Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Spork
Spork ("çəngəl-qaşıq") — çəngəl və qaşıq elementlərini özündə birləşdirən mətbəx ləvazimatı. 1870-ci ildə ABŞ-də ixtira edilib. Yemək hazırlanarkən istifadə edilir. Metaldan, plastikdən və taxtadan hazırlanır. İngilis sözü olan sporkdan əmələ gəlmişdir — spoon (qaşıq) və fork (çəngəl).
Saori
Saori — Yapon adı. Saori Yoşida — Yaponiyanı təmsil edən dünya şöhrətli sərbəst güləşçi. Saori Naqamine — Yaponiyalı oxatan. Saori Arimaçi — Yaponiya qadın futbolçusu. Saori Ariyoşi — Yaponiya qadın futbolçusu.
Şiori
Şiori — ad. Şiori Kutsuna — yapon aktrisa və model. Şiori Miyake — Yaponiya qadın futbolçusu.
BT Sport
BT Sport — 2013-cü ilin yayında efirə buraxılan, Böyük Britaniya və İrlandiyada bir qrup idman kanallarıdır. BT Sport İngiltərə Premyer Liqası, Bundesliqa, İtaliya A Seriyası və Liqa 1-i yayımlamaq hüququna malikdir. 2015/16 mövsümündən etibarən, "BT Sport" Çempionlar Liqası və UEFA Avropa Liqasının yayımlanmasında müstəsna hüquqlara malikdir. == Kanallar == BT Sport 1 BT Sport 2 BT Sport ESPN — 9 iyun 2015-ci ildə efirə buraxılıb. Keçmiş ESPN UK kanalının bazasında yaradılıb. BT Sport Europe — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Efir vaxtının böyük hissəsini idman xəbərləri təşkil edir, lakin futbol yayımları üçün də istifadə edilir. BT Sport Ultra HD — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Yayım formatı növü 4K-dır. BT Sport Showcase — 1 avqust 2015-ci ildə efirə buraxılıb.
CBC Sport
CBC Sport — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış idman kanalı. == Tarixçə == 2015-ci ildə Azərbaycan Premyer Liqasının yayım hüquqları AzTV və İdman Azərbaycan telekanallarına verilmədi. Əvəzində liqanın yayım hüququ üçün müsabiqə elan olundu. CBC kanalı bu müsabiqədən qalib çıxaraq növbəti 3 il ərzində Azərbaycan Premyer Liqasının yayım hüquqlarını əldə etdi. Lakin "CBC" telekanalı əsasən əcnəbi dildə fəaliyyət göstərdiyinə görə yeni idman kanalının açılması zərurəti yarandı. Beləliklə, CBC Sport kanalı 9 avqust 2015-ci ildə internet yayımına başladı. 1 oktyabr 2015-ci ildə isə test yayımına keçdi. 2 noyabr 2015-ci il tarixində əsas yayıma keçid edən telekanal İdman TV-dən sonra ölkənin 2-ci idman kanalı oldu. Həmçinin, Azərbaycanda 10-cu ümumrespublika telekanalıdır. 8 sentyabr 2015-ci il tarixində Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.
Koton Sport
Koton Sport Qarua Futbol Klubu — Koton Sport klubu kimi də tanınan, Kamerunun Qarua şəhərini təmsil edən peşəkar futbol klubudur. Klub öz ev oyunlarını Omnisport de Qarua stadionunda keçirir. == Tarixi == Klub 1986-cı ildə təsis edilmişdir. Klub 1992-ci ildə Premyer Liqaya yüksələnə kimi ölkənin aşağı diviziyalarında çıxış etmişdir. 1996-cı ildən bəri yerli oyunçulara üstünlük verən Koton Sport on bir dəfə çempionatının qalibi olmuşdur. 2008-ci ildə isə klub KAF Çempionlar Liqası turnirinin finalçısı olmuşdur. Onlar Misir təmsilçisi olan Əl-Əhli klubuna finalda məğlub olmuşlar. == Uğurları == === Milli çempionat === Kamerun Premyer Diviziyası: Çempion (17): 1997, 1998, 2001, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2010, 2011, 2013, 2014, 2015, 2018, 2021, 2022. İkinci yer (5): 1994, 1996, 1999, 2000, 2002. Kamerun Kuboku: Çempion (6): 2003, 2004, 2007, 2008, 2011, 2014.
Rai Sport
«Rai Sport» — «RAİ» şirkətinin sahibləndiyi və idman verilişlərini yayımlamış İtaliya dövlət telekanalı. Telekanal yayıma 1 fevral 1999-cu ildə başlamışdır. Telekanal İtaliya və beynəlxalq idman tədbirlərini Mux Rai 2-də DTT kanal 58 vasitəsilə yayımlamışdır. Həmçinin «IPTV» və «Sky Italia» telekanalında da yayım olmuşdur. 18 may 2010-cu ildə qardaş telekanal «Rai Sport 2» bağlanmışdır. == Verilişləri == Telekanal «Rai Sport» telekanalında yayımlanan proqramları bir saat tez yayımlayırdı. Tg Sport gündəlik nəşrində 3 dəfə təkrarı göstərilir. Birinci hər gün saat 09:00-da, ikincisi bazar ertəsindən şənbə gününə qədər 14:30-da, sonuncusu isə bazar ertəsindən cümə gününə qədər 23:30-da yayımlanır.
Saori Arimaçi
Saori Arimaçi (d. 12 iyul 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Saori Ariyoşi
Saori Ariyoşi (d. 1 noyabr 1987) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 63 oyun keçirib, 1 qol vurub.
Saori Naqamine
Saori Naqamine (5 iyul 1993) — Yaponiyalı oxatan. Saori Naqamine Yaponiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Saori Naqamine birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Braziliyanın nümayəndəsi Ane Marselle dos Santos ilə üz-üzə gəldi. Həmin görüşdə Saori Naqamine rəqibinə 3:7 hesabı ilə uduzdu.
Saori Yoşida
Saori Yoşida (yap. 吉田沙保里; d. 5 oktyabr 1982; Tsu, Yaponiya) — Yaponiyanı təmsil edən dünya şöhrətli sərbəst güləşçi. Saori Yoşida, 2004-cü ildə Afinada, 2008-ci ildə Pekində, 2012-ci ildə Londonda baş tutan Olimpiya Oyunlarının çempionu, 2016-cı ildə Rio-de-Janeyroda baş tutan yarışın isə vitse-çempionudur. Saori Yoşida, 2002-ci ildən 2015-ci ilə qədər baş tutan 13 Dünya Çempionatının qalibidir (2004-cü ildə Dünya Çempionatı baş tutmamışdır). 1998-ci ildən etibarən qatıldığı bütün yarışlarda qızıl medal qazanan Saori Yoşida, karyerası ərzində yeganə məğlubiyyətini, məhz karyerasının sonuncu görüşündə aldı. == Həyatı == Saori Yoşida 1982-ci il 5 oktyabrda Yaponiyanın Tsu şəhərində anadan olub. == Karyerası == === 1998–2001-ci illər === ==== Yeniyetmələrin karyerası ==== Saori Yoşida beynəlxalq səviyyədə birinci yarışına, 1998-ci ilin iyul ayında qatıldı. 52 kiloqram çəki dərəcəsində çıxış edən 15 yaşlı Saori Yoşida, Birləşmiş Krallıqın Mançester şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının həlledici, final görüşündə Polşa güləşçisi İvona Matkovskanı məğlub etdi və yeniyetmələrin Dünya çempionu oldu. Saori Yoşida bir il sonra, 1999-cu ildə Polşanın Lodz şəhərinin ev sahibliyində baş tutan analoji yarışdada çempion oldu.
Sliedrext Sport
"Sliedrext"(nid. Sliedrecht) Sport — 1956-cı ildə yaradılmış qadın voleybol klubudur. Komandanın həmçinin kişi voleybol komandası da fəaliyyət göstərir.
Yohanna Spiri
Yohanna Spiri (12 iyun 1827, Hirzel - 7 iyul 1901, Sürix) - İsveçrə yazıçısı. Ən məşhur əsəri yazdığı "Heydi" uşaq romanıdır. Yayda vaxtının çoxunu Çur, Qrabündün kimi yerlərdə keçirmiş, kitablarında da bu yerləri daxil etmişdir. == Şəxsi həyatı == 1852-ci ildə Bernhard Spiri adlı vəkil ilə evləndi. Sürixdə yaşayarkən İsveçrədəki həyat haqqında əsərlər yazmağa başladı. Yazıçılığa başlamamışdan qabaq adi evdar xanım idi. İlk kitabı "Vroninin Məzarı üzərindəki yarpaqdır, Heydi" olmuş və uğur qazanmışdır. Heydi Alp dağlarında babası ilə yaşayan qızdır və oradakı həyatı öz dili ilə təsvir edir. 1884-cü ildə həm həyat yoldaşı, həm də tək oğlu Bernhard öldülər. 1901-ci ilin 7 iyulunda isə özü vəfat etmişdir.
Şiori Kutsuna
Şiori Kutsuna (yap. 忽那 汐里, ing. Shioli Kutsuna; 22 dekabr 1992, Killarney Heights[d]) — yapon aktrisa və model. == Həyatı == Kutsuna 22 dekabr 1992-ci ildə Sidney şəhərində anadan oldu. Yaponiyaya köçməzdən əvvəl 14 yaşına qədər Avstraliyada yaşadı.
Şiori Miyake
Şiori Miyake (d. 13 oktyabr 1995) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 17 oyun keçirib.
Şaori qalası
Şaori qalası (gürc. შაორის ციხე) — Gürcüstanın cənub bölgəsində, Samtsxe-Cavaxeti diyarının Axalkalaki bələdiyyəsində tunc dövrünə aid meqalit tikili. Quru hörgü texnikası ilə tikilmiş siklop tikili qeyri-adi tərtibata malikdir. Almaz formalı dairəvi boşluqlara malik qala eyniadlı qayalı dağda, dəniz səviyyəsindən 2752 metr yüksəklikdə, Kiçik Qafqaz dağlarında, Paravani gölünün şimal-qərbində yerləşir. Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəni abidələri siyahısına daxil edilib. == Memarlığı == Əvvəllər Koroğlu qalası kimi tanınan Şaori qalası strateji cəhətdən Paravani gölünün ərazisində yerləşən digər böyük siklopik ərazi olan Abuli qalası ilə topoqrafik və memarlıq cəhətdən bir çox oxşarlıqlara malikdir. Şaori qalası heç bir tikinti materialı qarışımından istifadə edilmədən böyük bazalt bloklarından tikilmişdir. O, hər biri sıldırım zirvənin üstündə yerləşən iki hissədən ibarətdir. Mərkəzi hissəsi planda nizamsız düzbucaqlıdır və ən hündür ərazidə tikilmişdir. Qalanın eni 1 metr, hündürlüyü 1,3 metr olan şərq darvazasından içəri girmək mümkündür.
NTV Spor
NTV Spor — "Doğuş Grubu" adlı şirkətin tabeliyində olan idman kanalı. 17 mart 2008-ci il tarixində yayıma başlamışdır. Türkiyə Milli Futbol Komandasının bəzi hazırlıq oyunlarını, Türkiyə Milli Basketbol Komandasının qarşılaşmalarını, La Liqanı və "Turkish Airlines Euroleague"in yayım hüquqları "NTV Spor"a məxsusdur. Kanal 2010-cu ildə "Kral TV"nin analoq yayım tezliklərində yayımlanmağa başlamış və bununla da tamaşaçılarının sayı artaraq ölkə kanalına çatmışdır. 23 iyul 2012-ci il tarixində 16:9 (geniş ekran) formatlı yayıma keçmişdir.
TRT Spor
TRT Spor — TRT tərəfindən yaradılan idman kanalıdır. 2010-cu ildə TRT 3-ün bağlanması planlaşdırılırdı və bu kanal TRT Spor ilə əvəzləndi, lakin TRT-nin 3-cü kanalının televiziya verilişləri səbəbiylə başqa bir kanala ehtiyac yarandı. == Yayınladığı tədbirlər == İtaliya Kuboku Qadınlar Basketbol Super Liqası Əfəler Liqi Dünya Kuboku Yay Olimpiya Oyunları == TRT Spor HD == 8 dekabr 2014-cü ildə yayımına başlayan TRT Spor HD, TRT Spor və TRT 3-Spor kanalları HD görüntü keyfiyyəti ilə eyni vaxtda yayımlanır. Türksat 3A 11054 V 30000 3/4 frekans, Eutelsat 7A 10762 V 30000 5/6 frekans, D-Smart 86-cı kanal, Digiturk 86-cı kanal, Filbox 74-cü kanal, CableTV 222-ci kanal və Tivibu 93-cü kanal, Turkcell TV + 70-ci kanaldan izləmək mümkündür.
Koton Sport FK
Koton Sport Qarua Futbol Klubu — Koton Sport klubu kimi də tanınan, Kamerunun Qarua şəhərini təmsil edən peşəkar futbol klubudur. Klub öz ev oyunlarını Omnisport de Qarua stadionunda keçirir. == Tarixi == Klub 1986-cı ildə təsis edilmişdir. Klub 1992-ci ildə Premyer Liqaya yüksələnə kimi ölkənin aşağı diviziyalarında çıxış etmişdir. 1996-cı ildən bəri yerli oyunçulara üstünlük verən Koton Sport on bir dəfə çempionatının qalibi olmuşdur. 2008-ci ildə isə klub KAF Çempionlar Liqası turnirinin finalçısı olmuşdur. Onlar Misir təmsilçisi olan Əl-Əhli klubuna finalda məğlub olmuşlar. == Uğurları == === Milli çempionat === Kamerun Premyer Diviziyası: Çempion (17): 1997, 1998, 2001, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2010, 2011, 2013, 2014, 2015, 2018, 2021, 2022. İkinci yer (5): 1994, 1996, 1999, 2000, 2002. Kamerun Kuboku: Çempion (6): 2003, 2004, 2007, 2008, 2011, 2014.
Rai Sport 2
"Rai Sport 2" — "RAİ" şirkətinin sahibləndiyi və idman verilişlərini yayımlamış İtaliya dövlət telekanalı. Telekanal yayıma 18 may 2010-cu ildə başlamışdır. Telekanal İtaliya və beynəlxalq idman tədbirlərini Mux Rai 2-də DTT kanal 58 vasitəsilə yayımlamışdır. Həmçinin "IPTV" və "Sky Italia" telekanalında da yayım olmuşdur. == Verilişləri == Telekanal "Rai Sport 1" telekanalında yayımlanan proqramları bir saat gecikdirməklə yayımlayırdı. Tg Sport gündəlik nəşrində də verilişlərin təkrarı göstərilir.
Renault Sport F1
Ranault (fr. Renault) və ya Reno — fransız avtomobil istehsalçısı. Avtomobil, yük maşını, traktor, tank, qatar, təyyarə, motosiklet, velosiped, avtobus kimi bir çox fərqli ölçüdə vasitələr istehsal edir. == Tarixi == Lui Reno 1877-ci ildə Parisdə doğulan bir bəyzadə idi. Atası yaxşı qazanan bir yun taciri idi. Lui maşın xəstəsi idi və hələ 5 yaşında yoldaşlarından eşitdiyi lokomotivi görmək üçün stansiyaya qaçardı. Buxar qazanını, porşenlərin, bacaları, necə düzəldiyini bilməyə çalışardı. 15 yaşında bir şagirdkən matorlu vasitələrə maraq salır, hətta xərcliyindən yığdığı pullarla 0.75 at gücündə De Dion bouton markalı bir avtomobil alır. Hələ 21 yaşında ikən (1898) qardaşları Fernand və Marsellə birlikdə "Reno Freres" şirkətini qurur. 1899-ci ildə Paris-Trouville arasında 170 kilometri aşan bir yarış hazırlanır.
San-Antonio Spörs
San-Antonio Spörs — Texas ştatının San-Antonio şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-də Qərb Konfransında mübarizə aparır.
Sliedrext Sport QVK
"Sliedrext"(nid. Sliedrecht) Sport — 1956-cı ildə yaradılmış qadın voleybol klubudur. Komandanın həmçinin kişi voleybol komandası da fəaliyyət göstərir.
Sliedrext Sport VK
"Sliedrext"(nid. Sliedrecht) Sport — 1956-cı ildə yaradılmış qadın voleybol klubudur. Komandanın həmçinin kişi voleybol komandası da fəaliyyət göstərir.
Sport Express (qəzet)
Sport-Express (rus. Спорт-Экспресс) — Vladimir Kuçmi tərəfindən əsası qoyulmuş gündəlik idman qəzetidir. Rusiyanın 31 şəhəri də daxil olmaqla, həmçinin Latviya, Belarus, Ukrayna, Qazaxıstan və Amerika Birləşmiş Ştatlarında dərc edilir. Bu, Rusiyada ən çox satışı həyata keçən və gündəlik olaraq, təxminən 700,000 oxucu tərəfindən oxunan idman qəzetidir. Sport-Express 1991-ci ildən etibarən çap edilir. Həmçinin qəzet Avropa İdman Jurnalları birliyinin üzvüdür.
Aporia
Aporia [alm. = fr. Aporie; ing. Aporia; yun. Aporia; a = sız, poros = yol, körpü, çıxış; ər. يغؤنح حؤل لؤتم غ شُ ] — Bir məsələdə ortaya çıxan problemin həllinin tapıla bilməməsi vəziyyəti, çıxış yolunun olmaması. Ümumiyyətlə natiqin mövzunun hansı istiqamətindən getməsi lazım gəldiyini, mövzuya haradan başlanıb harada qurtaracağı, nə deyiləcəyi haqqında yolunu itirdiyi vəziyyətin adı olaraq ya da natiqin nə söyləyəcəyini yaxud nə düşünəcəyini bilmədiyi bir vəziyyətdə müraciət etdiyi, ümumiyyətlə ediləsi şübhə ifadəsi olaraq təyin olunar. Apriya paradoksun bir növüdür.
Oponi
Oponi (q.yun. Οπώνη) — Afrika buynuzunda qədim Somali şəhəri. Şəhər əsasən qədim misirlilər, romalılar, yunanlar, bizanslılar, farslar və hindistanlılarla ticarət etməsiylə tanınır. Arxeoloji tapıntılara əsasən, tarixi liman şəhərinin müasir Somalinin şimal-şərqində yerləşən Hafun şəhəri olduğunu əsaslanmışdır. Güman edilir ki, bu liman şəhəri Qədim Misirin Punt torpağı adlandırdığı ərazidir. Puntlular qədim misirlilərlə Qədim padşahlıq, Orta padşahlıq və Yeni padşahlıq dövrlərində ticarət edirdilər. == Tarixi == Oponidəki qəbilərdə tapılan dulusçuluq nümunələri e.ə. XVI–XI əsrlərdə çiçəklənən Yunanıstanın Mikena krallığı dövrünə təsadüf edir. Şəhərin əsas fəallığı e.ə. I əsrə və III–V əsrlərə təsadüf edir.
Sağrı
Sağrı (lat. Clunis) - çanağın arxa və yan hissələrini əhatə edən bir cüt yarımkürə şəkilli yumuşaq toxuma, dərialtı piy qatı və sarğı əzələlərindən (böyük sağrı əzələsi,orta sağrı əzələsi,kiçik sağrı əzələsi) formalaşan insan bədəninin bir hissəsi. Hər bir sağrı yarımkürəsi yuxarı nahiyyədən bel-oma rombu və qalça sümüyü qanadları ilə, aşağıdan isə sarğı büküşü və aralıqla, iç tərəfdən sağrı yarığı ilə nəhayətlənir.
Sopor
Sopor (lat. sopor — keylik, süstlük, yuxu) (soporoz hal - lat. status soporosus) — şərti reflekslərin itməsi və reflektor fəaliyyətin saxlanılması ilə huşun qaralması və itməsi, qeyri adi və müəyyən "dərin yuxu". Xəstə ətraf mühitə qarşı tam laqeyd olub, tapşırıqları yerinə yetirmir, sualları cavablandırmır. Ağrı qıcıqlarına mimiki əzələlərlə cavab verir. Bəzən ağrının şiddətindən asılı olaraq digər hərəki reaksiyalarla da cavablandırıla bilinir. Bu hal topor da (ölüm yuxusu; ölümcül yuxu) adlandırılır.
Çipori
Yuxarı Güləver və ya Çipori — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Yuxarı Güləverdə ilk məktəb 1930-cu ildə yaradılıb. Hazırda Yuxarı Güləverdə bir baza məktəbi, Aşağı Güləverdə bir orta məktəb var. == Coğrafiyası və iqlimi == Güləver kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 17 km qərbdə, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Bulqarların Qıpçaq tirəsi Kollarla, Alban tayfası Kellərlə, Qıpçaq-Qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını düşünmək mümkündür. Kənd iki yerə bölünür: Yuxarı Güləver (Cipor) və Aşağı Güləver (Gədi-Qeta). == Əhalisi == 1870-ci ildə Yuxarı Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47 nəfər, 1918-ci ildə Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə 218 nəfər, 1926-cı ildə Yuxarı Güləverdə 39 ailədə 231 nəfər, Aşağı Güləverdə 28 ailədə 153 nəfər, 2002-ci ildə Yuxarı Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə 698 nəfər, 2006-cı ildə Yuxarı Güləverdə 117 ailədə 500 nəfər, Aşağı Güləverdə 150 ailədə 781 nəfər.
Saorj
Saorj (fr. Saorge) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Brey-syur-Ruaya kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 86,78 km², əhalisi — 431 nəfərdir (2006) artım tendensiyası ilə: 444 nəfər (2012), əhalinin sıxlığı 5,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 446 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 444 nəfər.