Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Shopify
Shopify Inc. — baş ofisi Kanadanın paytaxtı Ottavada yerləşən elektron ticarət şirkətidir. Onlayn mağazalar və pərakəndə satış nöqtələri sistemləri üçün xüsusi E-Ticarət platforması xidməti göstərir. Shopify onlayn pərakəndə satıcılarına kiçik ticarətçilər üçün bir onlayn mağazanın işlənməsi prosesini sadələşdirmək üçün ödənişlər, marketinq, göndərmə və müştəri cəlbetmə vasitələrini toplu xidmətlər paketini təklif edir. Şirkət, 2019-cu ilin İyun ayına qədər platformasını istifadə edən təxminən 175 ölkədə 1,000,000-dən çox müəssisəsinin olduğunu, ümumi mal həcminin 2018-ci il təqvimi üçün 41.1 milyard dolları keçdiyini bildirdi.
Shojo Beat
Shojo Beat — Viz Media tərəfindən Şimali Amerikada nəşr olunan şoco manqa jurnalı. 2005-ci ilin iyun ayında Shonen Jump jurnalının qardaş jurnalı kimi nəşr olunan jurnal, altı manqa seriyasından olan seriyalı fəsillərdən ibarət idi. Jurnalda həmçinin Yaponiya mədəniyyəti, manqa, anime, dəb və gözəllik haqqında məqalələrə yer verilirdi. İlik dərcindən sonra, Shojo Beat iki redizayna məruz qaldı və ümumi yapon manqa antologiyalarında olduğu kimi, ilk ingilis antologiyalı siyan və magenta mürəkkəb tonlarını istifadə edən jurnal oldu. Viz Media öz manqalarında, yapon layt-novel və anime bölmələrini jurnalının məzmunu ilə əlaqələndirmək üçün "Shojo Beat" imprintlərinə başladı. 16-18 yaşlı qadın cinsinə hədəfələnən Shojo Beat-in ilk dərci 20 000 tiraja malik idi. 2007-ci ildə, jurnalın orta tirajı təxminən 38 000 nüsxə idi. Jurnal tirajınını yarısı, mağaza satışlardan daha çox, abunədən gəlirdi. Bəzi tənqidçilər jurnalın erkən dərclərini, darıxdırıcı və zəif yazılmış saysa da, yapon mədəniyyəti haqqında məqalələrin daxili ilə manqa seriyasının qarışdırılması, bir çox tənqidçilər tərəfindən müsbət qəbul edilmişdi. 2009-cu ilin may ayında Viz Media jurnalın nəşriyyatını dayandırdılma planlarını açıqladı — 2009-cu il iyulda jurnalın sonuncu nəşri dərc olundu.
Söji (Val-d'Uaz)
Söji (fr. Seugy) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Sarsel, kanton — Viarm. Əhalisi — 1 049 nəfər (2006). Bələdiyyə Paris şəhərinin 30 km şimal, Serji bələdiyyənin 27 km şərqdə yerləşir.
Söji (Val-d’Uaz)
Söji (fr. Seugy) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Sarsel, kanton — Viarm. Əhalisi — 1 049 nəfər (2006). Bələdiyyə Paris şəhərinin 30 km şimal, Serji bələdiyyənin 27 km şərqdə yerləşir.