Sərvət Çətin (17 mart 1981[1], Duzluca, İğdır ili) — Əskişəhərspor və Türkiyə milli futbol komandasında oynayan Azərbaycan əsilli futbolçu.[2]
Sərvət Çətin | |||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 17 mart 1981[1] (43 yaş) | ||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||
Boyu | 191 sm | ||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 84 kq | ||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | müdafiəçi | ||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Sərvət Çətin 1981-ci ildə İqdırın Tuzluca adlı yerində dünyaya gəlib.[3]
30 iyul 1999-cu ildə İstanbulun "Qartalspor" klubunda peşəkar futbolçu karyerasına başlayıb. Sonra transfer olunduğu Göztəpə klubu Türkiyə milli futbol çempionatının yüksək liqasına çıxıb. 2002-ci ildə yüksək liqada oynayan digər bir kluba — Dənizlispora transfer olunub. Dənizlisporun heyətində uğurlu oyunu ilə yadda qalıb. 1 sentyabr 2003-cü ildə Fənərbaxçaya transfer olunub. Bu klubun heyətində 2 dəfə Türkiyə çempionu adını qazanıb. Amma zədə aldığına görə uzun müddət yaşıl meydana çıxa bilməyib Fənərbaxçanın baş məşqçisi Ziko ona əsas heyətdə yer vermədiyinə görə 30 avqust 2006-cı ildə Sivasspora transfer olunub. Bu klubun heyətində 2006/2007 mövsümündəki uğurlu çıxışından sonra böyük futbol klublarının transfer siyahılarında yer alıb. 17 aprel 2007-ci ildə Qalatasaray klubuna transfer olunub.
Türkiyə milli futbol komandasının heyətində ilk qolunu 8 sentyabr 2007-ci ildə Maltanın milli futbol komandasının qapısına vurub. 2007/2008 mövsümündə Qalatasarayın heyətində 59 oyununda neydana çıxıb və 3 qola imza atıb. Bu nəticələrinə görə klubun tarixində ən çox qol vuran müdafiəçilərdən biri olub. Buna görə də Qalatasaray azarkeşləri ona "Ayıboğan" və "Türkü baba" ləqəblərini veriblər. Futbol üzrə Avropa çempionatı 2008-də Türkiyə milli futbol komandasının A qrupunda keçirdiyi hər 3 oyunda meydana çıxıb. 3-cü oyunda zədələndiyinə görə sonrakı 2 oyunda komandanın heyətində yer almayıb.
Qalatasaray klubunun heyətində 76 nömrəli geyimdə çıxış edib ki, bu rəqəm də İğdır ilinin nəqliyyat vasitəsi nömrəsidir.
# | Tarix | Yer | Rəqib | Hesab | Nəticə | Turnir |
---|---|---|---|---|---|---|
1. | 8 sentyabr 2007 | Valletta, Malta | Malta | 2–2 | 2–2 | Futbol üzrə Avropa çempionatı 2008 seçmə mərhələsi |
2. | 12 avqust 2009 | Kiyev, Ukrayna | Ukrayna | 3–0 | qalibiyyət | Yoldaşlıq görüşü |
3. | 14 oktyabr 2009 | Bursa, Türkiyə | Ermənistan | 2–0 | qalibiyyət | Futbol üzrə dünya çempionatı 2010 seçmə mərhələsi |