Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sparapet
Sparapet (erm. սպարապետ) — qədim dövrdə və orta əsrlərdə Ermənistanda silahlı qüvvələrin ali baş komandanı üçün istifadə edilən irsi titul. Eramızdan əvvəl II əsrdə kral I Artaşesin hakimiyyəti dövründə meydana gəlmiş, Ermənistan krallığı və Kilikiya çarlığında istifadə edilmişdir. Sparapet Parfiyadakı spahbedin titulunundan götürülmüşdür və onun Ermənistandakı ekvivalenti idi. Sparapet titulu ənənəvi olaraq Ermənistanın Artaşes hakimiyyətinin başlanğıcından bəri Mamikonyan sülaləsinin nümayəndələri tərəfindən sahiblənilirdi. Tarixdə daha sonra bu titul Pakraduni və Artsrunilər sülalələri tərəfindən sahiblənmişdir. XVIII əsrdə yaşamış erməni sərkərdəsi Mxitar Sparapet Zəngəzur bölgəsində ermənilərin istiqlal səylərinə rəhbərlik etmişdir. 1920–1921-ci illərdə Dağlıq Ermənistan Respublikasının ali baş komandanı olan Qaregin Njde "Sünik sparapeti" tituluna layiq görülmüşdür. 1991–1992 və 1995–1999-cu illərdə illərdə Ermənistanın Müdafiə naziri olan Vazgen Sarkisyan Birinci Qarabağ müharibəsi dövründəki fəaliyyətinə görə qeyri-rəsmi olaraq sparapet adlandırılır. Chaumont, M. L. ARMENIA AND IRAN ii.
Mxitar Sparapet
Mxitar bəy və ya Mxitar Sparapet (erm. Մխիթար Սպարապետ; ən tezi 1680, Gəncə – 1727, Xınzırək) — erməni hərbi komandiri və Sünik regionunda erməni silahlı üsyanının iştirakçısı. O, Davud bəyin Səfəvilər və Osmanlı imperiyası qüvvələri üzərində qələbələrində mühüm rol oynamışdır. Onların əsas qərargahı Sünik şəhərinin inzibati mərkəzi olan Halidzor qalasında idi. Mxitar Davud bəyin baş köməkçisi və 1728-ci ildə ölümündən sonra onun varisi kimi xidmət etmişdir. Mxitarın ölümü ilə XVIII əsrdə Sünikdə erməni üsyanı başa çatmışdır. Bununla belə, Sünikdən gələn şifahi ənənələrə görə, Nadir şah Osmanlıları qovub 1735-ci ildə Cənubi Qafqaz üzərində nəzarəti bərpa edənə qədər ermənilərin müqaviməti müxtəlif liderlər altında davam etmişdir. Sparapet günü (erm. Սպարապետի օր) Ermənistanda hər il 12 sentyabr tarixində Mxitar Sparapetin xatirəsini yad edən ümummilli bayramdır. Rəsmi şənliklərdə Ermənistan Prezidenti, Ermənistan Baş naziri və müdafiə naziri iştirak edir.
Cuzeppe Saraqat
Cuzeppe Saraqat — İtaliyanın beşinci prezindenti (29 dekabr 1964 – 29 dekabr 1971). Sosial-Demokrat partiyasını təmsil edib.