Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Şulginov
Aleksandr Şulginov (1 mart 1998) — Rusiyalı şort-trekçi. Aleksandr Şulginov Rusiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aleksandr Şulginov birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Şulginov 2:19.308 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Suqino Yoşiko
Suqino Yoşiko (杉野 芳子, 2 mart 1892, Çiba prefekturası – 24 iyul 1978) – Yaponiya dəb dizayneri. Doreme tikiş məktəbinin və Suqino Moda Kollecinin qurucusudur. 2 may 1892-ci ildə Yaponiyanın Çiba prefekturasının Yokoşibahikari qəsəbəsində doğulmuşdur. Əsl adı İvasava Yoşikodur. Çiba Prefektural Qız Liseyində təhsil almış və Yaponiya Dəmir Yolu Nazirliyində işləmiş ilk qadın olmuşdur. 1914-cü ildə təhsil almaq üçün Nyu-Yorka getmişdir. Xaricdə təhsil alarkən 1916-cı ildə memar Suqino Şiqeiçi ilə evlənmişdir. Onlar 1920-ci ildə Yaponiyaya qayıtmış və Tokionun Akasaka bölgəsində yaşamağa başlamışdırlar. Suqino 1926-cı ildə Doreme tikiş məktəbini qurmuşdur. Həmin dövrdə Qərb geyimləri xaricdən gətirilirdi, lakin Suqino yapon qadınlarına öz geyimlərini hazırlamağı öyrətməyə başlamışdır.