Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anatoli Strekov
Strekov Anatoli Sergeyeviç (22 oktyabr 1945, Moskva) — texnika elmləri doktoru. == Həyatı == Strekov Anatoli Sergeyeviç 1945-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1975-ci ildə "Neft və qaz quyularının qazılması" AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1967-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun "Layların neftveriminin artırılması üsulları" laboratoriyasında laborantdan laboratoriya rəhbərinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1980-1984-cü illərdə bu institutun dissertantı olub. 1987-ci ildə o "Neft hasilatında suda həll olunan polimerlərin reoloji xassələrinin tənzimlənməsi yolu ilə, tətbiq edilməsi səmərəliliyinin artırılması" mövzusunda namizədlik, 1994-cü ildə isə "İşçi agentlərin hərəkətliyinin tənzimlənməsi yolu ilə layların neft veriminin artırılmasının fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 2003-cü ildən bu günə qədər Azərbaycan MEA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) "Layların neftveriminin artırılması üsulları" laboratoriyasının rəhbəri işləyir. == Elmi fəaliyyəti == Strekov A.S. neft yataqlarının işlənilməsi və layların neftveriminin artırılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: laya fiziki və kimyəvi sahələrlə təsir zamanı neftin sıxışdırılmasının fiziki-kimyəvi qanunauyğunluğunun tədqiqi və onların bazasında neftveriminin artırılmasının və neft hasilatının intensivləşdirilməsinin artıq məlum olan və yeni yaradılan üsul və texnologiyalarının təkmilləşdirilməsi. Strekov A.S. 110-dən artıq elmi məqalənin müəllifidir.
Alessandro Strico
Alessandro Strico (kiçik) — italyan librettoçu, bəstəkar Alessandro Striconun oğlu.
Alessandro Strico (böyük)
Alessandro Strico (it. Alessandro Striggio; 1540, Mantova[d], Mantova əyaləti – 29 fevral 1592, Mantova[d], Mantova əyaləti) İntibah dövründə yaşamış İtaliyalı bəstəkar və diplomat olub. Madriqal və teatr musiqisi müəllifi, o, janrları birləşdirərək madriqal komdediya yarada bilmişdir. Onun oğlu kiçik Alessandro Strico Monteverdinin "Orfey" operası üçün libretto yazmışdır. == Həyatı == Böyük Strico Mantue şəhərində, zadəgan ailəsində anadan olmuşdur. Onun cavanlığı barədə məlumat azdı, amma çox güman ki o gənc yaşlarında Florensiyaya getmişdir. 1 mart 1559-cu ildə o, Mediçi ailəsi ilə işləməyə başladı və Françesko Korteççanı əvəz edərək, onların əsas musiqiçisi oldu. O, 1560-cı ildə Venesiya getdi və oranın musiqi üslubları ilə tanış olaraq, iki madriqal kitabı yazmışdır. 1567-ci ildə Mediçilər onu İngiltərəyə diplomatik missiyaya göndərdilər. 1560-cı illər ərzində Strico Mediçi üçün toy, görüş və digər dövlət tədbirlərinə görə çoxlu sayda intermedio yazmışdır.
Alessandro Strico (kiçik)
Alessandro Stridjo (kiçik) (it. Alessandro Striggio; təxminən 1573-cü il, Mantuya — 6 iyun 1630-cu il Venesiya) — italyan librettoçu, bəstəkar Alessandro Striconun oğlu. Bəstəkar Klaudio Monteverdi ilə dostluğu sayəsində tanınır. Monteverdinin 1607-ci ildə yazılmış Orfey adlı ilk opearsı üçün libretto bəstələmişdir. Həmçinin, o, pastoral balet olan "Tirsis və Hlora" baletinin və s. əsərlərin librettolarının müəllifidi. 1634-ci ilə qədər Stridjo Monteverdi ilə məktublaşırdı, bunun sayəsində tarixçilərə bəstəkarın bioqrafiyasının detalları bəlli oldu. Hersoq Qonzaqın sarayında xidmət edirdi, ona zadəgan titulu verilmişdir. Venesiyada diplomatik missiyası zamanı taun xəstəliyindən öldü. == İstinadlar == == Xarici keçidlər == Diki Alessandro Striggio (the Younger) (ing.).