Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kuştrim Muşitsa
Kuştrim Muşitsa (alb. Kushtrim Mushica; 1 may 1985 və ya 1 may 1983, Priştina) — qapıçı mövqeyində oynayan Kosovo futbolçusu. Hazırda Kosovonun Vuştrria klubunun şərəfini qoruyur. == Karyerası == Kuştrim Muşitsa Yuqoslaviyanın Priştina şəhərində anadan olub. Futbol oynamağı 1991-ci ildə 6 yaşında yerli "Ramiz Sadiku" komandasında başladı. Kosovo müharibəsi başlayanda o, buranı tərk etməli olur və və üç ay Türkiyədəki qohumlarının evində yaşayır, atası və böyük qardaşı isə Priştinada qaldılar. Muşitsa, atası Priştinanı kifayət qədər etibarlı hesab etdikdən sonra məmləkətinə qayıtdı. Müharibə bitdikdən sonra Muşitsa, Kosovanın aparıcı klubu olan Priştina klubuna qatıldı. 2002-ci ildə, 17 yaşında, klubun əsas heyətinin oyunçusu oldu. 2005-ci ilin əvvəlində Ukrayna Borisfen klubuna transfer olundu, lakin ehtiyat heyətin tərkibində 1 oyun keçirtdi.
Senitsa
Senitsa (slovak. Senica, alm. Senitz‎, mac. Szenice) — Slovakiyanın qərbində, Trnava bölgəsində şəhər. Əhalisi 23 700 nəfərdir (2004-cü il). Şəhər Zahorska dağ yamaclarının şimalında, Miyava çayının sahilində yerləşir. == Tarix == == Əhali == === Əhalinin etnik mənsubiyyəti === Slovaklar – 94,60 %Çexlər – 1,56 %Qaraçılar – 0,84 %Macarlar – 0,14 %digərləri === Əhalinin konfessional mənsubiyyəti === roma-katolikləri – 47,28 %ateistlər – 31,18 %yevangelik kilsə v.d. – 17,03 %yunan-katolikləri – 0,29 %pravoslavlar – 0,11 %digərləri == Tanınmış Senitsalılar == Vlado Adásek – Slovakiyalı rejissor və ssenari müəllifi. Jozef Bossanyi – tanınmış slovak tarixçisi, dilçi və təbiyətşünası Vladimír Fajnor – (1875 – 1952), siyasətçi Jozef Kvetoslav Holub – slovak pedaqoqu Viliam Pauliny-Tóth – slovak siyasətçisi, belletris və publisisti.
Şueişa
Şueişa Inc. (yaponca: 株式会社集英社, Hepbörn: Kabushiki-gaisha Shūeisha, hərfi tərcümədə İntellekt Toplama Nəşriyyatı MMC) — Çiyoda, Tokyo mərkəzli bir yapon şirkəti. 1925-də yapon naşiri Şoqakukanın əyləncə nəşrləri diviziyası kimi yaranan kompaniya növbəti il müstəqil bir şirkətə çevrilmişdir. Şueişa tərəfindən nəşr olunan manqa jurnallarına şonen jurnalları Weekly Shōnen Jump, Jump SQ və V Jump, seynen jurnalları Weekly Young Jump, Grand Jump və Ultra Jumpın da nəşr olunduğu Jump xətti daxildir. Bunlardan başqa, həmçinin Non-no kimi bir sıra digər jurnallar da Şueişa tərəfindən çap olunmaqdadır. Şoqakukan ilə birlikdə Şueişa Şimali Amerikada manqalar yayımlayan Viz Medianın sahibidir.
Süita
Süita (fr. "suite" — ardıcıllıq) — bir neçə tamamlanmış pyesdən ibarət silsilə əsər; obraz məzmununa və quruluşuna görə fərqlənən pyeslər kontrastlıq prinsipi ilə növbələşir. XVI əsrdə İtaliyada meydana gəlmiş və peşəkar musiqidə geniş yayılmışdır.
Süssa
Süssa (fr. Sussat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebröy kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03276. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 103 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 67 nəfər arasında (15-64 yaş) 46 nəfər İqtisadi cəhətdən fəal, 21 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 68,7%, 1999-cu ildə 76.4%). Fəal olan 46 nəfərdən 40 nəfər (21 kişi və 19 qadın), 6 nəfər işsiz (5 kişi və 1 qadın) idi. 21 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 13 nəfər - təqaüdçü, 5 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Anthemis susiana
Anthemis susiana (lat. Anthemis susiana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Luştisa yarımadası
Luştisa (mont. Luštica, serb. Луштица) — Adriatik dənizinə daxil olan Kotor körfəzində, Monteneqro qərbində qərarlaşan yarımada. Maksimal hündürlüyü 582 m olan Obosnik dağıdır (mont. Obosnik / Обосник). == Coğrafiyası == Yarımada Adriatik dənizi ilə Tivat körfəzi arasında qərarlaşır. Yarımadada yerləşən meşəliklərdə çöl donuzu, manqust, Çaqqal, quşlardan Çay qaraquşu və bülbül yayılmışdır. Meşəliklərdə avropa zeytunu üstünlük təşkil edir. Burada bir necə iri yaşayış məntəqəsi vardır ki, onların da ən böyüyü Kraşiçidir. == Tarixi == Tarixi boyu yarımada böyük əhəmiyyət kəsb etmişdir.
Suşmita Sen
Suşmita Sen (ing. Sushmita Sen, hind. सुष्मिता सेन, 19 noyabr 1975, Heydәrabad) — hind aktrisası və modeli. == Həyatı == 19 noyabr 1975-ci ildə Heydərabadda anadan olmuşdur. 1994-cü ildə dünya gözəli seçilmişdir. Himayəyə iki qız götürüb. Subaydır.
Şovitsa yemişanı
Şovitsa yemişanı (lat. Crataegus szovitsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı şərqi Zaqafqaziyanı və Kiçik Asiyanın şərq rayonlarını əhatə edir. == Botaniki təsviri == Boz qonur rəngli, kiçik sıx budaqlı ağacdır. Cavan zoğları ağ keçəlidir. Yarpaqları möhkəm, qalın, göyümtüldür. Çiçəkləyən zoğlarda alt yarpaqları əks-yumurtavari, yuxarıda yerləşənlər üç pərlidir, dərin, beş bölümlü, kəsiyində enli əks yumurtavari, rombvari, uzunluğu və eni 3-4,5 sm; orta pəri bünövrəyə daralmış, iti və ya küt, ucuna yaxın az dişli, bəzən kənarları bütövdür. Steril zoğlarda daha iri, 5-9 yerə dəri bölünmüş, ensiz və kəsik pərlidir. Çiçək qrupunun diametri 5 sm-dək, yığcam, 10-12 çıçəkli, sıx-ağ keçəli, çiçək saplağının uzunluğu 1,5-5 mm-dir. Kasayarpaqları enli-üçkünc, ucu biz, çiçəkləmə dövründə düz dayanandır, meyvə verdikdə şaxələnir.
Ami Suqita
Ami Suqita (d. 14 mart 1992) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib, 2 qol vurub.
Ferdinand Ruşits
Ferdinand Eduardoviç Ruşits (pol. Ferdynand Ruszczyc; belar. Фердынанд Рушчыц; 10 dekabr 1870[…], Bahdanava[d], Vilen quberniyası[d] – 30 oktyabr 1936[…], Bahdanava[d], Novoqrudok voyevodluğu[d]) — Belarus və Polşa rəssamı, qrafik, səhnə qurucusu. == Həyatı == Orta klassik təhsilini Minsk gimnaziyasında almışdır. 1890-cı ildən Sankt-Peterburq Universitetinin hüquq fakültəsində oxumuşdur. 1892—1897-ci illərdə İ.İ.Şişkin və A.İ.Kuincinin rəhbərliyi altında İmperator Sənətlər Akademiyasının nəzdində Ali Rəssamlıq Məktəbində rəssamlıq ixtisası üzrə təhsil almışdır. Təhsil məqsədi ilə Krım, Fransa, Almaniya, İtaliya, İsveç kimi bir neçə yerə səyahət etmişdir. 1897-ci ildə Rəssamlıq Akademiyasının diplom işləri sərgisində debüt etdi. O vaxtdan 1900-cü ilə qədər əsərləri akademiyanın illik sərgilərində nümayiş etdirilirdi. 1899-cu ildə ilk sərgi Vilnada təşkil edildi.
Hina Suqita
Hina Suqita (d. 31 yanvar 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.