Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Serpent
Serpent (fr. - ilan) qədim nəfəsli musiqi aləti , bir neçə müasir nəfəsli alətlərin əcdadı. XVI əsrdən məlumdur. Öz adını ilanvari qıvrılmış formasına görə alıb. Serpent müxtəlif materiallardan hazırlanırdı, məsələn : Ağac , mis, sink və ya Gümüş. Bəzən Fil sümüyündən və ya digər heyvanların sümüyündən hazırlanan dərin piyaləli Mundştuku var ki , müasir mis nəfəsli alətlərin mundştukuna çox bənzəyir. Alətin korpusunda əvvəllər 6 dəlik olurdu. Sonrakı modellərdə artıq bir neçə klapan da yerləşdirilirdi. Kilsə musiqisində , xüsusən də , kilsə xorunun "bas" səslərini müşayiət etmək üçün istifadə olunurdu.
Serket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Serpez
Serpez (fr. Serpaize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38484. Kommunanın 2012-ci il üçün əhalisi 1564 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 190 ilə 324 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 23 km cənubda, Qrenobldan 80 km şimal-qərbdə yerləşir.
Stereo
Stereo səs və ya qısaca stereo – insanın eşitmə qabiliyyətinə uyğun olaraq xoş təəssürat yaratmaq üçün səs müxtəlif istiqamətlərdə və simmetrik olaraq yerləşdirilir, iki və ya daha çox müstəqil səs kanala qoşulmuş dinamiklərin köməyi ilə çoxaldılır. Stereo tez-tez mono ("monaural") səsin əksinə deyilir; Monofonik səsdə səs sahəsində mərkəzləşmiş yalnız bir kanal var. Yunan + "φωνή" (' 'phōnē' ': səs, ton) Western Electric 1927-ci ildə A tətbiqi ilə ortaya çıxdı. Məşhur istifadəsində stereo, eyni zamanda bir cüt hoparlör köməyi ilə səsin və ya çoxalmanın 2 kanallı yazılması deməkdir.
Sərvət
Gündəlik həyatda sərvət ifadəsi daha çox bir şəxsə və ya ailəyə məxsus olan böyük miqdarda pul dəyəri kimi xarakterizə edilir. İqtisadiyyatda isə bu çox fərqlidir. İqtisadiyyatda sərvət anlayışı ilə 1 manatlıq dəyər də sərvət olaraq xarakterizə edilər.
Şərbət
Şərbət – içki Şərbətlərin hazırlanmasında şəkər, ətirli-ədviyyəli bitkilər, meyvə-giləmeyvə, qaynadılıb soyudulmuş və ya buzdan istifadə edilir.Bəzi şərbətlərə boymadərən, bədmüşk və qızılgüldən çəkilmiş gülab əlavə edilir. Azərbaycanın müxtəlif rayonlarında qəndab, xoşab, səhləb, iskəncəbi, ovşala (oşara), xoşab, kimi sərinləşdirici içkilərdən də istifadə edilir. Əgər şərbət süfrəyə ağzı enli su qrafinlərdə və bardaqlarda verilirsə, onda şərbətə buz tikələri salmaq olar, butulka və ağzı dar qrafinlərdə verildikdə isə şərbəti əvvəlcədən soyuducuda saxlayıb soyudurlar. Şərbətlərin dadını yaxşılaşdırmaq üçün onlara limon turşusu və ya limon şirəsi əlavə edilir. Şərbətlərin tərkibində 60 %dən az olmayaraq şəkər olur. Meyvə-giləmeyvə şərbətləri təbii və süni olur. Şərbətləri hazırlamaq üçün meyvə-giləmeyvə ekstraktlarından da istifadə edilir. Şərbətlərdən albalı şərbəti, qızılgül şərbəti, ərik şərbəti, innab şərbəti, yubiley şərbəti, gül-nar şərbəti, limon şərbəti, meyvə şərbəti, nar şərbəti, nanəli şərbət, heyva şərbəti, reyhan şərbəti, sumaq şərbəti, turşəng şərbəti, çuğundur şərbəti, şəkər şərbəti və s.-ni göstərmək olar.
Şəriət
Şəriət (ərəb. الشريعة‎) — İslamda qəbul edilən ibadət, davranış və cəzalarla əlaqəli bütün dini qanun anlayışlarına və qaydalarına verilən ad. Fiqh, digər tərəfdən, şəriətdə bu qanun və qaydaların nəzəri və praktiki tətbiqi araşdırmaları ilə əlaqəli və şəriətin nə mənada olduğunu müəyyənləşdirən fəaliyyətlərə verilən addır. Dini terminologiyada şəriət ayələr və hədislər kimi dinin mənbəyi kimi qəbul edilən Allah və Məhəmməd peyğəmbərin kəlamlarına, fiqh isə dini rəhbərlərin sözləri və hərəkətlərinə və onların şərhlərinə istinad edir. Qurana əsaslanan şəriət qanunları əsas mənbə kimi əsrlər boyu islam cəmiyyətlərini və bir çox məsələlərdə kişi və qadınlar arasında münasibətlər, müharibə, nikah, boşanma, irs mübadiləsi, şəhadətnamə kimi müəyyən edilmiş qaydalarla sosial həyatı tənzimləmişdir. Qadın geyimləri ilə bağlı dəqiq çərçivənin olmaması, Qadın geyimləri haqqında əmrin rejimi ilə Qurani-Kərimdə ifadə edilmiş cümlələrdə, ideyaların yaranmasına gətirib çıxarmışdır, hansılar ki, İslamda əsrlər boyu müzakirə edilmişdir, hansılar ki, bir sonunda qadın geyimlərini yalnız qadının cinsiyyət orqanlarını əhatə etmək üçün kifayətdir, digər tərəfdən və şəxslər də daxil olmaqla, bütün bədəni örtməyə qadını məcbur edirdilər. İslam fiqhinin məzhəbləri Quranı dinin əsas mənbəyi hesab edirlər. Vacib (fərz, vəcib və sünnət) əməllərdən əl çəkmək və pis (məkruh və haram) olaraq təyin olunan işləri etmək cəzaya səbəb olur. (hadd və ya tazir cəzaları) Klassik şəriət tətbiqlərindən bəzilərinə ciddi insan haqları pozuntuları daxildir. 'Müharibələrdə əsir götürülmüş' qadınların vəziyyəti insan hüquqları baxımından kritik bir mövzudur.
Nikola Stercen
Nikola Fergüson Stercen (ing. Nicola Ferguson Sturgeon, 19 iyul 1970, Örvin, Şotlandiya) — Şotlandiyanın 5-ci Birinci (Baş) naziri və Şotlandiya Milli Partiyasının lideri. Stercenin sevimli hobbisi kitab oxumaq və kinoya baxmaqdır. Stercen Danimarka siyasi draması olan Borgenin pərəstişkarıdır.
Stepped Reckoner
Leybnits kalkulyatoru — 1674-cü ildə alman riyaziyyatçısı Qotfrid Vilhelm Leybnits (Gottfried Wilhelm Leibniz) tərəfindən yaradılmışdır. Bir çox ədəbiyyatda "Stepped Reckoner" (Pilləli hesablayıcı) adı ilə verilir. Maşın dörd hesab əməli ilə yanaşı kvadrat kökü də hesablayır. 1674-cü ildə dahi alman riyaziyyatçısı Qotfrid Vilhelm Leybnits (Gottfried Wilhelm Leibniz) "Stepped Reckoner" (Pilləli hesablayıcı) adlı hesab maşınını yaratmışdır. Maşın dörd hesab əməli ilə yanaşı kvadrat kökü də hesablayırdı.
Kemal Tepret
Migel Servet
Migel Servet (ing. Michael Servetus; 29 sentyabr 1511 – 27 oktyabr 1553, Cenevrə, Cenevrə Respublikası[d]) — teoloq, həkim və hümanist alim. Servet bir çox elm sahəsində fəaliyyət göstərmişdir. Astronomiya, meteorologiya, coğrafiya, hüquq və incil kimi müxətlif sahələrdə çalışmışdır. Migel Servetin əsas fəaliyyət sahəsinə teologiya və həkimlik daxil olub. Migel Servet Villanueva se Sijena şəhərciyində, İspaniyada 1511-ci ildə anadan olmuşdur. Doğum tarixi haqqında, dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda 1509-cu ildə, doğuldu göstərilmişdir. Servetin atası Araqon krallığının zadəganlarından olan Sərveto nəslindəndir. Anası Monzon bölgəsində keçmiş yahudi ailəsindən idi.
Sarpet xardalı
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Brassica argyi H.Lév. Brassica arvensis var. juncea (L.) Kuntze Brassica besseriana Andrz. ex Trautv. Brassica cernua (Thunb.) Matsum. Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl. Brassica cernua var. chirimenna Makino Brassica chenopodiifolia Sennen & Pau [Invalid] Brassica integrifolia (H.West) Rupr.
Sermet Yeşil
Sərmət Yaşıl (türk. Sermet Yeşil; 25 may 1977, Əskişəhər) — teatr, film və seriallara çəkilən türk aktyoru.
Servet Çetin
Sərvət Çətin (17 mart 1981, Duzluca, İğdır ili) — Əskişəhərspor və Türkiyə milli futbol komandasında oynayan Azərbaycan əsilli futbolçu. Sərvət Çətin 1981-ci ildə İqdırın Tuzluca adlı yerində dünyaya gəlib. 30 iyul 1999-cu ildə İstanbulun "Qartalspor" klubunda peşəkar futbolçu karyerasına başlayıb. Sonra transfer olunduğu Göztəpə klubu Türkiyə milli futbol çempionatının yüksək liqasına çıxıb. 2002-ci ildə yüksək liqada oynayan digər bir kluba — Dənizlispora transfer olunub. Dənizlisporun heyətində uğurlu oyunu ilə yadda qalıb. 1 sentyabr 2003-cü ildə Fənərbaxçaya transfer olunub. Bu klubun heyətində 2 dəfə Türkiyə çempionu adını qazanıb. Amma zədə aldığına görə uzun müddət yaşıl meydana çıxa bilməyib Fənərbaxçanın baş məşqçisi Ziko ona əsas heyətdə yer vermədiyinə görə 30 avqust 2006-cı ildə Sivasspora transfer olunub. Bu klubun heyətində 2006/2007 mövsümündəki uğurlu çıxışından sonra böyük futbol klublarının transfer siyahılarında yer alıb.
Street Fighter
Street Fighter (yap. ストリートファイタ, qısa variantı: SF) – "Action" (ing. Hərəkətli) janrında yaradılan oyun seriyasıdır. "Capcom" şirkəti tərəfindən yaradılmışdır.
Sərmət Yaşıl
Sərmət Yaşıl (türk. Sermet Yeşil; 25 may 1977, Əskişəhər) — teatr, film və seriallara çəkilən türk aktyoru.
Sərvət Təzəgül
Sərvət Təzəgül (türk. Servet Tazegül) – Olimpiya, Dünya və Avropa çempionu, Azərbaycan əsilli Türk taekvondoçu 26 sentyabr 1988-ci ildə Türkiyənin Qars əyalətinin Arpaçay bölgəsindən Almaniyaya köç etmiş Azərbaycanlı ailədə anadan olmuşdur. Gültan və Bəylər Təzəgül cütlüyünün ən kiçik uşaqlarıdır. Ailəsi Azərbaycan türklərinin bir qolu olan Qarapapaq türklərindəndir. 5 yaşından taekvondo ilə məşğuldur. 2008-ci ildə Pekin 2008 Yay Olimpiya Oyunlarında 68 kq çəkidə rəqibi Perulu Peter Lopezi məğlub edərək bürünc medal qazanmışdır. 2012-ci ildə London yay olimpya Oyunlarında sırayla rəqibləri Terrance Jennings, Hryhorii Husarov, Martin Stamper ilə çıxdığı 3 matçı qazanaraq, eyni kateqoriyada İranlı Məhəmməd Bakiri Mutemedi filan qarşılaşmasında 6–5 məğlub edərək qızıl medal qazanmışdır. 2014-cü ildə Avropa Taekvondo çempionatında finalda rus idmançı Aleksey Denisko ilə 10–10 bərabərliklə davam edən qarşılaşmanı son dəqiqələrdə etdiyi həmlə ilə qalib tamamlayaraq, Avropa çempionu olmuşdur. 2016-cı ildə Olimpiya oyunlarında da iştirak edən həmyerlimiz Venezuelalı Edqar Konterasla çıxdığı qarşılaşmanı 4–0 qalib olduğu halda son dəqiqələrdə məğlub bitirmişdir. Nəticədə bu yarışdan medalsız ayrılmışdır.
Sərvət Çətin
Sərvət Çətin (17 mart 1981, Duzluca, İğdır ili) — Əskişəhərspor və Türkiyə milli futbol komandasında oynayan Azərbaycan əsilli futbolçu. Sərvət Çətin 1981-ci ildə İqdırın Tuzluca adlı yerində dünyaya gəlib. 30 iyul 1999-cu ildə İstanbulun "Qartalspor" klubunda peşəkar futbolçu karyerasına başlayıb. Sonra transfer olunduğu Göztəpə klubu Türkiyə milli futbol çempionatının yüksək liqasına çıxıb. 2002-ci ildə yüksək liqada oynayan digər bir kluba — Dənizlispora transfer olunub. Dənizlisporun heyətində uğurlu oyunu ilə yadda qalıb. 1 sentyabr 2003-cü ildə Fənərbaxçaya transfer olunub. Bu klubun heyətində 2 dəfə Türkiyə çempionu adını qazanıb. Amma zədə aldığına görə uzun müddət yaşıl meydana çıxa bilməyib Fənərbaxçanın baş məşqçisi Ziko ona əsas heyətdə yer vermədiyinə görə 30 avqust 2006-cı ildə Sivasspora transfer olunub. Bu klubun heyətində 2006/2007 mövsümündəki uğurlu çıxışından sonra böyük futbol klublarının transfer siyahılarında yer alıb.
Şərbət Güla
Şərbət Güla (puşt. شربت ګله, tərcümədə "Şirin su, şərbət" deməkdir. 20 mart 1972, Nəngərhar) — Əfqanıstanlı qadın, 1972-ci ildə doğulub, başqa bir soyadı Bibidir — Şərbət Bibi. Fotosu çəkilən vaxt Sovet İttifaqı Əfqanıstana hücum etdiyinə görə Pakistana qaçıb, qaçqın kimi ora sığınıbmış. Yaşıl gözlü, qırmızı yaylıqlı, düz kameraya baxan gənc qız Qərbdə çoxlu şərhlərə səbəb olub, ictimaiyyət bu fotoya böyük maraq göstərib. Fotonu bir çox cəhətlərinə görə, Leonardo da Vincinin "Mona Liza"sına bənzədirlər və "Birinci Dünyanın Üçüncü Dünyalı Mona Lizası" adlandırırlar. Bu foto günümüzdə Şərq ölkəsində yaşayan, Qərbdə mərhəmət doğuran qaçqın qızların simasına çevrilib. Foto "Əfqan qızı" adıyla 1985-ci ilin iyun ayında National Geographic jurnalının üz qabığında çıxıb. Stiv Makkurinin bir çox məşhur fotoları mövcuddur. Stiv öz fotoları ilə dünyada yetərincə tanınmışdır, ancaq ona ən böyük şöhrəti məhz Şərbət Gülanın fotosu bəxş etdi.
Sermet Atay
Sermet Atay (29 iyun 1964, Qaziantep ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Sermet Atay 1964-cü ildə Qaziantep ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Qaziantepdə alıb. İstanbul Universiteti Hüquq Bölməsindən məzun olub. Maliyyə Nazirliyinin Hüquq Baş İdarəsində xəzinədar hüquqşünas vəzifəsində çalışıb. 1988-1990-cı illərdə Qaziantep Polis Liseyində müqaviləli təlimatçı olub. 1990-cı ildə dövlət qulluğundan istefa verib, öz hüquq bürosunu açıb və sərbəst hüquqşünas olaraq çalışıb. 1995-1998-ci illərdə Qaziantepspor İdman Klubunun Baş Katibi və TFF Ali Şurasının nümayəndəsi vəzifələrində təmsil olunub. 90-cı illərdə Doğru Yol Partiyasının üzvü olub. DYP Qaziantep ilçə şöbəsinin sədri, DYP Qaziantep il şöbəsinin sədr müavini və sədri olub.
Sing Street
Sing Street — Con Karninin senarisi və rejissorluğu ilə 2016-cı ildə çəkilmiş musiqili film. 1980-ci illərdə İrlandiyada sevdiyi qızı özünə heyran etmək üçün musiqi qrupu yaradan yeniyetmə oğlandan bəhs edir. Lucy Boynton — Raphina Maria Doyle Kennedy — Penny Aidan Gillen — Robert Jack Reynor — Brendan Kelly Thornton — Ann Ferdia Walsh-Peelo — Conor Ben Carolan — Darren Mark McKenna — Eamon Percy Chamburuka — Ngig Conor Hamilton — Larry Karl Rice — Garry Ian Kenny — Barry Don Wycherley — Brother Baxter Lydia McGuinness — Miss Dunne Sing Street — Internet Movie Database saytında.
Sərvət (qəzet)
Sərvət — Osmanlı imperiyasında nəşr olunan qəzet. Bu, ilk olaraq Osmanlı yunanı Dimitrios Nikolaidis tərəfindən nəşr edilmişdir. Əvvəlcə yalnız Osmanlı türkcəsində dərc edilməsinə baxmayaraq, sonralar fransızca da məzmun nəşr edilmişdir. Konstantinopoldakı (indiki İstanbul ) və Anadoludakı oxuculara həftədə iki dəfə paylanaraq poçtla göndərilirdi. "Sərvət-i Fünun" əslində "Sərvət"in əlavəsi idi. Dimitrios Nikolaidis ilk növbədə Qaramanlı türkcəsində və ya yunan əlifbası ilə türkcə "Asya" qəzeti çıxarmaq istəyirdi. O, 1887-ci ilin noyabrında Osmanlı Mətbuat İdarəsinə müraciət etmiş və həmin ilin dekabrında icazə əldə etmişdir. Gündüz saatlarında Qalatadan qəzet çıxara bilmədiyi üçün Babı-alidən nəşr etməli olmuş, Osmanlı hakimiyyəti isə gecə Qalatada qəzet istehsalına icazə verməmişdir. 1888-ci ildə Osmanlı hakimiyyəti Nikolaidisin "Asya" adını istifadə edə bilməyəcəyini və yunan hərfləri yerinə fars-ərəb simvollarından istifadə etməsi lazım olduğunu bildirmişdir. Nikolaidis hələ də Osmanlı türkcəsində hər hansı bir qəzet adı ilə nəşr etməkdə maraqlı idi, buna görə də sonda nəşrin adı "Sərvət" olmuşdur.
Manic Street Preachers
Manic Street Preachers ( (ing.) «Menik strit priçerz» kimi oxunur — «Ağılsız küçə vaizləri») — 1986-ci ildə Betty Blue adı altında Uelsin cənubunda, kiçik şaxtaçı şəhərciyi Blekvudda yaradılan Britaniyalı (Vall) rok-qrupu. Manic Street Preachers fəaliyyətə pank-qruppa kimi başlamış lakin, sonradan nəticə olaraq rok-meynstrim səslənməsinə yaxınlaşmışlar. Qrup hər zaman mahnı mətnlərinin siyasiliyi və qrupüzvlərinin çıxışları ilə fərqlənmişdir. == Tarix == Qrup 1986-cı ildə iştirak üçün üç sinif yoldaşını da dəvət edən: Ceyms Din Bredfild (vokal, gitara), "Fliker" (ritm-gitara, əsl adı - Maylz Vudvord) və Şon Muru (zərb alətləri) Niki Uayer (əsl adı - Nikolas Cons) tərəfindən yaradılmışdır. Ceyms Din Bredfild və Şon Mur əmioğludular. == Heyət == Ceyms Din Bredfild - baş vokal, ritm-gitara, fortepiano, sintezator (1986-bugünədək) Niki Uayr - ritm-gitara (1986-1988), piano, vokal, bek-vokal (1988-bugünədək) Şon Mur - zərb, boru, bek-vokal (1986-bugünədək) Keçmiş üzvlər Maylz Vudvord - bas gitara (1986-1988) Riçi Edvards - ritm-gitara, piano, bek-vokal (1989-1995) === Zaman Şkalası === == Diskoqrafiya == === Studiya albomları === Generation Terrorists (1992) Gold Against the Soul (1993) The Holy Bible (1994) Everything Must Go (1996) This Is My Truth Tell Me Yours (1998) Know Your Enemy (2001) Lifeblood (2004) Send Away the Tigers (2007) Journal for Plague Lovers (2009) Postcards from a Young Man (2010) Rewind the Film (2013) Futurology (2014) Resistance Is Futile (2018) The Ultra Vivid Lament (2021) === Sinqllar === === Toplular === Forever Delayed (ing.Əbədi təxirə salınmış) - 2002 Lipstick Traces - A Secret History Of Manic Street Preachers (ing. Dodaq boyası izləri)- 2003 National Treasures – The Complete Singles (ing.
Street Fighter II
Street Fighter 2 (yap. ストリートファイタ 2, azərb. Küçə döyüşçüsü‎) - "Capcom" oyun şirkəti tərəfindən 1991-ci ildə yaradılan, döyüş oyunudur. Oyunçu hər oyunda kompyuterin seçdiyi rəqiblə qarşılaşır. Hər üç raunddan sonra oyunçu bonus raundlarına düşür. Burada, əsasən, maşını tam sındırmaq lazım gəlir. Bonus mini-oyunlar "Super Street Fighter II Turbo" arkad oyunundan silinmişdir. Lakin "Game Boy Advance" oyununda saxlanmışdır. Zangief personajı sonda qalib gəldikdən sonra onu təbrik etməyə SSRİ prezidenti gəlir. Bu prezident görkəminə görə Mixail Qorbaçova oxşayır.
Street Fighter (videooyun)
Street Fighter (yap. ストリートファイタ, azərb. Küçə döyüşçüsü‎) - "Capcom" oyun şirkəti tərəfindən 1987-ci ildə yaradılan döyüş oyunudur.