Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sutka
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Ceija Stojka
Seyya Stoyka ing. Ceija Stojka (23 may 1933 – 28 yanvar 2013, Vyana) Avstriyadan olan rəssam, aktivist və musiqiçi, Holokostdan xilas olan qaraçı. == Həyatı == Stoyka 1933-cü ildə Ştiriyanın alm. Kraubath an der Mur‎ şəhərində anadan olmuşdur. Anası Mariya "Sidi" Riqo Stoyka və atası Karl "Vakkar" Horvatın altı uşaqlarından beşincisi idi. Onun iki qardaşı, Karl "Karli" Stoyka və Cohan "Monqo" Stoyka da yazıçı və musiqiçi idilər. Ailə Roma-Katolik kilsəsi lovari adlanan qaraçı xalqının alt qrupundan idi - ata tərəfdən Baqareşçi qəbiləsinin üzvləri və ana tərəfdən Giletçi qəbiləsinin üzvləri. Stoykalar at tacirləri idilər, onların karvanı qışı Vyanada, yayı isə Avstriyanın çöllərində səyahət edərək ailələrinin 200 illik ənənələrini qoruyub saxlamışdılar. Anası və beş qardaşdan dördü ilə birlikdə Holokostdan və Auşvitz həbs düşərgəsindən, eləcə də Ravensbrük həbs düşərgəsindən və Bergen-Belzendən xilas ola bilmişdi. Atası Daxau həbs düşərgəsinə, daha sonra Şloss Hartheymə göndərildi və orada öldürüldü.
Suteska Milli Parkı
Sutyeska Milli Parkı (bosn. Nacionalni park Sutjeska) — Bosniya və Herseqovinanın 3 milli parkından biri. 1962-ci ildə qurulmuşdur və Bosniya və Herseqovina ilk milli parkıdır. Ölkənin ən hündür dağı olan 2389 metrlik Maqliç dağı Monteneqro ilə sərhəddə — məhz bu milli parkda yerləşir. Bu dağ silsiləsinin Monteneqroda qalan hissəsi Trnovaçko gölünü əmələ gətirir. Avropanın son iki ibtidai meşəsindən birinə sahib olan Peruçitsa Ciddi Qorunan Təbiət Qoruğu milli parkın tərkib hissəsidir. İkinci dünya müharibəsi zamanı 1943-cü ildə burada Sutyeska döyüşü baş vermişdir. EUROPARC Federsiyasının üzvüdür. == Tarixi == Milli park Bosniya və Herseqovinanın ən qədim milli parkıdır. İkinci dünya müharibəsində döyüşlərə şahid olduğuna görə bu əraziyə 1962-ci ildə milli park statusu verilmişdir.