Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Strelna
Strelna (rus. Стрельна, alm. Strelne‎) — Rusiya ərazisində yerləşən qəsəbə. Strelna federal əhəmiyyətli Petrodvorets rayonunun bir hissəsi sayılır. Şəhər Fin körfəzinin sahilində, Strelka və Kikenka çaylarının sahilində yerləşir. 2002-ci ilin əhalinin siyahıya alınmasına görə qəsəbədə 12 751 nəfərin, 2010-cu ildə isə cəmi 12 452 nəfərin yaşadığı müəyyən olunmuşdu. Strelnanın mərkəzindən Peterhof yolu keçir, həmin yolda Sankt-Peterburq tramvayının 36 nömrəli marşrutunun son dayanacağı yerləşir. Hazırkı tramvay yolu, Rusiya imperiyasının şəhərətrafı qatarları birləşdirilməsi məqsədilə tərtib etdiyi ilk layihə, yəni ORANEL adlı unikal nəqliyyat xəttinin mirası hesab olunur. Həmçinin qəsəbənin mərkəzindən Oktyabr dəmir yolunun Baltik xətti keçir və buradakı stansiyada şəhərətrafı istiqamətlərə gedən qatarlar dayanır. 1500-cü ilin qeydiyyat sənədlərində Strelna kiçik kənd kimi qeyd edilir, Stolbovo sülh müqaviləsindən sonra həmin ərazilər İsveçin tərkibinə qatılır və 1630-cu illərdə İsveç siyasi xadimi İohann Şütte Strallın Hoffdakı mülkləri arasında qeyd edilir.
Strela adası
Strela adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Sedov arxipelaqının mərkəzində yerləşir. Adanın qərb sahillərindən 200 m şimalda Otdelnıy yarımadası (Sredniy adasının şərq qutaracağında), şərq sahillərindən 300 m şimalda Fiqurnıy adası yerləşir. Uzunluğu 5,2 kilometr, eni isə 900 metr təşkil edir. Adada çay yoxdur. Şimal-qərbində isə şirindulu göl vardır. Mərkəzi hissəsində 23 metrlik qaya vardır.
Yolüstü saray (Strelna)
I Pyotrun Yolüstü sarayı (rus. Путевой дворец Петра I) — Peterburqun şəhərətrafı sayılan Strelna qəsəbəsində yerləşən saray. Bura Pyotrun zamanından günümüzə kimi qorunub saxlanılmış ən erkən tikililərdən biridir. Saray Fin körfəzinin sahilində, Neva buxtasının cənub hissəsində, buzlaqların çəkilməsindən sonra qalan təpənin üzərində yerləşir və çoxlu yarğan və Strelka çayı ilə əhatə olunur. Ölçü və dekorativ tərtibatına görə sadə olan taxta saray, imperatorun Sankt-Peterburqdan tikilən Kronştadt şəhərinə müntəzəm səfərləri zamanı dayanacaq və istirahəti üçün nəzərdə tutulmuşdur. Sarayın tikinti işləri 1716-cı ildə başlamışdı (başqa bir versiyaya əsasən 1710—1711-ci illərdə). Sarayın ilkin memarı məlum deyil. Özünün "Şimal Versaliyası" sayılan Peterhofla məşğul olan Pyotr, Strelna qəsəbəsinə marağını azaltmışdı. Buna baxmayaraq, onun əmri ilə 1719-1720-ci illərdə ev yenidən qurulmuş və genişləndirilmişdir. Tezliklə məlum oldu ki, ətrafda böyük miqdarda suyun olmasına baxmayaraq (Kikenka və Strelka çayları), Pyotrun Versala bənzər, böyük fəvvarə və kaskadlarla dolu park ansamblının yaradılması mümkün deyil.
Belka və Strelka
Belka və Strelka — kosmonavt-itlər. 19 avqust 1960-cı ildə Sputnik 5 kosmik gəmisində kosmosa uçmuşlar. Missiyanın məqsədi orqanizmlərin kosmosun çəkisizlik şəraitinə reaksiyalarını yoxlamaq idi. Onları 42 siçan, boz dovşan, iki siçovul, milçək və bir neçə bitki və göbələk müşayiət edirdi. Sputnik 5 Yer ətrafında 17 dövr edib və orbitdə 27 saat olub. Onlar Yer kürəsinin orbitinə çıxan və sağ-salamat qayıdan ilk yerdə doğulmuş canlılar idi. Strelka yer əsaslı kosmos təcrübələrində iştirak edən lakin heç vaxt kosmosda olmayan Puşok adlı erkək itdən altı bala sahibi oldu. Balalardan birinə Puşinka (rus. Пушинка) adı verildi və 1961-ci ildə Nikita Xruşşov tərəfindən prezident Con Kennediyə hədiyyə edildi. == İrsi == 2010-cu ildə Belka və Strelka: Ulduz İtlər adlı rus bədii cizgi filmi buraxıldı.
9K32 Strela-2
“Strela-2” (QRAU indeksi 9K32, NATO kod adı ilə SA-7 “Grail”) – Sovetlərin daşınan zenit raket kompleksidir. Kompleks üzərində çalışmalar SSRİ-də 1960-cı ildə başlayıb. Hökumətin 1968-ci il 10 yanvar tarixli qərarı əsasında “Strela-2” DZRK silahlanmaya qəbul edildi, sentyabrın 2-də isə “Strela-2M” və “Strela-3” kompleksinin təkmilləşdirilmiş versiyalarının hazırlanmasına başlandı. “Strela-2M” 1970-ci ildə silahlanmaya qəbul edildi. 1970-ci illərin ortalarında 9M32 raketli “Strela-2” kompleksi “hava-hava” tipli raketlərlə Mi-2 helikopterlərində (hər birində 4 raket olmaqla) sınaqdan keçirildi. Komplekslərin seriyalı istehsalı 1980-ci illərin ilk yarısına qədər davam etdi. Bu kompleks müxtəlif vaxtlarda dünyanın 60 ölkəsinin ordularında uğurla istismar edildi. Enerji mənbəyi olan atıcı konteynerdən, 9M32 zenit raketindən və atıcı qurğudan ibarət olan “Strela-2” hava hücumundan müdafiə kompleksinin aparıcı qurucusu olaraq SKB QKOT dizayn bürosu seçildi. SKB QKOT dizayn bürosunun baş mühəndisi, İkinci dünya müharibəsi dövründə Qızıl Ordu tərəfindən istifadə edilən çoxsaylı minaatanların əksəriyyətinin yaradılmasını təmin edən B.İ. Şavirin idi. Müharibədən sonrakı illərdə Kolomnada yerləşən büro 406 mm-lik özüyeriyən “Oka” sisteminin də daxil olduğu müxtəlif hərbi qurğuların yaradılması işlərini davam etdirirdi.
9K34 Strela-3
Strela-3 (rus. 9К34 «Стрела-3», QRAU indeksi – 9K34, NATO təsnifatına görə – SA-14 Gremlin) — SSRİ DZRK-si. Strela-2-nin zəif performansına cavab olaraq hazırlanmışdır. O, yeni infraqırmızı hədəf başlığı və konik faza modullaşdırılmış siqnal skanı ilə 9M36 raketlərindən istifadə edirdi. Strela-2-dən əsas fərqi soyudulmuş axtarış aparatının olmasıdır. Bu, raketdən yağış olduğu halda və təbii müdaxilə fonunda istifadə etməyə imkan yaradırdı. 1974-cü ilin yanvarında Sovet Ordusunda xidmətə qəbul edilmişdir. == Xidmətə verilməsi == 1974-cü ilin yanvar ayından SSRİ Silahlı Qüvvələrində xidmətə verilmişdi, lakin əslində 1985-ci ilin sonunda qoşunlarla birlikdə kütləvi şəkildə xidmətə girməyə başlamışdır. Onun Qərbdə istifadə olunan "Javelin"in analoqu olduğuna inanılırdı. Sonradan İqla (9K38) DZRK-si ilə əvəz olunmuşdur.
Stella
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Stela
Stela və ya stel — ucaldılmış və hündürlüyü enindən uzun olan monolitik bir daşdan ibarət olan bir əsərdir. Söz yunan dilində stele, yəni, "dik dayanan blok" sözündən yaranmışdır. Taxta olanları da tapılmışdır. Fərqli şəkildə istifadə olunan müxtəlif növ stellər var. Məsələn, xüsusilə Qədim Yunanıstanda tapılan məzar daşları şəklində stellər var. Bunlara qəbir stelləri də deyilir. Amarnada sərhədləri işarələyən Akhenaten steli var; stellər həm də sərhəd göstəriciləri kimi istifadə olunmuşdurlar. Bunlardan başqa, hərbi qələbələri xatırladan stellər də mövcuddur. Mesopotamiyada stellər əsasən padşahların əmrlərinin yazılmış olduğu abidələr kimi tapılmışdır. Stellər, Qədim Yaxın Şərqdə, Yunanıstanda və Misirdə və həmçinin müstəqil şəkildə Çində bəzi Buddist mədəniyyətlərində və Mezoamerikan mədəniyyətlərində görünmüşdür.
Dunayska Streda
Dunayska Streda (slovak. Dunajská Streda, alm. Niedermarkt‎, mac. Dunaszerdahely) — Slovakiyanın cənubunda, Trnava bölgəsində şəhər. Əhalisi 23 562 nəfərdir (2004-cü il). Şəhər ölkədəki macar azlığının qeyri-rəsmi paytaxtıdır. == Tarix == Şəhərin adı ilk dəfə 1238-ci ildə qeyd edilib. XV-XVI əsrlərdə şəhər hüquqları əldə etmişdi, lakin buna baxmayaraq XIX əsrin sonlarına kimi Dunayska Streda sənətkarların hakim olduğu kiçik bir qəsəbə statusunu saxlamışdı. XX əsrin ikinci yarısından şəhərdə sənayeləşmə prosesi başlamışdı.
Stella Abramoviç
Stella Lazarevna Abramoviç (rus. Стелла Лазаревна Абрамович; 8 sentyabr 1927 və ya 1927 – 17 fevral 1996) — SSRİ və Rusiya ədəbiyyatşünası, filologiya elmləri namizədi, Rusiya Elmlər Akademiyasının Rus Ədəbiyyatı İnstitutunun baş elmi işçisi. Stella Lazarevna Abramoviç Leninqrad Elektrofizika İnstitutunda işləyən assistent ailəsində anadan olmuşdur. O, Leninqrad Universitetinin filologiya fakültəsini bitirmişdir. Abramoviç 1950–1960-cı illərdə Leninqradın orta məktəblərində ədəbiyyatdan dərs demişdir. O, ardınca növbəti 30 il Puşkin evində çalışmışdır. Abramoviç tarixçi Vladimir Raitses ilə evlənmişdir. Abramoviçin elmi maraq dairəsi XIX əsr rus ədəbiyyatı tarixidir. O, Aleksandr Puşkinin həyat və yaradıcılığını araşdırmışdır. Abramoviç xüsusilə, bir sıra xatirələrə, epistolyar və sənədli sübutlara əsaslanaraq iki xronika yazmışdır: "1833-cü ildə Puşkin" və "Puşkin.
Martin Strel
Martin Strel (1 oktyabr 1954, Mokronoq[d]) — Sloveniyalı uzun məsafəli üzgüçü. Bu intizamda bir neçə dünya rekordu vurubdur . 2007-ci ildə 53 yaşlı sloveniyalı üzgüçü Martin Strel Amazonka çayını üzüb keçərək Ginnesin rekordlar kitabına düşmüş ilk insan olmuşdur. 66 gün ərzində gündəlik 80 km məsafəni üzərək ümumilikdə 5268 km məsafəni qət edə bilmişdir. İdmançının əsəs məqsədi isə ictimaiyyətin diqqətini Amazon meşələrinin kəsilməsi probleminə yönəltmək idi. Bundan əvvəl Martin Strel Dunay (84 saat fasiləsiz 504 kilometr məsafə), Mississippi (68 gündə 3800 kilometr məsafə qət etdi), Yanszı və Cəbəllütariq Boğazı kimi çayları fəth etdi. Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. 2009-cu ildə Streldən bəhs edən "Böyük çay adamı" sənədli filmi nümayiş olundu.
Stela Davati
Stela Davati (gürc. დავათის სტელა) — Gürcüstanın Duşeti bələdiyyəsinin Davati kəndində tapılan daş barelyefi. Onun üstündə arxangellər Mikayıl və Cəbrayıl əks olunub, onlar ortada qədim gürcü əlifbası Asomtavruli təsviri olan perqament tutublar. Bu, əlifbanın bu günümüzə qədər qalan ilk təsviridir. Gürcü alimi G. Narsidzenin fikrini görə, Stela Davati eramızın IV—VI əsrlərinə aiddir. კ (K), ტ (T), və ჭ (Ç) hərflərində işarə şəklində qeyd var. R.Ramişvilinin ehtimalına görə, bu müəyyən nömrələrə uyğundur. 5000, 300 və 20 yəni = 5320 (qədim gürcü mətnlərindəki nömrələr hərflərlə işarə olunurdu). Bibliyada dünya xronologiyası eramızdan əvvəl 5604-cü ildən hesablandığını nəzərə alsaq, onda 5604-5320=e.ə. 284-cü il.
Stella Meyzi Fosett-Kar
Stella Qreys Meyzi Fosett (ing. Stella Grace Maisie Fawcett; 26 fevral 1912 – 9 sentyabr 1988, Kanberra) — Avstraliya botaniki. Stella Qreys Meyzi Fosett evkalipt üzrə ixtisaslaşmışdır, Eucalyptus baudiniana növünün müəllifidir. Carr, S. G. M.; Carr, D. J. People and plants in Australia. — London, 1981. — 416 p. Carr, S. G. M. The Families and genera of Victorian plants. — Parkville, Vic., 1984. — 157 p. Poa fawcettiae Vickery, 1970 L. Gillbank.