Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stilbit
Stilbit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – rəngsiz, ağ, boz, sarımtıl, açıq-qəhvəyi, narıncı-qırmızı, qırmızı; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – güclü; şüşə, sədəf, ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,1-2,2; Sərtlik – 3,5-4,0; Kövrəkdir, Ayrılma – {010} üzrə mükəmməl, {100} üzrə aydın; Sınıqlar – şüalı, lövhəyəbənzər, tikanlı; Başqa xassələr – molekulyar ələk xassəli; Morfologiya – kristallar: lövhə formalı, sütunvari, «burulmuş» yonqar şəklində; İkiləşmə: {001} üzrə xaçvari qarşılıqlı nüfuzetmə ikiləşmələrinə tez-tez rast gəlinir; Mineral aqreqatları: dərz şəkilli, paralel-çubuq- və – lövhəvari, şüalı əmələgəlmələr, sferolitlər, sekresiyalar, druzalar. Tipik hidrotermal mineral olub, ən çox əsasi effuziv süxurların boşluqlarında və çatlarında inkişaf edir. Gec hidrotermal minerallardan biri kimi bəzi intruziv süxurlarda–siyenit, qranit və qabbroidlərdə, habelə qranit peqmatitlərində və polimetal filizlərində qeyd edilir. Bəzən metamorfik süxurların – müxtəlif şist və qneyslərin boşluq və çatlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, epidot, adulyar, kvars, geylandit, şabazit, natrolit və b. Mineralın tapıldığı yerlər: Börjön (Macarıstan); Teyqarhorn (İslanliya); Dalneqorski və Savinski yataqları, Şərqi Sibir (Rusiya). Azərbaycanda Naxçıvan MR-da, Şuşa (Dağlıq Qarabağ), Daşkəsən, Göy-Göl, Laçın, Qazax rayonlarında, Dağlıq Talışda və b. yerlərdə qeyd olunmuşdur. Azərbaycan mineralları.
Corc Stinni
Corc Stinni (21 oktyabr 1929 – 16 iyun 1944, Kolumbiya) — Səhvən 2 azyaşlı, 7 və 11 yaşlı Amerikalı qızların öldürülməsində şüphəli bilinərək, ölüm cəzasına məhkum edilmişdir. O, elektrik stuluna bağlanaraq edam edilən ən gənc, 14 yaşlı Amerikalı məhkum idi. == Hadisə == 2 ağdərili Amerikalı qız, 7 yaşlı Meri Emma Sames və 11 yaşlı Beti Cun Binikerin gecə saatlarında evə geri dönmədikləri aşkar olunduqdan sonra, onlar Cənubi Karolina ştatının Alkolu qəsəbəsində ölü olaraq tapılıb. Bu qəsəbə, ağdərililərin yaşadığı və qaradəlilərin yaşadığı hissələr olmaqla ikiyə bölünürdü və qızlar qaradərili amerikalıların yaşadığı ərazidə itmişdilər. Onların Stinney ailəsinin evinin ətrafında söhbət etdikləri məlum idi. Geniş miqyaslı axtarışlara başlandıqdan sonra çirkli su ilə dolu bir xəndəkdə, başları qırılmış qızların cəsədləri tapıldı. == İttiham və həbs == Qəsəbə polisi azyaşlı qızların öldürülməsində Stinni ailəsindən 14 yaşlı Corcu şüphəli bildi. Polislər, Corcun, işlənmiş cinayəti etiraf etdiklərini söylədilər və həbs etdilər. İstintaq aparan vəkilin təqdim etdiyi yazılı məlumatdan başqa, etiraf haqqında heç bir yazılı qeyd və sənədlər yox idi.
Adam stili
Adam stili (və ya Adamesk və "Adam qardaşlarının üslubu") — 18-ci əsrə aid neoklassik interyer dizaynı və memarlıq stili. Şotlandiyalı üç qardaş, Con Adam (1721-1792), Robert Adam (1728-1792) və Ceyms Adam (1732-1794) tərəfindən tətbiq olunmuşdur. Onlardan son ikisi bu sahədə daha məşhur idilər. Adam qardaşları, ilk dəfə olaraq memarlıq və interyer üçün kompleks stil təklif etmişdilər: divarlar, tavanlar, kaminlər, mebellər, çilçıraqlar və xalçalar Adam qardaşları tərəfindən vahid ortaq sxem əsasında hazırlanırdı. Əksər hallarda, səhvən "Adams stili" adı ilə tanınsa da, bu memarlıq və mebel stili üçün düzgün termin "Adam qardaşlarının üslubu"dur (ing. Style of the Adam Brothers). Adam stili 1760-cı illərin sonlarından etibarən 18-ci əsr İngiltərə, Şotlandiya və Rusiyasında ali və orta təbəqəyə aid iqamətgahlarda və İstiqlal müharibəsindən sonra ABŞ-də özünə yer tapdı. Rusiyada bu stil şotland memarı Çarlz Kameron tərəfindən təqdim edilmişdi, ABŞ-də isə Federal stil adı ilə tanınmağa başladı və fərqli xüsusiyyətlər qazandı. 1795-ci ildən etibarən Adam stili Regent stili və fransız ampir stili ilə əvəz olundu. == Təsirlənib == Adam stili əsasən aşağıdakılardan təsirlənmişdir: Qazıntılar zamanı yenicə tapılan Qədim Roma dövrünə aid Pompeya və Herkulanum şəhərlərindəki freskalar və divar rəsmləri; Qazıntılar zamanı tapılan çoxsaylı qara və qırmızı etrusk yunan vazaları; Britaniyada Ceyms Stüart və Nikolas Revetin 1762-ci ildə nəşr olunan "Afina qədimlikləri" kitabından və digər bu kimi nəşrlərdən məlum olan klassik yunan memarlığı.
Arxitektura stili
Memarlıq üslubu — memarlıq xüsusiyyətlərin və əlamətlərinin məcmusudur. Memarlıq üslubunu, müəyyən dövrün və yerin xarakterik xüsusiyyətləri, funksional, konstruktiv və incəsənət tərəflərinin fərqliliyi formalaşdırır və onun ikişafı iqlim, dini və mədəni amillərdən asılıdır. Memarlığın inkişafı zamandan birbaşa asılı olmasına baxmayaraq, həmişə üslublar ardıcıllıqla dəyişmir. Müəyyən dövrlərdə, fərqli üslubların eyni zamanda mövcudluğu tarixdə müşahidə olunmuşdur (məsələn, barokko və klassisizm, modern və eklektika, funksionalizm, konstruktivizm və ar-deko).
Tyudor stili
Tüdor stili — York sülaləsi əvəz edən Tüdorlar İngiltərəni 1485–1603-cü illərdə idarə edib. Bu dövrdə meydana gələn memarlıq stili, binaların təsvirini əsaslı şəkildə dəyişərək yeni səviyyəyə gətirdi. Bu stildə tikilmiş bəzi evlər, dövrümüzə qədər gəlib çatmışdır. Tüdor stili üçün xarakterik cəhətlər — qara tirlər və ağ divar panelləridir. Bu, memarların seçimi deyildi, hər şeyi inşaatçıların seçdiyi materiallar müəyyən edirdi. XV–XVI əsrlərdə bütün İngiltərə meşə ilə əhatə olunmuşdu, buna görə də ağac, həmçinin gil tapmaq çətin deyildi. Alternativ olaraq bəzi evlərdə kərpicdən istifadə edirdilər, lakin binanın həndəsi quruluşunu müəyyən edən tirlər yenə də qalırdı. Sauthemptonda yerləşən Tüdorlar memarlıq muzeyi bu stilin səciyyəvi əlamətlərini nümayiş etdirir: yuxarı mərtəbələr aşağı mərtəbənin sərhədindən kənara çıxır, pəncərə və qapı girişləri yastı tağlarla bəzədilib. Nisbətən sadə fasad, interyerin detalları ilə kontrastdadır. XIX əsrin sonlarında Tüdorlar öz intibah dövrünü yaşadılar.
Tüdor stili
Tüdor stili — York sülaləsi əvəz edən Tüdorlar İngiltərəni 1485–1603-cü illərdə idarə edib. Bu dövrdə meydana gələn memarlıq stili, binaların təsvirini əsaslı şəkildə dəyişərək yeni səviyyəyə gətirdi. Bu stildə tikilmiş bəzi evlər, dövrümüzə qədər gəlib çatmışdır. Tüdor stili üçün xarakterik cəhətlər — qara tirlər və ağ divar panelləridir. Bu, memarların seçimi deyildi, hər şeyi inşaatçıların seçdiyi materiallar müəyyən edirdi. XV–XVI əsrlərdə bütün İngiltərə meşə ilə əhatə olunmuşdu, buna görə də ağac, həmçinin gil tapmaq çətin deyildi. Alternativ olaraq bəzi evlərdə kərpicdən istifadə edirdilər, lakin binanın həndəsi quruluşunu müəyyən edən tirlər yenə də qalırdı. Sauthemptonda yerləşən Tüdorlar memarlıq muzeyi bu stilin səciyyəvi əlamətlərini nümayiş etdirir: yuxarı mərtəbələr aşağı mərtəbənin sərhədindən kənara çıxır, pəncərə və qapı girişləri yastı tağlarla bəzədilib. Nisbətən sadə fasad, interyerin detalları ilə kontrastdadır. XIX əsrin sonlarında Tüdorlar öz intibah dövrünü yaşadılar.
Viktorian stili
Viktorian stili — kraliça Viktoriyanın (1837–1901) şərəfinə adlandırılsa da, həmin dövrdə kraliça Anna stili, kral Yakov stili, italyan və neoqotika stilləri yayılmışdı. Bunlardan başqa, memarlar materiallarla eksperimentlər edərək, müxtəlif stillərin elementlərini qarışdırırdılar – məsələn, dik tyudor damları ilə qotik oxvari tağlar. Viktorian stili Avstraliya istisna olmamaqla, bütün Britaniya imperiyasında geniş yayılmışdı. 1885-ci ildə memar Harri Kent, Çarlz B. Feyrfaks üçün, hazırda Sidneydə tarixi abidə sayılan Kaerleon evini layihələndirdi. 45 dərəcə bucaqlıq dam, erker kimi detallar və daş astarlı qırmızı kərpic divarları, vitraj şüşələr və verandanın XIX əsrin ikinci yarısında Avstraliyada yayılmış kraliça Anna stilinə işarə edən çuqun dayaqları tamamlayır. Viktorian stilini yerli xüsusiyyətlərlə adaptasiya etmək asan idi. Bu stilin dəyişkən elementləri var idi və o, müxtəlif miqyaslı və müxtəlif tipli binaların layihəsi üçün uyğun idi. Memarların əvvəlki stillərin konstruktiv məhdudiyyətlərindən yan keçmələri ictimaiyyətin o qədər xoşuna gəldi ki, viktorian dizaynı demək olar ki, universal oldu. San Fransiskoda XIX əsrin ortalarında və ikinci yarısında tikilən viktorian evləri buna nümunə ola bilər. Britaniyalı memarlar, bir qayda olaraq, qırmızı kərpic və ağ daş astardan istifadə etmişdilərsə, onların amerikan kolleqaları bəzi detalları ağ rənglə ayırdılar və onların aralarındakı panelləri müxtəlif rənglərlə boyadılar.