Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Portik
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Spork
Spork ("çəngəl-qaşıq") — çəngəl və qaşıq elementlərini özündə birləşdirən mətbəx ləvazimatı. 1870-ci ildə ABŞ-də ixtira edilib. Yemək hazırlanarkən istifadə edilir. Metaldan, plastikdən və taxtadan hazırlanır. İngilis sözü olan sporkdan əmələ gəlmişdir — spoon (qaşıq) və fork (çəngəl).
Porsuk çayı
Porsuk çayı (türk. Porsuk çayı) – Mərkəzi Anadolu regionunda axan çay. Aksu dağının şimal yamacında yerləşən Bayatçık dərəsi ilə Murat dağının şimal yamacında yerləşən Kızıltaş Suyunun birləşməsindən əmələ gələn Porsuq çayı Sakarya çayının ən uzun qoludur. Kütahya ovasından keçib Əskişəhər şəhərinin cənub-qərbində yerləşən Porsuk I (1948) və Porsuk II (1971) su anbarlarında toplandıqdan sonra Əskişəhər ovasından və Əskişəhər şəhərindən keçir. Yassıhöyük qarşısında Sakarya çayı ilə birləşir. Əsas qolları: Kokar çayı, Murat çayı, Çat dərəsi, Porsuk dərəsi, Dəyirman dərəsi, Felent çayı, Kuduzlu dərəsi, Kınık dərəsi, Kargın dərəsi, Musaözü dərəsi və Uludərə əsas cənub qollarıdır. Sarısu çayı, Sarısungur dərəsi, Mihalıççık dərəsi, Muttalip dərəsi və Pürtek dərəsi əsas şimal qollarıdır.
Şorik (Salmas)
Şurik (fars. شوريك‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,182 nəfər yaşayır (222 ailə).
San-Antonio Spörs
San-Antonio Spörs — Texas ştatının San-Antonio şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-də Qərb Konfransında mübarizə aparır.
Porsuk (Məhəmməd Təpərin generalı)
Porsuq ibn Porsuq və ya Bursuk ibn Bursuk (ö. 1116) — Səlcuqlu generalı və Həmədan şəhərinin əmiri. == Həyatı == Özü kimi Səlcuqlu generalı olan və onunla yeni adı daşıyan Porsuqun oğludur. Səlcuqlu sultanı Məhəmməd Təpərə xidmət etmişdir. Həmədan əmiri olaraq 110-cu illərdə Səlib yürüşlərinə qarşı reallaşan səfərlərə qatılmışdır. Mardində olan Artuqlu bəyliyi hökmdarı İlqazi bəy Sultanın ordusunun ali komandanlarından olan Ağsunqur əl-Porsuqini 1114-c ildə məğlub etdi. Məhəmməd Təpər Porsuqu Ağsunqurun yerinə təyin etdi və bundan əlavə, onu səlibçilərə qarşı cihad ilə vəzifələndirdi. Mosul və Yuxarı Mesopotamiyada yeni bölmələri topladıqdan sonra Porsuq 1115-ci ildə əvvəllərində Suriyanı ələ keçirdi. Qısa müddət sonra Urfanı mühasirəyə aldıqdan sonra hərbi qərərgahını qurmaq istədiyi Hələbə yola düşdü. Hələbin xədim əmiri Lulu Porsuq qarşısında kömək istəyi ilə İlqazi bəy ilə Şam atabəyi Tuğtəkinə elçilər yolladı.