Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarıkök
Kurkuma (lat. Curcuma) — zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi.Sarıkök yalnız plov üçün ideal ədviyyat deyil, həm də bioloji aktiv maddədir. Sarıkök diabetin müalicəsində istifadə edilir. İsti südün içərisinə 1 çimdik sarıkök əlavə edib içməklə aktiv şəkildə arıqlamaq və döşlərin ölçüsünü böyütmək mümkündür. Südlü sarıkök axşam içilərsə orqanizm üçün çox faydalı olar, həzm problemlərinin həllinə kömək edər, gecə rahat yuxunu təmin edər, immuniteti qaldırar, qanda xolesterinin miqdarını azaldar. Cəmi bir ay bu təbii ədviyatı qida rasionunuza daxil etsəniz, bədəniniz əhəmiyyətli dərəcədə dəyişəcək. Sarıköklə müalicə 1. Yeməyə sarıkık əlavə edəndə, mütləq ona bir çimdik də qara istiot da qatın. İstiot sarıkökün tamamilə mənimsənilməsinə kömək edəcək. 2.
Stariçkov adası
Stariçkov adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Kamçatka yarımadasının cənub-şərqində, Sarannaya buxtasının şərqində, Berinq dənizinə daxil olan Avaçi körfəzinin cənubunda, Bolşaya Sarannaya çayının mənsəbindən şimal-şərqdə, Petropavlovsk-Kamçatski şəhərindən cənubda, Avaçi buxtasının girəcəyində yerləşir. Ada öz adını Synthliboramphus antiquusun rusca adından almışdır. Adada yuvalayan bu canlılar kamçatka diyarının qırmızı kitabına daxil edilmişdir. Maksimal hündürlüyü 147 metrdir. adadan şimalda Karaulnı daşı və Paleç qayası yerləşir. 1826–1829-cu illərdə Henrix fon Kittlis Fyodr Litkenin dünya ətrafı səyahətində, "Senyavin" şlyupunda iştirak etmişdir. O, adanı ziyarət etmiş və onun təsvirlərini çəkmişdir.
Uzun sarıkök
Uzun kurkuma (lat. Curcuma longa) — sarıkök cinsinə aid bitki növü.
Alessandro Strico
Alessandro Strico (kiçik) — italyan librettoçu, bəstəkar Alessandro Striconun oğlu.
Starik-Kamen
Starik-Kamen — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 755 m-dir. Qornouralski rayonundakı ən yüksək dağdır və Nijnı Taqil yaxınlığındakı ən yüksək dağ zirvəsidir. Geomorfoloji, geoloji və botanika təbiət abidəsidir. İstirahət, turizm və alpinizm üçün məşhur yerdir. Zirvə həmdə dini xarakter daşıyır. Sovet dövründə dinə qarşı mübarizə dövründə dağlarda dua etmək qadağan oluinur. Lakin bu günə qədər tək-tük dindarlar oraya qalxır. Ağ mərmərdən hazırlanmış, kənarları naxışlı olan Ata Pavelin qəbri, Starik-Kamen dağında yerləşirdi. 1962-ci ilə qədər qorunub bu qəbrüstü abidə qorunub saxlanılmışdı.
Alessandro Strico (böyük)
Alessandro Strico (it. Alessandro Striggio; 1540, Mantova[d], Mantova əyaləti – 29 fevral 1592, Mantova[d], Mantova əyaləti) İntibah dövründə yaşamış İtaliyalı bəstəkar və diplomat olub. Madriqal və teatr musiqisi müəllifi, o, janrları birləşdirərək madriqal komdediya yarada bilmişdir. Onun oğlu kiçik Alessandro Strico Monteverdinin "Orfey" operası üçün libretto yazmışdır. == Həyatı == Böyük Strico Mantue şəhərində, zadəgan ailəsində anadan olmuşdur. Onun cavanlığı barədə məlumat azdı, amma çox güman ki o gənc yaşlarında Florensiyaya getmişdir. 1 mart 1559-cu ildə o, Mediçi ailəsi ilə işləməyə başladı və Françesko Korteççanı əvəz edərək, onların əsas musiqiçisi oldu. O, 1560-cı ildə Venesiya getdi və oranın musiqi üslubları ilə tanış olaraq, iki madriqal kitabı yazmışdır. 1567-ci ildə Mediçilər onu İngiltərəyə diplomatik missiyaya göndərdilər. 1560-cı illər ərzində Strico Mediçi üçün toy, görüş və digər dövlət tədbirlərinə görə çoxlu sayda intermedio yazmışdır.
Alessandro Strico (kiçik)
Alessandro Stridjo (kiçik) (it. Alessandro Striggio; təxminən 1573-cü il, Mantuya — 6 iyun 1630-cu il Venesiya) — italyan librettoçu, bəstəkar Alessandro Striconun oğlu. Bəstəkar Klaudio Monteverdi ilə dostluğu sayəsində tanınır. Monteverdinin 1607-ci ildə yazılmış Orfey adlı ilk opearsı üçün libretto bəstələmişdir. Həmçinin, o, pastoral balet olan "Tirsis və Hlora" baletinin və s. əsərlərin librettolarının müəllifidi. 1634-ci ilə qədər Stridjo Monteverdi ilə məktublaşırdı, bunun sayəsində tarixçilərə bəstəkarın bioqrafiyasının detalları bəlli oldu. Hersoq Qonzaqın sarayında xidmət edirdi, ona zadəgan titulu verilmişdir. Venesiyada diplomatik missiyası zamanı taun xəstəliyindən öldü. == İstinadlar == == Xarici keçidlər == Diki Alessandro Striggio (the Younger) (ing.).
Starik-Kamen qayası
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Revda şəhər dairəsi bələdiyyə təşkilatının sərhədində, Ural dağlarında yerləşən qaya. Şunut dağından üç kilometr aralıda yerləşən Konovalovski Uval silsiləsinin zirvələrindən biridir. Qaya yaşlı bir insanın başını xatırlatdığından xarakterik forması ilə bu adı almışdır. Geomorfoloji təbii abidə və populyar bir turizm məkanıdır. == Coğrafiyası == Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində, Konovalovski Uval silsiləsində yerləşir. Şunut dağından 5 kilometr cənub-şərqdə, Bolşaya Lavrovka kəndinin 10,5 kilometr məsafədə yerləşir. Dağın hündürlüyü 648,1 metrdir. Geomorfoloji təbii abidədir. Yuxarıda 25-30 metr hündürlüyündə qəribə qaya formasiyadır. Papaqlı yaşlı bir insanın başını xatırladır.