Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sebasta
Sebasta və ya Eleusa Sebasta (yun. Ελαιούσα Σεβαστή) ― Anadolunun cənub sahilindəki Kilikiyada, Silifke istiqamətindəki Mersindən 55 km (34 mil) məsafədə yerləşən qədim Roma yaşayış məntəqəsi. Eleusa (Ελαιούσα) adı yunan dilində yağ mənasını verən elaion (ἔλαιον) sözündən qaynaqlanır. Məntəqənin belə adlandırlmasına səbəb Eleusada zeytun ağacının çox olması idi. Məntəqə eramızdan əvvəl II əsrdə Aralıq dənizində dar bərzəx ilə materikə əlavə edilmiş kiçik adada qurulmuşdur. Şəhərin inkişafında zeytun əkilməsi ilə birlikdə Roma imperatoru Avqustun hakimiyyəti dövründə Kappadokiya kralı olmuş Arxelayın burada məskunlaşması da rol oynamışdır. Bərzəxdə yeni şəhər quran Arxelay buranı latın dilindəki "Avqust"-un yunanca ekvivalenti olan Sebaste adlandırdı. Şəhər Roma imperatoru Vespasianın 74-cü ildə Kilikiyanı quldurlardan təmizləməsi ilə qızıl dövrünüə girdi. Qədim mənbələr şəhərin mövcudluğunu və kilsələrin və bazilikaların son Roma və erkən Bizans dövrünə qədər necə gəlib çatdığını izah edir. 6-cı əsrdə şəhərin qonşuluğundakı Korikusun inkişaf etməyə başlaması ilə Eleusa Sebaste yavaş-yavaş tarix səhnəsindən silinməyə başladı.