Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarpız stereotipi
Qarpız stereotipi — ABŞ-də afroamerikalılar haqqında stereotiplərdən biri. Bu stereotip guya afroamerikalıların qarpıza olan qeyri-adi dərəcədə iştahını ifadə edir. Bu stereotip hətta XXI əsr cəmiyyətində də geniş yayılmışdır. Qarpızlara ABŞ-də rasizmin identifikasiyası üçün əsas simvol kimi baxılır. Bu stereotiplərin doğruluğu şübhə altına alındığından 1994–1996-cı illərdə afroamerikalılar arasında keçirilmiş sorğuda ölkə əhalisinin 12,5%-ni təşkil edən afroamerikalılardan yalnız 1,1%-nin qarpıza tələbatı müəyyən edilmişdir. Bu stereotipin mənşəyinin naməlum olmasına baxmayaraq, afroamerikalılarla qarpızın assosiasiyası ABŞ-də quldarlıq dövrünə gedib çıxır. Quldarlıq tərəfdarları qarpız yetişdirən sadəlövh afroamerikalıları bu meyvə ilə təsvir etməyi xoşlayırdılar. XIX əsrin son onilliklərindən XX əsrin ortalarına qədər afroamerikalıların qarpızla təsvir edilməsi karikaturalar, kino və musiqidə əbədiləşmiş və məişət mallarında ümumi dekorativ mövzu kimi məşhurlaşmışdır. Hətta, Barak Obamanın 2008-ci il prezident seçkiləri kompaniyası və ondan sonrakı administrasiya dövründə də onun siyasi rəqibləri tərəfindən irqi ayrı-seçkiliyin simvolu olan qarpızlardan istifadə olunmuşdur. Afroamerikalılarla qarpız arasında əlaqə afroamerikalı menestrellərin oxuduğu mahnılar sayəsində məşhurlaşmışdır.
Stereotip
Stereotip (q.yun. στερεός "möhkəm", "davamlı" və (τύπος "iz" sözlərindən) — daimi olan, dəyişməz qalan və tez-tez baş verən bir nümunə. Bu çərçivə daxilində müxtəlif kontekstlərdə və müxtəlif mənalarda baş verə bilir. Baş vermiş hadisələrə köklü ideallar əsasında formalaşan münasibət. Bu baxımdan da zərərli ənənələr və şablonlarla sıx bağlıdır. Stereotipli davranışa müvafiq olaraq özünü göstərən, bir şeyə qarşı əvvəlcədən formalaşmış insanın düşünmə dəyərləndirməsi.
Etnik stereotip
Stereotip sözü yunan dilində stereos — möhkəm, tyros — iz deməkdir. Psixologiya elminin, xüsusilə onun sosial və etnopsixologiya sahələrində istifadə edilən əsas anlayışlardan biri də stereotip, sosial stereotip və etnik stereotip anlayışlarıdır. Sosial stereptiplər hər hansı bir hadisə, qrup, tarixi şəxsiyyət, peşə, xalq haqqında yalnız müvafiq sosial məkanda yaşayan insanlar üçün səciyyəvi olan təsəvvürlərdən ibarət psixi hadisədir. İnsanlar sosial stereotiplərə sosializasiya prosesində yiyələnirlər. "Sosial stereotip" termini ilk dəfə amerikan sosioloqu U. Lipman tərəfindən 1922-ci ildə "İctimai fikir" əsərində işlədilmişdir. U. Lipmana görə, stereotiplər mədəniyyətlə determinasiya olunan, nizamlanan "dünya təsviridir", onun köməyi ilə mürəkkəb sosial obyektlərin qavranılması üçün göstərdiyimiz səylərə qənaət edir və dəyərləri, mövqeyimizi, hüququmuzu müdafiə edirik. Başqa sözlə ifadə etsək, stereotiplər sosial informasiya axınında insanı istiqamətləndirir və ona özünü qiymətləndirməsini qorumağa kömək edir. Stereotiplər sadə, ümumiləşmiş, bəzən də təhrif olunmuş şəkildə olduğu üçün o qədər də etibarlı deyidir. Stereotiplər , əsasən, sosial obyektlərə (peşə, xalq, qrup, müəyyən sinif, əhali, təbəqə və s.) müəyyən münasibət yaradır, eləcə də fərdin sosializasiyasına kömək edir. Stereotiplər insanın şəxsi təcrübəsinin ümumiləşdirilməsi əsasında formalaşdırılır.