəsi ilə qarşılıqlı təsirinə (maqnit A.-s.) əsaslanır. Ayırdetmə qabiliyyəti zəif və işıq qüvvəsi (cismi bucaq) çox böyük olan ionlaşma A.-s.-ləri uzun müddət yaşayan (yarımparçalanma dövrü 106 ildən böyük) və yeni yaranan nüvələri tədqiq etməyə imkan verir. Maqnit A.-s.-də enerji α -zərrəciklərin maqnit sahəsində meylinə görə təyin olunur. İonlaşma kameralarında α-zərrəciklərin enerjisi digər α-zərrəciklərin məlum enerjisi ilə müqayisə olunur. Alfa-spektroskopiya- Ana nüvənin parçalanması ilə yaranan α-zərrəciklərin spektri bala nüvənin müxtəlif səviyyələrinin keçidlərinə uyğun çoxlu monoenergetik xətlərdən ibarətdir. α -zərrəcik spinə malik olmadığından saxlanma qanunlarına uyğun hərəkət miqdarı momentinə görə seçmə qaydaları I=L və cütlük sadə olur. α-zərrəciyin bucaq momenti L aşağıdakı intervalda qiymət ala bilər: α-aktiv nüvələrin buraxdığı α-zərrəciklər axınının enerjisi və intensivliyinin ölçülməsi üçün qazboşalma və yarımkeçirici zərrəcik detektorlarından, həmçinin spektrometrlərdən istifadə olunur.