Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pyotr Stolıpin
Stolıpin Pyotr Arkadyeviç (d. 1862 - ö. 1911) — rus dövlət xadimi, Rusiya imperiyası daxili işlər naziri. == Həyatı == 1885-ci ildə Sankt-Peterburq universitetini bitirərək Torpaq nazirliyində işə düzəlib. 1905-ci ildə 1-ci dövlət dumasının buraxılmasından sonra çar onu daxili işlər naziri təyin edir və həmin ilin 8 iyununda nazirlər sovetinin sədri olur. Bu vəzifədə o bir çox qanun layihələrini qəbul etdirir. 9 noyabr 1906-cı ildə qəbul edilmiş "kəndli torpaq sahibkarları və torpaqdan istifadə haqqında" qanuna əsasən icmalar ləğv olunurdu və kəndlilərə şəxsi istifadə üçün torpaq sahələri verilirdi. 31 mart 1908-ci ildə dövlət duması qarşısında Amur dəmir yolunun tikintisi məsələsini qaldırmışdı.
Stolıpin aqrar islahatı
Stolıpin aqrar islahatı — Pyotr Stolıpinin başçılığı altında Rusiyada kənd təsərrüfatı və aqrar sahədə həyata keçirilən islahat. == Zəmin == Birinci rus inqilabının qarşısında duran əsas məsələlərdən biri də aqrar məsələnin həll olunması problemi idi. İnqilabın yatırılmasından sonra çarizm bu problemi islahatlar yolu ilə həll etməyə, yəni hakimiyyəti və torpaqları mülkədarların əlində saxlayaraq aqrar böhranın səbəblərini aradan qaldırmağa çalışırdı. Birinci rus inqilabı məğlubiyyətlə nəticələnsə də inqilabi hərəkatların geniş vüsət alması onu göstərdi ki, kəndlərdə, milli ucqarlarda hökumətin sosial dayağı yoxdur. 1905-1907-ci illər inqilabı Rusiyada aqrar məsələsini onun burjua inkişafının milli xüsusiyyəti olduğunu tamamilə təsdiq edərək, bunu başlıca məsələ kimi bütün kəskinliyi ilə irəli sürdü. İslahatdan sonrakı bütün inkişaf sübut etdi ki, həm mülkədar, həm də kəndli təsərrüfatı, feodalizmin saysız-hesabsız qalıqları ilə buxovlansa da, kapitalizm yolu ilə inkişaf edir. 1905-1907-ci illər inqilabı dövründə kəndli hərəkatından qorxuya düşmüş hökumət kəndlilərin torpaq uğrunda mübarizəsini dayandıra bilən tədbirlər görmək qərarına gəldilər. 1905-ci il noyabrın 3-də çar hökuməti mülkədarlardan torpağı satın alıb kəndlilərə satan Kəndli torpaq bankının fəaliyyətini genişləndirmək haqqında fərman verdi. Torpaq məsələsi ilə əlaqədar daha geniş tədbirlər işləyib hazırlamaq məqsədi ilə hökumət 1906-cı il yanvarın 6-da kəndlilərin pay torpaqlarına malik olmaq hüququna aid qanunların ilkin qaydada işlənib hazırlanması üçün “xüsusi müşavirə” adlanan bir müşavirə çağırdı. Müşavirə zadəganlara məxsus torpaq fondunun toxunulmazlığını saxlamaq barədə mülkədarların və onların siyasi partiyası olan “Birləşmiş zadəganlar şurası”nın xüsusi sifarişini yerinə yetirdi.