Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stemona
Stemona (lat. Stemona) – stemonakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Yumrucuqlu stemona (Stemona tuberosa Lour.) == Növləri == == İstinadlar == Stemona:The Plant List saytında takson barədə məlumat.
Sutorina
Sutorina (mont. Суторина, Monteneqroca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[sûtɔrina]]]) — Monteneqroda kənd. Herseq-Novi icmasının tərkibində eyniadlı bələdiyyəni təşkil edir. XIV əsrdən bəri davamlı olaraq Bosniya və Herseqovinanın bir hissəsi olmuşdur. 1936–1947-ci illərdə Yuqoslaviya əraziyə nəzarəti Monteneqroya təhvil vermişdir. 26 avqust 2015-ci ildə Vyanada Monteneqro ilə Bosniya və Herseqovina arasında sərhədlər haqqında saziş imzalanmışdır. Sazişə əsasən, Sutorina ərazisi Monteneqroda qalır. Sənədi Monteneqronun daxili işlər naziri Raşko Konyeviç ilə Bosniya və Herseqovina Xarici İşlər Nazirliyinin rəhbəri İqor Çrnadak imzalamışdılar. Mərasimdə Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Draqan Çoviç və Avstriya Prezidenti Haynz Fişer iştirak edirdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Tuno, N. и др. .
Sterna
Susüpürən (lat. Sterna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Torna
Torna metalların və süni materialların kəsmə ilə hazırlanmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Torna əməliyyatı kəskilərin tətbiqi ilə torna dəzgahlarında aparılır. Başqa əməliyyatlardan fərqli olaraq burada əsas hərkəti pəstah, köməkçi hərkəti isə alət yerinə yetirir. Pəstah fırlanır, kəski isə supportun köməyi pəstah boyunca hərəkət etdirilərək veriş hərəkətini alır. Bu zaman kəskiyə verilən eninə veriş kəsmə dərinliyini yaradır, bunun nəticəsində də emal zamanı yonqar əmələ gəlir. Xüsusi hallarda alət də baş hərkətin alınmasında iştirak edir. Klassik torna əməliyyatında fırlanan səthlər emal olunmuşlar. Hal-hazırda müasir CNC idraəetmə sistemi ilə təchiz olunmuş dəzgahlar daha mürəkkəb səthlərin emalına imkan yaradırlar. Verişin istiqamətindən asılı olaraq uzununa və eninə torna əməliyyatları mövcuddur. Alətin pəstaha nisbətən vəziyyəti isə xaric və daxili yonma ilə səciyyələnir.
Aurel Stodola
Aurel Stodola (slovak. Aurel Stodola; 10 may 1859, Liptоvski Mikulаş, Macarıstan krallığı – 25 dekabr 1942, Sürix) — slovak mühəndis, fizik və ixtiraçı. Texniki termodinamika və tətbiq sahəsində pioner idi və 1903-cü ildə “Die Dampfturbine” (azərb. Buxar turbini‎) adlı kitabı nəşr etdi. Turbin dizaynı ilə məşğul olan termodinamik məsələlərə əlavə olaraq, kitabda maye axınının, titrəyişin, plitələrin, qabıqların və fırlanan disklərin və stressin konsentrasiyalarının deşiklər və filetlərdə analizindən bəhs olunurdu. 1892-ci ildə Stodola Enerji Çevrilməsi Laboratoriyasını qurmuşdur. == Həyatı == 1877-ci ildə Budapeşt Politexnik Məktəbində, sonra isə 1878-ci ildə Zürih Politexnik İnstitutunda maşınqayırma fakültəsini oxudu, 1881-ci ildə fərqlənmə diplomunu aldı. Məzuniyyətdən sonra atasının emalatxanasında çıxan yanğında məhv olmuş məhsulu bərpa etməyə kömək etdi. 1884-1892-ci illərdə Praqadakı Ruston mühəndis zavodunda çalışmışdır. Stodola, İsveçrənin Politexnik İnstitutunda maşınqayırma üzrə professor olmuşdur.
Stemona tuberosa
Yumrucuqlu stemona (lat. Stemona tuberosa) - stemona cinsinə aid bitki növü.
Yumrucuqlu stemona
Yumrucuqlu stemona (lat. Stemona tuberosa) - stemona cinsinə aid bitki növü.
Sutorina mübahisəsi
Sutorina mübahisəsi — Monteneqro ilə Bosniya və Herseqovina arasında Sutorina ərazisi üzərində suverenliklə bağlı sərhəd mübahisəsi. 1878-ci il Berlin konqresindən bəri Sutorina ərazisi Avstriya-Macarıstan və daha sonra Yuqoslaviya krallığının tərkibində Bosniya və Herseqovinanın bir hissəsi idi, lakin 1947-ci ildə İkinci Dünya müharibəsindən sonra Yuqoslaviya SFR tərkibində Monteneqro SR-yə birləşdirilmişdir. Yuqoslaviyanın parçalanmasından sonra əraziyə nəzarət Monteneqro tərəfindən saxlanılmışdır, lakin bəzi bosniyalı rəsmilər ərazinin ötürülməsinin qeyri-qanuni olduğunu iddia edərək, Monteneqronun ərazi üzərindəki suverenliyini mübahisə mövzusuna çevirmişdir. 2015-ci ildə iki ölkə ərazi üzərində suverenliyin Monteneqroya verilməsi barədə razılığa gəlmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Blake, Gerald Henry; Topalović, Duško. Clive H. Schofield; Mladen Klemenčić (redaktorlar). The maritime boundaries of the Adriatic Sea. IBRU. 1996. 42–43. ISBN 9781897643228.
Alfonsina Storni
Alfonsina Storni (29 may 1892[…] – 25 oktyabr 1938[…]) - modernist dövrdə tanınmış Latın Amerikalı yazıçı. == Həyatı == Alfonsina İsveçrənin Sala Capriasca şəhərində, Argentinalı pivə istehsalçısı ailəsində dünyaya gəlmişdir. Burada o, italyan dilini öyrənmə şansı əldə etmişdir. Ailənin işinin uğursuzluqla nəticələnməsi səbəbi ilə ailə Argentinaya qayıtmış və Rosario şəhərində bir pivəxana açmışdır. Burada Alfonsina kiçik işlərdə kömək edirdi. 1907-ci ildə bir teatr qrupuna qoşulan yazıçı ölkəni gəzmək fürsətini ələ keçirmişdi. Bu illərdə o, Henrix İbsenin “Spectres”, Benito Perez Galdosun “La loca de la casa” və Florencio Sanchzin “Los muertos” kimi əsərlərinin tamaşalarında oynamışdır. Rosarioya qayıtdıqdan sonra ibtidai sinif müəllimliyi işini tamamlayan yazıçı “Mundo Rosarino”, “Monos y Monadas” və “Mundo Argentino” kimi jurnallarda işləmişdir. 1911-ci ildə Buenos Ayresə kömüş və bir il sonra Korondalı bir jurnalistdən olan oğlu Alexandronu dünyaya gətirmişdir. Növbəti illərdəki maddi sıxıntılara baxmayaraq 1916-cı ildə “La inquietude del rosal” adlı əsərini çap etdirdi və ardınca bir marketdə kassir kimi işlədiyi zaman “Caras y Caretas” adlı jurnal üzərində işləmişdir.
Cassia torosa
Senna occidentalis (lat. Senna occidentalis) — paxlakimilər fəsiləsinin səna cinsinə aid bitki növü. == Sinonimləri == Cassia caroliniana, Cassia ciliata Raf. Cassia falcata L. Cassia foetida Pers. Cassia laevigata sensu auct. non Prain non Willd. Cassia macradenia, Cassia obliquifolia, Cassia occidentalis, Cassia occidentalis var. arista Cassia occidentalis var. aristata Cassia planisiliqua Cassia torosa Cav.
Korona virus
Koronavirus — məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan RNT virus qrupudur. İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar səbəb olur). Daha ölümcül növləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Bu virus inək və donuzlarda diareyaya, siçanlarda isə hepatit və ensefalomiyelitə səbəb olur. Hazırda insanları koronavirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur. Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər. Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər.
Mark Stronq
Mark Stronq (ing. Mark Strong, doğulanda Marko Cüzeppe Salussolia, İslinqton, London, 5 avqust 1963) — İtalyan əsilli İngilis aktyoru, BAFTA TV (2004) və Toni (2016) mükafatları üçün namizəd göstərilib. "Şerlok Holms", "Kick-ass", "Yalanların cəmi", "Rock and Roll", "Stardust", "Robin Hood", "Casus, Get Out!", "İmitasiya oyunu", "Kinqsman: Məxfi xidmət" və "Kinqsman: Qızıl dairə" filmlərindəki rolları ilə məşhurdur. == Həyatı == Mark Stronq (doğulanda Marko Cüzeppe Salussolia) 5 avqust 1963-cü ildə Londonun İslinqton səmtində italyan-avstriyalı ailədə anadan olmuşdur. Anası oğlunun həmyaşıdları ilə ünsiyyətini asanlaşdırmaq üçün adını rəsmi olaraq dəyişdirmişdir.Əvvəlcə London Royal Holloway Universitetində, daha sonra Bristol Old Vic teatr məktəbində oxumuşdur.İlk rolunu məşhur aktrisa Helen Mirrenlə "Əsas şübhəli" serialında oynamışdır.Son diqqət çəkən rolları arasında "Şerlok Holms"da Lord Blakvud, "Yaşıl fanar"da Taal Sinestro, "Kick-ass"da Frank De Amiqo, "Robin Qud"da, Ser Qodfri, "Xəfiyyə rədd ol!"da Jim Prido, Merlin "Kinqsman: Məxfi xidmət"də, "İmitasiya oyunu"da Mİ-6 rəhbəri Stüart Mezisdi. Əksər filmlərdə Stronq praktik olaraq tanınmazdır, çünki hər rol üçün görünüşünü dəyişdirir: Stardust "Tristan və İzolda" da uzun saçlı, "Robin "Qud"da və "Kinqsman dilogiyası"nda keçəl, "Rok and Roll", "Şerlok Holms" filmlərində saçlıdır. "Warhammer 40,000: Space Marine" video oyununda Ultramarine Order Titusun kapitanı, "Eisenhorn"da İnkivizitor Qreqor Eisenorn, "Total War: Rome II"-də proloqun qəhrəmanı General Silanı səsləndirmişdir. 2014-cü ildə Mark "Körpüdən mənzərə" tamaşasındakı roluna görə "Laurence Olivye" ən yaxşı aktyor mükafatını almışdır. 2016-cı ildə eyni rola görə, bir tamaşanın ən yaxşı aktyoru nominasiyasında "Toni" mükafatına namizəd göstərilmişdir. == Şəxsi həyatı == Mark Stronq həyat yoldaşı Liza Marşall və iki oğlu Qabriel (mart 2005-ci il təvəllüdlü) və Roman (5 oktyabr 2007-ci il təvəllüdlü) ilə Londonun şimal-qərbində yaşayır.Stronq kiçik oğlu Romanın xaç atası olan aktyor Deniel Kreyqin yaxın dostudur.
Sterna acuticauda
Qaraqarın susüpürən (lat. Sterna acuticauda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Sterna albifrons
Sterna albistriata
Sterna aleutica
Sterna anaethetus
Onychoprion anaethetus (lat. Onychoprion anaethetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin onychoprion cinsinə aid heyvan növü.
Sterna antillarum
Sterna aurantia
Hindistan susüpürəni (lat. Sterna aurantia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Sterna balaenarum
Sterna bengalensis
Sterna bergii
Sterna bernsteini
Sterna caspia
Sterna dougallii
Çəhrayı susüpürən (lat. Sterna dougallii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.