Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alupka
Alupka (ukraynca , rus. Алупка) — Krım dağlarının cənub hissəsində yerləşən bir kurort şəhəridir. == Coğrafiyası == === İqlim === Yanvar və fevral aylarının orta temperaturu +3 – +4 °C, avqust ayında isə +24,6 °C-dir. Orta illik yağıntı dərəcəsi — 400 mm, günəşli saatların illik orta miqdarı — 2150 saat. Yay mövsümü martdan oktyabradək davam edər (su hərarəti təxminən +22 – +28 °C). == Tarix == Müasir Alupka torpaqlarında ilk insan yerləşmələri miladdan əvvəl VIII minillikdə yarandı. Şəhər birinci dəfə 960-cı ildə Alubika adı ilə anıldı. 1475–1774 illəri arasında Alupka osmanlıların hakimiyyəti altında keçdi. Krım Rusiyanın əlinə keçdikdən sonra (1783-cü il) Alupka R. Potömkinin mülkü oldu. 1823-cü ildə isə burada saray qurduran Mixail Vorontsovun sahibliyinə keçdi.
Stavka
Stavka (rus. Ставка) - Rusiya imperiyasının (Birinci dünya müharibəsi) və SSRİ-nin (İkinci dünya müharibəsi) ümumi qərargahı. İkinci dünya müharibəsində, 23 iyun 1941-də Sovet Xalq Komissarlığı Şurası və Partiya Mərkəzi Komitəsinin əmri ilə Yüksək Sovet Hərbi Assambleya Təşkilatı oldu. Bu assambleyada Xalq Müdafiəsi Komissarı general Georgi Jukov, İosif Stalin, Vyaçeslav Molotov, marşal Kliment Voroşilov, marşal Semyon Budyonnı və xalq komissarı (narkom) və admiral Nikolay Gerasimoviç Kuznetsov vardı. Stavka Sovet Silahlı Qüvvələrinin bütün fəaliyyətlərini idarə edirdi, lakin bu idarə dövlət müdafiə komitəsinin göstlərişləri çərçivəsində gedirdi. Stavka ilə cəbhədə döyüşən komandirlər arasındakı əməkdaşlıq və əlaqə komandirlərin Stavkaya çağırılaraq məlumat verilməsi surətiylə reallaşırdı. Həmçinin, bu əlaqə bəzən assambleya təmsilçilərinin də şəxsən cəbhələrə gedərək yoxlanış və əməkdaşlıq etmələri ilə də təmin edilirdi.
Stupor
Stupor (lat. stupor "keylik, uyuşuqluq") — tibbdə, xüsusilə psixatriyada hərəki pozğunluğun bir növü. Mutizm (səssizlik) hərəkətsizliyi, taqətsizlik, halsızlıq, qıcığa qarşı reaksiya sönüklüyü.
Sopka
Müxtəlif mənada işlənən termindir.
Sutka
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Tupak
Tupak — Kişi adı. Tupak Şakur — afro-amerikan hip-hop ifaçısı. Tupak Amaru — İnk hökmdarı. Digər Tupak (Əbyəlil) — Rusiyada kənd.
Supsa
Supsa (gürc. სუფსა) — Gürcüstanda kənd. Quriya vilayətinin Lançxuti bələdiyyəsində yerləşir. Supsa çayının sahilində, dəniz səviyyəsindən 7 metr yüksəklikdə yerləşir. Supsa kənd icmasının (Supsa, Axalsopeli, Qriqoleti, Maltakva, Tabanati, Çkuni və Xidmağala kəndləri) mərkəzidir. 2014-cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 273 nəfərdir. Əhalinin əksəriyyətini gürcülər təşkil edir. Supsa kifayət qədər inkişaf etmiş infrastruktura və iqtisadiyyata malik kənddir. Kənddə torf və neft yataqları var, kənd təsərrüfatı inkişaf etmişdir. C12 beynəlxalq magistralı kəndin ərazisindən keçir.
Yupka
Ətək və ya yubka — beldən asılan və ayaqları bütün və ya qismən əhatə edən boru və ya konus formalı geyim. Ətək paltarın və ya donun alt hissəsidir və yaxud bir insanı beldən aşağı hissəsini əhatə edən ayrı bir xarici geyimdir. Qərb dünyasında, ətək adətən qadın geyimi hesab olunur. Lakin, istisnalar da var: Kilt, Şotlandiyanın ənənəvi kişi geyimidir. Yubkaların ətəyinin uzunluğu mikro ölçüdən döşəmə uzunluğuna qədər dəyişə bilər və estetika mədəni anlayışlarına, geyinənin şəxsi zövqünə görə, moda və sosial kontekst kimi amillərin təsirinə görə dəyişə bilər. Əksər ətəklər ayrı geyimlərdir, lakin bəziləri şort və mayo kimi bir geyimlərin bir hissəsi ola bilər. == Tarixi == === Erkən dövr === Ətəklər erkən dövrlərdən bəri alt bədəni örtməyin ən sadə yolu kimi geyilib. Mis dövrünün əvvəlindən indiki Serbiya və qonşu Balkan xalqlarının ərazisində yerləşən Vinça mədəniyyətinin (e.ə.5700-4500) istehsal etdiyi heykəlciklər qadınlara ətək kimi geyimlər göstərir. Ətək Yaxın Şərqdə və Misirdə bütün qədim mədəniyyətlərdə kişilər və qadınlar üçün standart geyim idi. Mesopotamiyadakı şumerlər kaunakes geyirdilər, bu bir kəmərlə bağlanmış xəz yubka növü idi.
Aleksey Stukas
Aleksey Stukas (17 fevral 1979, Odessa – 2002, Odessa) — Ukrayna və Azərbaycan futbolçusu, yarımmüdafiəçi. == Klub karyerası == Odessa futbolunun yetirməsi. On altı yaşında ikinci liqada çıxış edən Dinamo-Fleş komandasında debüt etdi. 1995/96 mövsümü başa çatdıqdan sonra bu klub həvəskar statusu aldı. Aleksey həvəskar səviyyədə çıxışlarını davam etdirdi. 1998-ci ildə "Neftçi"yə dəvət olundu. Bakı təmsilçisinin heyətində o, ölkə kubokunu qazandı. həmçinin 1999-cu ildə "Kəpəz" komandasına vurduğu qolla klubun çempionatda 500-cü qolunun müəllifi oldu. Sonradan Azərbaycan vətəndaşlığını aldı. Ukraynaya qayıtdıqdan sonra "Mikolayiv" munisipal futbol klubunda bir mövsüm keçirdi, orada o, digər milliləşən Azərbaycanlı oyunçu Vladimir Poşexontsev və sonradan milliləşən Aleksandr Çertoqanov ilə brilikdə oynuyurdu.
Banksia stuposa
Dryandra stuposa (lat. Dryandra stuposa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Oleq Stepko
Oleq Stepko (25 mart 1994, Zaporojya) — Ukraynaı, Azərbaycanı və Rusiya təmsil edən idman gimnastı, Avropa Çempionatının və Avropa Oyunlarının qalibi. Oleq Stepko 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 2 qızıl və 2 gümüş medalla başa vurdu. 2012-ci ildə isə Oleq Stepko Ukraynanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Komanda turnirində Oleq Stepko olimpiadanı beşinci pillədə başa vurdu. 2013-cü aprelində Oleq Stepko Rusiyada baş tutan Avropa Çempionatında parallel qollarda turnirin qızıl medalına sahib oldu. Həmin ilin iyulunda isə Oleq Stepko Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını bir gümüş və bir bürünc medalla başa vurdu. 2014-cü ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Oleq Stepko Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2015-ci ilin iyununda Oleq Stepko Birinci Avropa Oyunlarının 1 qızıl, 2 gümüş və 2 bürünc medalına sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Oleq Sergeyeviç Stepko "Şöhrət" ordeni ilə təltif edildi. 2015-ci ildə Oleq Stepko həm də Şotlandiyanın Qlazqo şəhərində baş tutan Dünya Çempionatında parallel qollarda turniri bürünc medalla başa vurdu və olimpiya lisenziyasına sahib oldu.
Robert Sturua
Robert Sturua (gürc. რობერტ სტურუა; d. 31 iyul, 1938. Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcü teatr rejissoru, aktyor, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı (1979) Robert Sturua 31 iyul 1938-ci ildə Gürcüstan SSR-in paytaxtı Tbilisi şəhərində doğulmuşdur.
Stınka-Kosteşti
Stınka-Kosteşti suanbarı (rum. Lacul Stânca - Costești) — süni göl Prut çayı üzərində, Moldova və Rumıniya sərhədində 1973-1978 ci illərdə inşa edilmişdir. Sahəsinə görə Rumıniyanın ikinci ən böyük suanbarıdır. Suanbarının Rumıniya hissəsi xüsusi qorunan ərazi (ing. special protection area, SPA) elan edilmişdir. Ərazinin qorunma statusunun verilməsinin səbəbi ərazidə çoxlu sayda nafir quş növlərinin yaşaması ilə əlaqədardır. Suanbarı Prut çayının Dunay çayına töküldüyü yerdən 580 kilometr yuxarıda yerləşir. Suanbarı elektrik enerjisinə olan ehtiyacdan irəli gələrək 1973-1978 illərdə inşa edilir. Suanbarının önündə suelektrik stnansiya fəaliyyət göstərir. Su anbarının bəndlərinin hündürlüyü 47 metr, uzunluğu 3000 metrdir.
Dryandra stuposa
Dryandra stuposa (lat. Dryandra stuposa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Ceija Stojka
Seyya Stoyka ing. Ceija Stojka (23 may 1933 – 28 yanvar 2013, Vyana) Avstriyadan olan rəssam, aktivist və musiqiçi, Holokostdan xilas olan qaraçı. == Həyatı == Stoyka 1933-cü ildə Ştiriyanın alm. Kraubath an der Mur‎ şəhərində anadan olmuşdur. Anası Mariya "Sidi" Riqo Stoyka və atası Karl "Vakkar" Horvatın altı uşaqlarından beşincisi idi. Onun iki qardaşı, Karl "Karli" Stoyka və Cohan "Monqo" Stoyka da yazıçı və musiqiçi idilər. Ailə Roma-Katolik kilsəsi lovari adlanan qaraçı xalqının alt qrupundan idi - ata tərəfdən Baqareşçi qəbiləsinin üzvləri və ana tərəfdən Giletçi qəbiləsinin üzvləri. Stoykalar at tacirləri idilər, onların karvanı qışı Vyanada, yayı isə Avstriyanın çöllərində səyahət edərək ailələrinin 200 illik ənənələrini qoruyub saxlamışdılar. Anası və beş qardaşdan dördü ilə birlikdə Holokostdan və Auşvitz həbs düşərgəsindən, eləcə də Ravensbrük həbs düşərgəsindən və Bergen-Belzendən xilas ola bilmişdi. Atası Daxau həbs düşərgəsinə, daha sonra Şloss Hartheymə göndərildi və orada öldürüldü.
Seyya Stoyka
Seyya Stoyka ing. Ceija Stojka (23 may 1933 – 28 yanvar 2013, Vyana) Avstriyadan olan rəssam, aktivist və musiqiçi, Holokostdan xilas olan qaraçı. Stoyka 1933-cü ildə Ştiriyanın alm. Kraubath an der Mur‎ şəhərində anadan olmuşdur. Anası Mariya "Sidi" Riqo Stoyka və atası Karl "Vakkar" Horvatın altı uşaqlarından beşincisi idi. Onun iki qardaşı, Karl "Karli" Stoyka və Cohan "Monqo" Stoyka da yazıçı və musiqiçi idilər. Ailə Roma-Katolik kilsəsi lovari adlanan qaraçı xalqının alt qrupundan idi - ata tərəfdən Baqareşçi qəbiləsinin üzvləri və ana tərəfdən Giletçi qəbiləsinin üzvləri. Stoykalar at tacirləri idilər, onların karvanı qışı Vyanada, yayı isə Avstriyanın çöllərində səyahət edərək ailələrinin 200 illik ənənələrini qoruyub saxlamışdılar. Anası və beş qardaşdan dördü ilə birlikdə Holokostdan və Auşvitz həbs düşərgəsindən, eləcə də Ravensbrük həbs düşərgəsindən və Bergen-Belzendən xilas ola bilmişdi. Atası Daxau həbs düşərgəsinə, daha sonra Şloss Hartheymə göndərildi və orada öldürüldü.
Tupa
Firəngotu (lat. Lobelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Klyoçevskaya Sopka
Klyuçevskaya Sopka (Klyoçevskoye vulkanı) — Kamçatka ərazisində fəaliyyətdə olan vulkandır. Hündürlüyünə görə bütün Avrasiya materikinin ən hündür vulkanıdır. Vulkanın yaşı tərqibi olaraq 7000 il hesablanır. Onun hündürlü 4750 – 4850 m arasında dəyişir. 15 avqust 2013-cü ildə sonuncu partlayışdan öncə onun hündürlüyü 4835 metr təşkil edirdi. Klyoçevskaya Sopka Rusiyanın Qafqazda yerləşən zirvələri istisna olaraq ən hündür zirvəsidir. == Aktivliyi == Aktivlik baxımından son illərdə yalnız Karim Sopkasından qalır. Gücü baxımından isə Avrasiyanın ən güclü vulkanıdır. Tarixə düşmüş məşhur püskürmələr: −1737 il., −1932 il., −1938 il., −1944–1945 illər., −1946 il., −1951 il., −1953 il., −1956 il., −1966 il., −1980 il., −1983 il., −1984 il., −1987 il., −1988–1989 illər., −1993 il., −1994 il., −2002 il., −2004–2005 il., −2008 il., −2009 il., −2012 il. −2013 il, 2023 === 1932 il === Adətən il ərzində 5–6 püskürmə baş verir.
Sıyeva dupka
Sıyeva dupka (bolq. Съева дупка) — Bolqarıstanın şimalında, Loveç əyalətinin Brestnitsa kəndi yaxınlığında yerləşən mağara. Mağarda təbii yolla 400 metrlik koridor və zallar yaranıb. Mağaranın əla akustik şəraiti sayəsində burada bir çox xor musiqisi ifaları səsləndirilmişdir. Sıyeva dupka, Bolqarıstanın Osmanlı işğalı zamanı buranı sığınacaq kimi istifadə edən iki qardaş Sıy və Sey şərəfinə adlandırılımışdır. Son qazıntılar mağarada hələ Roma İmperiyası dövründən bəri məskan salınmışdır. Sıyeva dupka Bolqarıstanın 100 görməli yerləri siyahısında yerləşir. "Saeva dupka". caves.4at.info. İstifadə tarixi: 16 April 2009.
Tupak (Əbyəlil)
Tupak kəndi (başq. Тупаҡ) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taştimer kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Tupak kənd ərazisin milli tərkibi: başqırdlar — 99 %. Məsafələr: rayon mərkəzindən (Askar): 26 km., kənd sovetliyindən (Mixaylovka): 3 km., Совет муниципальных образований Республики Башкортостан.
Tupak Amaru
Tupak Amaru və ya Túpac Amaru (Keçua: Thupaq Amaru; 1545 – 24 sentyabr 1572, Kusko[d]) — 1545–1572-ci illərdə hakimiyyətdə olmuş son İnk hökmdarı və Sapa İnka.
TUPAK (film)
Tupak məktəbli hekayəsi. e-nəsil hadisə komediyası. — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası layihəsidir. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib Çoxserialı bədii film sitkomu. İki məktəbli, Tural və Pakizənin situasiya komediyasıdır. Pakizə Turalı sevir və bunu zorla qəbul etdirməyə çalışır. Tural isə bu sevgiyə biganədir. İki fərqli xarakterin hekayəsindən ibarət qısa çox serialı filmdir. Film Komediya janrındadır.
Klyuçevskaya Sopka
Klyuçevskaya Sopka (Klyoçevskoye vulkanı) — Kamçatka ərazisində fəaliyyətdə olan vulkandır. Hündürlüyünə görə bütün Avrasiya materikinin ən hündür vulkanıdır. Vulkanın yaşı tərqibi olaraq 7000 il hesablanır. Onun hündürlü 4750 – 4850 m arasında dəyişir. 15 avqust 2013-cü ildə sonuncu partlayışdan öncə onun hündürlüyü 4835 metr təşkil edirdi. Klyoçevskaya Sopka Rusiyanın Qafqazda yerləşən zirvələri istisna olaraq ən hündür zirvəsidir. == Aktivliyi == Aktivlik baxımından son illərdə yalnız Karim Sopkasından qalır. Gücü baxımından isə Avrasiyanın ən güclü vulkanıdır. Tarixə düşmüş məşhur püskürmələr: −1737 il., −1932 il., −1938 il., −1944–1945 illər., −1946 il., −1951 il., −1953 il., −1956 il., −1966 il., −1980 il., −1983 il., −1984 il., −1987 il., −1988–1989 illər., −1993 il., −1994 il., −2002 il., −2004–2005 il., −2008 il., −2009 il., −2012 il. −2013 il, 2023 === 1932 il === Adətən il ərzində 5–6 püskürmə baş verir.
Toyota Supra
Toyota Supra (yapon : トヨタ・スープラ Toyota Sūpura) 1978–2002 və 2019-cu ildən bəri Toyota tərəfindən istehsal edilmiş idman avtomobil modelidir. Avtomobil Toyota Celica əsasında hazırlanmışdır və 1986-cı ildə üçüncü nəsil Celica-nın bir hissəsi olmaqdan çıxdı və müstəqil model oldu. Supra adı Latın mənşəlidir, supra; yuxarıda, exsupero; aşmaq və supergrediatur; Həddindən artıq keçmək sözlərindən törəmişdir. İlk nəsil Supra, Aichi ştatının Tahara şəhərində istehsala başladı. Dördüncü nəsil Supra Yaponiyada Toyota City-də istehsalını davam etdirdi. Beşinci nəsil Supra, BMW Z4 ilə birlikdə Avstriyanın Qraz şəhərində istehsal olunur. 1998-ci ildə Toyota dördüncü nəsil Supra-nın ABŞ-də satışını dayandırdı. Supra-nın dördüncü nəslinin istehsalı da 2002-ci ildə Yaponiyada başa çatıb. İlk dörd nəsil Supra 1978–2002-ci illər arasında buraxıldı. Beşinci nəsil Supra 2019-cu ilin martında təqdim edildi və 2019-cu ilin mayında satışa çıxarıldı.
Supra (ziyafət)
Supra (gürc. სუფრა) — Gürcü sosial mədəniyyətinin mühüm hissəsi olan ənənəvi gürcü ziyafəti. Supra, milli mətbəxin və şərabın istehlakı, tostların hazırlanması və polifonik mahnıların ifa edilməsi ilə yeməyin sırasını birləşdirən ziyafət ənənəsidir. Supra ənənələri gürcü sosial mədəniyyətinin mühüm hissəsi kimi 2017-ci ildə Gürcüstanın Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Ənənəvi olaraq ziyafətin əsas iştirakçıları iştirakçılar kişilərdir, qadınlar ikinci dərəcəli, köməkçi rollarda olurlar (xüsusilə də yeməklərin hazırlanmasına gəldikdə). Gürcü dilində "supra" hərfi mənada "süfrə örtüyü" deməkdir. Söz farsca sofre, türkcə isə süfre sözündən götürülmüşdür. Kartli şarlığının tərkibində yerləşən Tiflisdəki (indiki Tbilisi) gürcü məhkəməsi Səfəvi hökmdarlığı dövründə Səfəvi adət-ənənələrindən olan mərasim adətlərinin və terminologiyasının əhəmiyyətli bir hissəsini istifadə edirdi. Məhz bu tarixi dövrdə bu termin gürcü lüğətində öz yerini tapır. Ölçüsündən və növündən asılı olmayaraq, supra həmişə bayram zamanı müxtəlif tostlar deyə bilən tamada tərəfindən idarə olunur.