Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anatoli Strekov
Strekov Anatoli Sergeyeviç (22 oktyabr 1945, Moskva) — texnika elmləri doktoru. == Həyatı == Strekov Anatoli Sergeyeviç 1945-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1975-ci ildə "Neft və qaz quyularının qazılması" AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1967-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun "Layların neftveriminin artırılması üsulları" laboratoriyasında laborantdan laboratoriya rəhbərinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1980-1984-cü illərdə bu institutun dissertantı olub. 1987-ci ildə o "Neft hasilatında suda həll olunan polimerlərin reoloji xassələrinin tənzimlənməsi yolu ilə, tətbiq edilməsi səmərəliliyinin artırılması" mövzusunda namizədlik, 1994-cü ildə isə "İşçi agentlərin hərəkətliyinin tənzimlənməsi yolu ilə layların neft veriminin artırılmasının fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 2003-cü ildən bu günə qədər Azərbaycan MEA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) "Layların neftveriminin artırılması üsulları" laboratoriyasının rəhbəri işləyir. == Elmi fəaliyyəti == Strekov A.S. neft yataqlarının işlənilməsi və layların neftveriminin artırılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: laya fiziki və kimyəvi sahələrlə təsir zamanı neftin sıxışdırılmasının fiziki-kimyəvi qanunauyğunluğunun tədqiqi və onların bazasında neftveriminin artırılmasının və neft hasilatının intensivləşdirilməsinin artıq məlum olan və yeni yaradılan üsul və texnologiyalarının təkmilləşdirilməsi. Strekov A.S. 110-dən artıq elmi məqalənin müəllifidir.