Oponi (q.yun. Οπώνη) — Afrika buynuzunda qədim Somali şəhəri. Şəhər əsasən qədim misirlilər, romalılar, yunanlar, bizanslılar, farslar və hindistanlılarla ticarət etməsiylə tanınır. Arxeoloji tapıntılara əsasən, tarixi liman şəhərinin müasir Somalinin şimal-şərqində yerləşən Hafun şəhəri olduğunu əsaslanmışdır.[2] Güman edilir ki, bu liman şəhəri Qədim Misirin Punt torpağı adlandırdığı ərazidir. Puntlular qədim misirlilərlə Qədim padşahlıq, Orta padşahlıq və Yeni padşahlıq dövrlərində ticarət edirdilər.[3][4][5]
Qədim şəhər | |
Oponi | |
---|---|
q.yun. Οπώνη[1] | |
| |
10°25′00″ şm. e. 51°16′00″ ş. u. | |
Ölkə | Somali |
Vilayət | Bari |
Salınma tarixi | e.ə. I minillik |
İlk xatırlanma | I əsr |
Dağılma tarixi | 550 |
Dağılma səbəbi | Yustinian taunu |
Müasir yeri | Hafun |
|
Oponidəki qəbilərdə tapılan dulusçuluq nümunələri e.ə. XVI–XI əsrlərdə çiçəklənən Yunanıstanın Mikena krallığı dövrünə təsadüf edir.[6] Şəhərin əsas fəallığı e.ə. I əsrə və III–V əsrlərə təsadüf edir.[7] Oponi şəhərinin adı ilk dəfə I əsrdə yaşamış anonim bir yunan taciri tərəfindən «Eritriya dənizinin periplı» çəkilmişdir. Şəhər barədə məlumat qədim sənədin on üçüncü məqaləsində yerləşir:
Və körfəz boyunca, sizi özünə çəkən axınla dörd yüz stadiya məsafə qət etdikdən sonra daha əvvəl qeyd edilən şeylərin idxal edildiyi, ən çox darçının istehsal edildiyi (arebo və moto), tədricən artan ədədlərlə Misirə gətirilən yaxşı kölələrin olduğu və digər yerlərdə tapılanlardan daha yaxşı olan yüksək miqdarda tısbağa qınının tapıldığı Oponi adlı başqa bir bazar qəsəbəsi var. |
Buna baxmayaraq, şəhərin coğrafi yerləşməsi barədə dəqiq məlumat II əsrdə yaşamış qədim yunan coğrafiyaşünası Ptolemey tərəfindən verilmişdir.[8]
Oponi Finikiya, Qədim Misir, Qədim Yunanıstan, İran, Yəmən, Nəbatiya, Azaniya, Roma imperiyası və başqa yerdən gələn tacirlər üçün dayanacaq limanı kimi fəaliyyət göstərirdi, çünki şəhər əl-Muxa ticarət mərkəzindən Qırmızı dənizə doğru körfəz boyunca davam edən bir marşrutun üzərində, strateji bir mövqedə yerləşirdi. Şəhərə İndoneziya və Malayziya kimi uzaq yerlərdən belə tacirlər gəlirdi. Onlar ədviyyat, ipək və başqa mallar mübadilə edir, daha sonra isə Azaniya, Yəmən və ya Misirə doğru yelkən açırdılar. Bu ticarət marşrutu Hind okeanını təşkil edirdi. Şəhər 50-ci ildən ədviyyat, mixək, fil sümüyü, ekzotik heyvan dərisi və ətirli maddələr üzrə ticarət mərkəzi kimi tanınırdı.
Arxeoloji tapıntılar şəhərin VI əsrin ikinci yarısında məhv olduğunu göstərir. Bu, yəqin ki, Yustinian taunu xəstəliyinə görə gerçəkləşib, çünki xəstəlik Avropaya Şərqi Afrikadan yayılmışdır.[9]