Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
NTV Spor
NTV Spor — "Doğuş Grubu" adlı şirkətin tabeliyində olan idman kanalı. 17 mart 2008-ci il tarixində yayıma başlamışdır. Türkiyə Milli Futbol Komandasının bəzi hazırlıq oyunlarını, Türkiyə Milli Basketbol Komandasının qarşılaşmalarını, La Liqanı və "Turkish Airlines Euroleague"in yayım hüquqları "NTV Spor"a məxsusdur. Kanal 2010-cu ildə "Kral TV"nin analoq yayım tezliklərində yayımlanmağa başlamış və bununla da tamaşaçılarının sayı artaraq ölkə kanalına çatmışdır. 23 iyul 2012-ci il tarixində 16:9 (geniş ekran) formatlı yayıma keçmişdir.
TRT Spor
TRT Spor — TRT tərəfindən yaradılan idman kanalıdır. 2010-cu ildə TRT 3-ün bağlanması planlaşdırılırdı və bu kanal TRT Spor ilə əvəzləndi, lakin TRT-nin 3-cü kanalının televiziya verilişləri səbəbiylə başqa bir kanala ehtiyac yarandı. == Yayınladığı tədbirlər == İtaliya Kuboku Qadınlar Basketbol Super Liqası Əfəler Liqi Dünya Kuboku Yay Olimpiya Oyunları == TRT Spor HD == 8 dekabr 2014-cü ildə yayımına başlayan TRT Spor HD, TRT Spor və TRT 3-Spor kanalları HD görüntü keyfiyyəti ilə eyni vaxtda yayımlanır. Türksat 3A 11054 V 30000 3/4 frekans, Eutelsat 7A 10762 V 30000 5/6 frekans, D-Smart 86-cı kanal, Digiturk 86-cı kanal, Filbox 74-cü kanal, CableTV 222-ci kanal və Tivibu 93-cü kanal, Turkcell TV + 70-ci kanaldan izləmək mümkündür.
SPAR
SPAR — Niderlandda yaranmış, pərakəndə ticarətlə məşğul olan şirkət. 1932-ci ildə Niderlandda Adrian van Vell tərəfindən təsis edilib və 2021-ci ildə 48 ölkədə 13.623 satış nöqtəsinə sahibdir. == Tarixi == O, 1932-ci ildə Adrian van Well tərəfindən "De SPAR" adlı könüllü baqqal şəbəkəsi kimi təsis edilib. Əsas məqsəd Avropada böyük pərakəndə satış şəbəkələrinin yaranmasına cavab olaraq müstəqil topdansatışçılar və pərakəndə satıcılar arasında əməkdaşlığı davam etdirmək olur. Şəbəkənin adı şüarın ilk hərflərindən yaranıb: "Door Eendrachtig Samenwerken Profiteren Allen Regelmatig", yəni "Biz hamımız əməkdaşlıqdan faydalanırıq" deməkdir. Holland dilində spar sözü "Şam ağacı" deməkdir, bu ağac şirkətin loqosunda təsvir edilib. SPAR konsepsiyası 1940-cı illərin sonlarında Niderlanddan kənara çıxır və Belçika "SPAR"ın fəaliyyət göstərdiyi ikinci ölkə olur. Almaniya şəbəkəyə 1952-ci ildə qoşulur. 1950-ci illərdə SPAR konsepsiyası sürətlə bütün Qərbi Avropaya yayılır. 1953-cü ildə ilk prezidenti Adrian van Vell "SPAR İnternational"l təsis edir və 1957-ci ildə ilk SPAR Beynəlxalq Konqresi Hollandiyada keçirilir.
Smor
Smor- ABŞ və Kanadada populyar olan istirahət düşərgələrində tonqal ətrafında hazırlanan qəlyanaltı növü. İki parça qraham peçenyesi arasında tonqalda közərdilmiş zefir və şokolad parçasından ibarətdir. Hər il avqustun 10-u Milli Smor Günü olaraq qeyd edilir.
Sopor
Sopor (lat. sopor — keylik, süstlük, yuxu) (soporoz hal - lat. status soporosus) — şərti reflekslərin itməsi və reflektor fəaliyyətin saxlanılması ilə huşun qaralması və itməsi, qeyri adi və müəyyən "dərin yuxu". Xəstə ətraf mühitə qarşı tam laqeyd olub, tapşırıqları yerinə yetirmir, sualları cavablandırmır. Ağrı qıcıqlarına mimiki əzələlərlə cavab verir. Bəzən ağrının şiddətindən asılı olaraq digər hərəki reaksiyalarla da cavablandırıla bilinir. Bu hal topor da (ölüm yuxusu; ölümcül yuxu) adlandırılır.
Spork
Spork ("çəngəl-qaşıq") — çəngəl və qaşıq elementlərini özündə birləşdirən mətbəx ləvazimatı. 1870-ci ildə ABŞ-də ixtira edilib. Yemək hazırlanarkən istifadə edilir. Metaldan, plastikdən və taxtadan hazırlanır. İngilis sözü olan sporkdan əmələ gəlmişdir — spoon (qaşıq) və fork (çəngəl).
Sor Sor
Sor Sor — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qarasuçayın sahilində yerləşir. Etnooykonimdir. Oykonim özündə Azərbaycanın sorsor/sorsur tayfasının adını əks etdirir. Sorsorlar XV əsrdə Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsində və Səhvilər dövlətinin möhkəmlənməsində yaxından iştirak etmiş qızılbaş tayfalarından biri olmuşdur. Sonralar onlar Azarbaycanın müxtəlif zonalarında məskunlaşmışdılar. XVI əsrin əvvəllərində sorsorlann bir qismi Şirvanda yaşayırdı. Sorsor etnotoponiminə tarixən Azərbaycanın müxtəlif yərlərində rast gəlinirdi, məsələn: Göyçay quberniyasında Sorsor kəndi, Qubada Sursur Bilici kəndi, Şamaxıda Sorsor kəndi, Lənkəranda Son, Sorə kəndi, Cəbrayılda Sur kəndi və s. == Əhalisi == 2022-ci ilin siyahıyaalınmasına əsasən kənddə 2320 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
NTV Spor HD
NTV Spor — "Doğuş Grubu" adlı şirkətin tabeliyində olan idman kanalı. 17 mart 2008-ci il tarixində yayıma başlamışdır. Türkiyə Milli Futbol Komandasının bəzi hazırlıq oyunlarını, Türkiyə Milli Basketbol Komandasının qarşılaşmalarını, La Liqanı və "Turkish Airlines Euroleague"in yayım hüquqları "NTV Spor"a məxsusdur. Kanal 2010-cu ildə "Kral TV"nin analoq yayım tezliklərində yayımlanmağa başlamış və bununla da tamaşaçılarının sayı artaraq ölkə kanalına çatmışdır. 23 iyul 2012-ci il tarixində 16:9 (geniş ekran) formatlı yayıma keçmişdir.
Por
Por (Ermənistan)
Sor
Sor (əvvəlki adı: Tsur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tsur kəndi Sor kəndi adlandırılmışdır. 1993-cü ilin avqust ayından 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Sor kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrin 20-ci illərində İrandan gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Tsur adlanmışdır. 1992-ci ildə kənd əvvəlki adı ilə rəsmləşdirilmişdir. Sor sözü türkdilli xalqların toponimiyasında coğrafi termin kimi "duzlu çöl", "bataqlıq", "kiçik göl", "aşağı yer, ətək" mənalarında işlənir. Konkret olaraq dağ ətəyində yerlaşən bu kəndin adı məhz "aşağı yer, ətək" mənasındadır. == Tarixi == Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Sur kəndi olaraq keçir. Kənd ilk dəfə 1992-ci ilin əvvəllərində erməni quldurlarının əlinə keçmişdir.
Sor-Sor xalçaları
Sor-Sor xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Sor Sor bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
BT Sport
BT Sport — 2013-cü ilin yayında efirə buraxılan, Böyük Britaniya və İrlandiyada bir qrup idman kanallarıdır. BT Sport İngiltərə Premyer Liqası, Bundesliqa, İtaliya A Seriyası və Liqa 1-i yayımlamaq hüququna malikdir. 2015/16 mövsümündən etibarən, "BT Sport" Çempionlar Liqası və UEFA Avropa Liqasının yayımlanmasında müstəsna hüquqlara malikdir. == Kanallar == BT Sport 1 BT Sport 2 BT Sport ESPN — 9 iyun 2015-ci ildə efirə buraxılıb. Keçmiş ESPN UK kanalının bazasında yaradılıb. BT Sport Europe — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Efir vaxtının böyük hissəsini idman xəbərləri təşkil edir, lakin futbol yayımları üçün də istifadə edilir. BT Sport Ultra HD — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Yayım formatı növü 4K-dır. BT Sport Showcase — 1 avqust 2015-ci ildə efirə buraxılıb.
Benjamin Spok
Benjamin Makleyn Spok (ing. Benjamin McLane Spock) — ABŞ pediatr, 1946-cı ildə nəşr edilmiş və ABŞ tarixində bestsellerə çevrilən "Uşaq və ona qulluq" kitabının müəllifi. Spokun "Siz düşündüyünüzdən daha çox bilirsiniz" çağırışı onu məşhurlaşdırmışdır. Spok ailə münasibətlərinin inkişafı çərçivəsində uşaqların ehtiyacların qavranılması məqsədilə psixoanalizi öyrənən ilk pediatr olmuşdur. Onun uşaqlara qayğı haqda ideyaları bir neçə valideyn nəslinə , valideynlərin övladlarına qarşı münasibətlərdə daha möhkəm və incə davranmalarına, onlarla şəxsiyyət kimi rəftar etmələrinə çox böyük təsir göstərmişdir. == Həyatı == Məktəbi bitirdikdən sonra Yel Universitetinə daxil olan Spok ilk əvvəl ingilis dili və ədəbiyyatını öyrənmiş, həmçinin idmanla məşğul olmuşdur. Hündür boy olması (189 sm) və fiziki göstəricilərinə görə onu tez bir zaman çərçivəsində universitetin avarçəkmə yığmasına götürürlər. O, 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ABŞ komandasına qızıl medal qazandırmışdır. Beləliklə, Benjamin Spok olimpiya çempionu olmuşdur. İdmanda əla göstəricilərinə baxmayaraq, Spok tibbi seçir.
CBC Sport
CBC Sport — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış idman kanalı. == Tarixçə == 2015-ci ildə Azərbaycan Premyer Liqasının yayım hüquqları AzTV və İdman Azərbaycan telekanallarına verilmədi. Əvəzində liqanın yayım hüququ üçün müsabiqə elan olundu. CBC kanalı bu müsabiqədən qalib çıxaraq növbəti 3 il ərzində Azərbaycan Premyer Liqasının yayım hüquqlarını əldə etdi. Lakin "CBC" telekanalı əsasən əcnəbi dildə fəaliyyət göstərdiyinə görə yeni idman kanalının açılması zərurəti yarandı. Beləliklə, CBC Sport kanalı 9 avqust 2015-ci ildə internet yayımına başladı. 1 oktyabr 2015-ci ildə isə test yayımına keçdi. 2 noyabr 2015-ci il tarixində əsas yayıma keçid edən telekanal İdman TV-dən sonra ölkənin 2-ci idman kanalı oldu. Həmçinin, Azərbaycanda 10-cu ümumrespublika telekanalıdır. 8 sentyabr 2015-ci il tarixində Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.
Koton Sport
Koton Sport Qarua Futbol Klubu — Koton Sport klubu kimi də tanınan, Kamerunun Qarua şəhərini təmsil edən peşəkar futbol klubudur. Klub öz ev oyunlarını Omnisport de Qarua stadionunda keçirir. == Tarixi == Klub 1986-cı ildə təsis edilmişdir. Klub 1992-ci ildə Premyer Liqaya yüksələnə kimi ölkənin aşağı diviziyalarında çıxış etmişdir. 1996-cı ildən bəri yerli oyunçulara üstünlük verən Koton Sport on bir dəfə çempionatının qalibi olmuşdur. 2008-ci ildə isə klub KAF Çempionlar Liqası turnirinin finalçısı olmuşdur. Onlar Misir təmsilçisi olan Əl-Əhli klubuna finalda məğlub olmuşlar. == Uğurları == === Milli çempionat === Kamerun Premyer Diviziyası:Çempion (17): 1997, 1998, 2001, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2010, 2011, 2013, 2014, 2015, 2018, 2021, 2022. İkinci yer (5): 1994, 1996, 1999, 2000, 2002.Kamerun Kuboku:Çempion (6): 2003, 2004, 2007, 2008, 2011, 2014. İkinci yer (1): 1999.
Rai Sport
«Rai Sport» — «RAİ» şirkətinin sahibləndiyi və idman verilişlərini yayımlamış İtaliya dövlət telekanalı. Telekanal yayıma 1 fevral 1999-cu ildə başlamışdır. Telekanal İtaliya və beynəlxalq idman tədbirlərini Mux Rai 2-də DTT kanal 58 vasitəsilə yayımlamışdır. Həmçinin «IPTV» və «Sky Italia» telekanalında da yayım olmuşdur.18 may 2010-cu ildə qardaş telekanal «Rai Sport 2» bağlanmışdır. == Verilişləri == Telekanal «Rai Sport» telekanalında yayımlanan proqramları bir saat tez yayımlayırdı. Tg Sport gündəlik nəşrində 3 dəfə təkrarı göstərilir.
Sliedrext Sport
"Sliedrext"(nid. Sliedrecht) Sport — 1956-cı ildə yaradılmış qadın voleybol klubudur. Komandanın həmçinin kişi voleybol komandası da fəaliyyət göstərir.
NTV Spor Smart HD
NTV Spor Smart HD - 1 iyul 2013-cü il tarixində D-Smart platformasında və 1 Avqust 2013 tarixində müntəzəm olaraq sınaq yayımına başlayan Doğuş Yayım Qrupu şirkətinin sahibləndiyi idman kanalıdır. Həftədə oynanan 10 La Liqa matçının hamısını yayımladı. Voleybol Avropa kuboku oyunları, atletika və tennis oyunları da bu kanalda yayımlanır. 2013-2014 Euroleague mövsümündə bir oyun bu kanalda, bir oyun NTV Sporda yayımlandı. Digitürkün 2015-ci ildən etibarən La Liqa yayım hüquqlarını əldə etməsi səbəbiylə, artıq La Liqanı yayımlamadı. Kanal D-Smart, "Family paketi" və "Cinema Series paketi" xaricində bütün paket istifadəçiləri üçün açıqdır. Kanal hazırda yalnız yüksək dəqiqlikdə (HD) yayımlanır. Yayım 1 Avqust 2015 tarixindən etibarən dayandırıldı.
Böyük şor
Böyükşor — Azərbaycan Respublikasının Bakı şəhərinin Nərimanov rayonunun inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Böyükşor gölünün yaxınlığındadır. Adını eyniadlı göldən almışdır. == Xarici keçidlər == Nardar Bayramlı. "Nərimanov rayonu Böyükşor qəsəbəsində seçicilərlə görüş keçirilib". "Yeni Azərbaycan" qəzeti (az.). yeniazerbaycan.com. 04-12-2009. İstifadə tarixi: 2014-07-09.
Dağlıq Şor
Dağlıq Şor (rus. Горная Шория, şor. Tağlığ Şor), Kemerovo vilayətinin cənubunda Altay, Sayan və Aba-Tura Aladağı (Alatau) qovuşan yerdə dağlar və meşələrdən ibarət (Tayğa) bölgə. Məşrut olaraq, bölgəni Altay Dağ sisteminə salmaq olar. Şoran öz adını bu yerdə tarix boyu dəmirçilik ilə məşğul olan və o işə görə Sibirdə peşəkar bilinən azsaylı bir türk xalqı Şorlardan (keçmiş adı Aba-Tura tatarları) aldı.
Hovard Şor
Hovard Lesli Şor (ing. Howard Leslie Shore; 18 oktyabr 1946, Toronto) — kanadalı bəstəkar və dirijor, çoxsaylı Hollivud filmləri üçün musiqi müəllifidir. Rejissor Devid Kronenberqla uzunmüddətli əməkdaşlıqıynan tanınır. Piter Ceksonun çəkdiyi «Üzüklərin Hökmdarı» və "Hobbit" trilogiyalarının həmdə Conatan Demminin "Quzuların səssizliyi" filminin musiqi müəllifidir. == Həyatı == Hovard Şor 18 oktyabr 1946-cı ildə Kanadanın Toronto şəhərində yəhudi ailəsində anadan olub. Valideynləri Bernis və Mak Şordur. 8 və ya 9 yaşında musiqini öyrənməyə başlayıb. Bostonda Berkli Musiqi Kollecini bitirib. 70-ci illərin əvvəllərində bir növ mütərəqqi hard rok oynayan "Lighthouse" qrupunun saksofonçusu idi. Qrupdan ayrıldıqdan sonra Şor illüzionist Doug Henning'in "Spellbound" şousunun musiqisini yazmışdı.
Por-Royal
Por-Royal — Paris yaxınlığında qadın monastrı. XVII əsrdə yansenizmin, Fransada maarifçiliyinin mərkəzi olmuşdur. Paskal burada yaşamış və işləmişdir. Por-Royal məktəbində müxtəlif dərsliklər, o cümlədən kartezian rasionalizmi ruhunda yazılmış məntiq dərsliyi (müəllifləri Arno və Nikol) tərtib edilmişdir. Dərslikdə hökmlərin müfəssəl təsnifatı verilmiş,həmçinin sintetik və analitik metodların fərqi məsələsi nəzərdən keçirilmişdir. Yansenistlər mübarizədə yezuitlərin tərəfinə keçmiş XIV Lüdovikin əmri ilə monastır yandırılmışdır (1712). == Mənbə == Fəlsəfə Ensklopedik Lüğəti. 1997 ci-il. Səh.
Por (Ermənistan)
Por — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Por (Fransa)
Por (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.