Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suvorovka
Hacırüstəmli (əvvəlki adı: Suvorovka) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Suvorovka kəndi Poltavka kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Suvorovka kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə İmişli rayonunun Suvorovka kənd inzibati-ərazi vahidi tərkibindəki Suvorovka kəndi Hacırüstəmli kəndi, Suvorovka kənd inzibati-ərazi vahidi Hacırüstəmli kənd inzibati-ərazi vahidi adlandırılmışdır.
Suvorov
Suvorov — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Olqa Suvorova
Olqa Suvorova (14 iyun 1906) — (ölüm tarixi bilinmir) — SSRİ kimyaçı alimi, kimya elmləri doktoru (1963), professor (1970), SSRİ Dövlət mükafatı laureatı (1950). Olqa Suvorova 14 iyun 1906-cı ildə Voloqda anadan olmuşdur. 1933-cü ildə A.İ. Hersen adına Leninqrad Dövlət Pedaqoji İnstitutunun əsas kursunu bitirmişdir. Elə həmin universitetdə Sovet kimyaçı-metodisti Vadim Verxovskinin rəhbərliyi altında dissertasiya işini müdafiə etmişdir. 1937-dən 1969-cu ilə qədər Abay adına Qazaxıstan Pedaqoji İnstitutunun Kimya kafedrasının rəhbəri olmuşdur. Onun 30 illik rəhbərliyi altında şöbə kimya tədris və tədqiqat məsələlərində inkişafa nail olmuşdur. Olga Suvorovanın fəaliyyəti - (müəllif) "Kimyanın tədrisi ilə həmin dövrdə kimya elminin və sənayenin sosialist quruluşunda təcrübəsi və vəzifələri arasındakı əlaqə" tədris vəsaitləri (1940), "kimyaya görə iş və vəzifələr" (həmmüəllif) (1941). Bu əsərlərdə kimyəvi problemlərin həlli üsulları və metodları, qaz və digər maddələrin bir-birindən ayrılması, onların tədris prosesində istifadəsi, o zaman kimya elminin və sənayesinin naliyyətlərinin praktiki fəaliyyətinə dair laboratoriya təcrübələrinin metodologiyası və üsulu təsvir edilmişdir. Qazaxıstan Pedaqoji İnstitutunun Kimya fakultəsi Olga Suvorovanın rəhbərliyi altında İ. N. Nuqumav, A. F. Seydcanov, S. N. Musabəyov, A.Mirzabaev, B. N. Almaşev, K. A. Nurumbetov və digərləri kimi tələbələr yetişdirmişdir. Tədris və metodik tədqiqatlar arasında iki əsas sahə fərqlənirdi: disiplinlər arası əlaqələr və kimya tədrisinin didaktik əsasları.
Aleksandr Suvorov
Aleksandr Vasilyeviç Suvorov (rus. Александр Васильевич Суворов; 13 (24) noyabr 1730, Moskva – 6 (18) may 1800, Sankt-Peterburq) — Rusiya İmperiyasının ordu komandanı hərb tarixində ilk dəfə "Generalssimus" hərbi rütbəsini alan insan qüdrətli sərkədə.Təkcə rus deyil dünya hərb sənətinin ən qüdrətli nümayəndələrindən biri.Tarixi mənbələrdə "Hərb Sənətinin Atası" adlandırılır. Rus tarixində ilk dəfə olaraq onun başçılığı altında rus ordusu Avropanın içərilərinə doğru irəliləmiş hətta İtaliya və Alp dağlarına qədər gedib çatmışdır. O, 1799-cu ildə İtaliyanın Milan şəhərinə qədər gedib çıxmış amma İmperator sarayından gələn əmrə görə ordusunu geri çəkmiş və İsveçrəyə doğru irəliləmişdi və adını Dünya hərb tarixinə qızıl hərflərlə yazdırmışdı. Rusiya İmperatriçəsi 2 Yekatirina şəxsən ona hörmət bəsləmiş və onu daima diqqət mərkəzində saxlamışdı və orduda etdiyi bütün dəyişikliklər zamanı onunla məsləhətləşmişdir. Hətta indiki ordularda istifadə olunan taktikaların çoxu ona aiddir.Rusların dilində:( Sanki Bu İnsanı Anası Hərb üçün Doğub) Aleksandr Vasilyeviç Suvorov 13(24) noyabr 1729-cu ildə Moskva şəhərində, senator, general-anşef Vasili İvanoviç Suvorovun ailəsində anadan olmuşdur. Atası Vasili Suvorov hərbi təhsil almış, birinci rus hərbi lüğətini tərtib etmişdir. Aleksandr atasının rəhbərliyi altında hərbi artilleriya elminə yiyələnmiş, hərbi tarixi öyrənmişdir. 1742-ci ildə Semyonov polkunda, leyb-qvardiyada muşketyor kimi qeydiyyata alınmışdır. Həqiqi hərbi xidmətə 1748-ci ildə başlamışdır.
Suvorov ordeni
Suvorov ordeni (Rusiya) — Rusiya Federasiyasının dövlət mükafatı. Suvorov ordeni (SSRİ) — SSRİ-nin dövlət mükafatı.
Suvorov (dəqiqləşdirmə)
Suvorov (şəhər) — Rusiya Federasiyasında şəhər.
Suvorov (şəhər)
Suvorov — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
"Suvorov" ordeni (Rusiya)
Suvorov ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. Uşakov ordeni 1942-ci ildə SSRİ-də təsis edilib.SSRİ dağıldıqdan sonra orden Rusiya Federasiyası Ali Sovetinin 20 mart 1992-ci il tarixli 2557 saylı qərarı İlə Rusiya Federasiyasının dövlət mükafatlarının sistemində saxlanılmışdı. Lakin Rusiya Federasiyasının dövlət mükafatı 2010-cu ilə qədər nizamnaməyə və rəsmi təsvirə malik deyildi. Rusiya Federasiyası Prezidentinin 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında"fərmanı ilə nizamnamə və ordenin təsviri təsis edilmişdir.2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin nizamnaməsinə dəyişikliklər edilmişdi. 2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin statusunda dəyişikliklər edilərək hərbi birləşmələrin komandirləri və onların muavinləri, yüksək rütbəli ali zabit heyəti, hərbi təhsil təşkilatları və s. verilməsinə qərar verilmişdir. Rusiya Federasiyasının Prezidentinin 14 noyabr 2013-cü il tarixli 842 saylı fərmanı ilə general V. F. Marqelov adına Ryazan ali hava-desant komanda məktəbini Suvorov ordeni ilə mükafatlandırılıb. Prezident Putin 2013-cü il noyabrın 15-də ziyarət zamanı məktəbin bayrağına ordenin nişanını o şəxsən bərkitdi.8 avqust 2014-cü ildə 76-cı qvardiyanın Çerniqov Qırmızı Bayraqlı diviziyası Suvorov ordeniylə mükafatlandırılmışdır.
Suvorov ordeni (Rusiya)

Suvorov abidəsi (Rostov-na-Donu)
Suvorov abidəsi — Rostov-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Abidə rus sərkərdəsi, general Aleksandr Vasileviç Suvorovun şərəfinə ucaldılmışdır. Abidənin müəllifi Anatoli Andreyeviç Sknarindir. Abidə 1999-cu ildə quraşdırılmışdır. Ünvan: Rostov-na-Donu Univerditetski xiyabanı ilə Suvorov küçələrinin kəsişdiyi ərazi. Aleksandr Vasileviç Suvorov 177-ci ildə Önazov Kuban korpusunun komandanı təyin edilmişdir. Kubana gedən yol Müqəddəs Dmitri Rostov qalasından keçirdi. Bu qala isə öz dövrünüün əsas rus bazalarından biri hesab edilirdi. Kubana gəlməsinin üç ayı müddətində əlverişli idarə sistemini hazırlamış və qalanı möhkəmlədərək müşmən üçün əlçatmaq hala gətirtmişdir. Kuban çayının sağ sahili boyunca dörd.