Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Spitak
Spitak, Hamamlı[mənbə göstərin] — Ermənistan Respublikasında şəhər. Hamamlı şəhəri (dəyişdirilmiş adı Spitak) Pəmbək çayının (Kür hövzəsi) sahilində yerləşir. 1960-cı ildən rayon tabeli şəhərdir. Hamamlı rayonunun mərkəzidir. == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. == Etimologiya == Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. == İslamda == Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.Bəzi hədislərdə deyilir ki, hər kəs öz əməllərinə uyğun olaraq müəyyən bir nur dəhlizinin içində sırat körpüsündən keçəcək.
Sitar
Sitar — hind klassik musiqisini ifa etmək üçün istifadə olunan çoxsimli musiqi aləti. Simli-mizrablı çalğı alətləri qrupuna daxildir. == Quruluşu == Sitarın əsas 7 simi var (5 melodik və 2 burdon). Bundan əlavə , sitarda hələ 9-13 rezonans edən simlər də var ki , onların ümumi adı "tərəf" , yəni orkestrdir.Həmin simlər əsas simlərin səsinə rezonansla cavab verməklə sitarı digər alətlərdən fərqləndirən həmin unikal səslənməni yaradır. Simlərdən səsləri ifaçının adsız barmağına taxılan mizrabla çıxarırlar. Sitarın iki balqabaq çanaqlı rezonatoru var : içi boş gövdəli qrifin aşağısı və yuxarısında.Alətin dekası palisandr və fil sümüyü ilə bəzədilir.Metal pərdələr qövsvaridir.
Sitta
Sitta (lat. Sitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sittalar fəsiləsinə aid heyvan cinsi.
Süita
Süita (fr. "suite" - ardıcıllıq) — bir neçə tamamlanmış pyesdən ibarət silsilə əsər; obraz məzmununa və quruluşuna görə fərqlənən pyeslər kontrastlıq prinsipi ilə növbələşir. XVI əsrdə İtaliyada meydana gəlmiş və peşəkar musiqidə geniş yayılmışdır.
Çitab
Çitab — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Dena şəhristanının Kəbgiyan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,561 nəfər və 328 ailədən ibarət idi.Əhalisi Boyer-Əhməd elinin Çitab oymağındandır.
Miconia scutata
Miconia scutata (lat. Miconia scutata) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Natrium sitrat
== Natrium sitrat == Na3C6H5O7 - limon turşusunun natrium duzudur. Mr(Na3C6H5O7)=258,06 == Alınması == Preparat limon turşusunu natrium-karbonatla neytrallaşdırmaqla alınır. Sənayedə isə limon turşusu müxtəlif mənbələrdən, məsələn pambıq bitkisi yarpaqlarından, limon və cır nar şirələrindən, mikrobioloji sintezlə alına bilər. == Fiziki xassələri == Preparat rəngsiz və ya ağ kristallik tozdur. Suda asan həll olur, spirtdə pis həll olur. == Tətbiqi == Preparat qanın laxtalanmasının qarşısını alan maddə kimi (konservant), tibbi məqsədlər üçün, qan hazırlığında 4–5%-li məhlullar şəklində işlənir.
Senecio scitus
Senecio scitus (lat. Senecio scitus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Spitak rayonu
Spitak rayonu, və ya Hamamlı rayonu — Ermənistan Respublikası ərazisində rayon. == Tarixi == Qərbi Azərbaycanın Pəmbək mahalının bir hissəsi bu rayonun ərazisinə düşür. 1937-ci il dekabrın 31-də yaradılıb. 1949-cu il oktyabrın 26-na qədər Hamamlı, həmin tarixdən etibarən isə Spitak rayonu adlandırılıb. Ərazisi 596 kv km-dir. Rayon mərkəzi rayon tabeli Hamamlı (dəyişdirilmiş adı Spitak) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 101 km-dir.Hamamlı rayonu Bazum, Şirək və Pəmbək dağ silsilələri arasındakı Pəmbək dərəsində yerləşir. Pəmbək çayı bu dərədən keçərək rayon boyu axır. Keçmişdə bu ərazidə hamısında azərbaycanlıların yaşadığı 24 kənd olub. Onlardan bəziləri 1918–1920-i illərdə ermənilər tərəfindən məhv edilmiş, digərlərinin isə əhalisi SSRİ dövründə Azərbaycan Respublikasına köçürülmüşdür.
Spitak zəlzələsi
Spitak zəlzələsi (həmçinin Leninakan zəlzələsi, Gümrü zəlzələsi də adlanır) — 7 dekabr 1988-ci ildə Ermənistanın şimalında baş vermiş 7 bal gücündə zəlzələ. Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Leninakan (hazırkı Gümrü), Kirovakan (hazırkı Vanadzor) və Stepanavan şəhərlərini dağıdıb. Ümumilikdə zəlzələdən 21 şəhər, eləcə də 350 kənd (58-i tamamilə dağılıb) ziyan çəkib. Rəsmi məlumatlara görə, 25 min nəfər ölüb, 140 min adam şikəst olub, 514 min nəfər evsiz qalıb. Zəlzələ Ermənistanın şimalına güclü zərbə vurub və respublikanın 40 faizinə təsir edib. Yeraltı təkanlar İrəvan və Tiflisdə də hiss edilib. Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb. Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan olub. O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili yola düşən azərbaycanlılardan ibarət böyük qrupu təyyarə qəzasına düşmüşdü. İL-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak olmuşdu.
SİTA
İTAR-TASS — Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır.
Çita
Çita (rus. Чита) — Rusiya Federasiyasında şəhər, Zabaykal diyarının inzibati mərkəzi.
Ştat
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsi ilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
Acita Kesakambala
Acita Kesakambala (sanskr. अजित केशकंबली; ??; e. ə. V əsr) — e.ə. VI—V əsrlərdə yaşamış Qədim Hindistan materialist filosofu. O, Çarvaka məktəbinin öncül alimlərindən olmuşdur. Kesakambalanın Budda və Mahaviranın həməsri olduğu güman edilir. Onun adı birbaşa olaraq «insan saçından hazırlanmış paltara görə məğlubedilməz olan» deməkdir. Kesakambalanın fikirlərinə görə, həqiqi idrak mənbəyi yeganə cismani təcrübədir. O, dinin ümumi qəbul edilmiş normalarını və mənəviyyatı tənqid etmişdir.
Cihat Arman
Cihat Arman (16 iyul 1915, İstanbul - 14 may 1994, İstanbul) — Türkiyə futbolçusu, qapıçı, məşqçi. == Həyatı == Cihat Arman 16 iyul 1915-ci ildə İstanbulda anadan olmuşdur. === Oyunçu karyerası === 15 yaşında futbol oynamağa başladı. Qapıçı mövqeyisində çıxış edirdi. Oyun karyerasına 1934-1937-ci illərdə çıxış etdiyi Gənclərbirliyində başlamışdır. Sonradan, 1939-cu ildə bağlanan Güneş klubuna keçdi. Onun növbəti və oyunçu karyerasında sonuncu klubu Fənərbaxça oldu. Onun heyətində 308 matç keçirmiş və "Uçan qapıçı" ləqəbini qazanmışdır. 1944-cü ildə Türkiyə çempionatının qalibi oldu, üç dəfə İstanbul Futbol Liqasında (1944, 1947-1948) qalib gəlmişdir, İstanbul Liqa Kubokunu (1945) qazanmışdır.1936-cı ildə Berlində keçirilən Yay Olimpiya Oyunlarında 9-16-cı yerləri bölüşən Türkiyə milli futbol komandasının üzvü idi. Yeganə oyunu Norveç komandasına qarşı keçirtmişdir və 4 qol buraxmışdır.1948-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında 5-8-ci yerləri bölüşən Türkiyə milli futbol komandasının heyətində çıxış etmişdir.
Dred Scott
Dred Skott ( 1799 – Sentyabr 17, 1858) — ABŞ-də yaşamış, özünün, həyat yoldaşının və 2 qızının azadlığının tələbi nəticəsində 1857-ci ildə "Dred Skott Qərarı" kimi tanınan Dred Skot Sanforda qarşı iddiasında uğursuzluğa uğramış bir Afroamerikalı quldur. Skott iddia edirdi ki, ona və ailəsinə azadlıq verilməlidir çünki onlar 4 il müddətində köləliyin qanunsuz olduğu İllinoys və Wisconsin Əyalətində yaşayıblar. Birləşmiş Ştatlar Ali Məhkəməsi nə onun, nə də ki, başqa bir Afrika əsilli şəxsin ABŞ-də vətəndaşlıq ala bilməyəcəyini əsas gətirərək 7-2 Scottun əleyhinə qərar verib. Nəticə etibarilə, vətəndaşlıq müxalifliyi qaydaları altında Skott federal məhkəmə qarşısında məğlub olub.
Eucalyptus scias
Eucalyptus scias (lat. Eucalyptus scias) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Karl Şmitt
Karl Şmitt (alm. Carl Schmitt‎ 11 iyul 1888 – 7 aprel 1985) — alman hüquqşünası, siyasi fəlsəfəci və Nasist Partiyasının üzvlərindən biri idi. Şmitt siyasi hakimiyyətin effektiv istifadəsi haqqında geniş yazmışdır. Mühafizəkar nəzəriyyəçi olaraq, o parlament demokratiyası, liberalizm və kosmopolitizmin tənqidçisi kimi qeyd olunur, onun əsərləri siyasi nəzəriyyəyə, hüquq nəzəriyyəsinə, kontinental fəlsəfəyə və Siyasi teologiyaya böyük təsir göstərmişdir, lakin Nasist partiyasıyla olan keçmişinə görə mübahisəli hesab olunur. Şmittin əsərləri çoxsaylı filosofların və siyasi nəzəriyyəçilərə böyük təsiri olmuşdur. Məs. Hanna Ardent, Valter Benyamin, Jak Derrida, Yürgen Habermas, Fridrix fon Hayek, Slavoy Jijek və s. == Həyatı == Şmitt Almaniya İmperiyasının Vestfaliya əyalətinin Plettenberq şəhərində anadan olub. Valideynləri Plettenberqdə məskunlaşmış Eyfel bölgəsindən olan Roma Katolikləri idi. Berlin, Münhen və Strasburqda hüquq təhsili aldı və 1915-ci ildə o vaxtkı Almaniya Strasburqunda məzuniyyət və dövlət imtahanlarını verdi.
Pencak silat
Pencak silat — İndoneziyanın milli idman növü. Pencak silat heç də yalnız idman deyil, o, eyni zamanda, insana öz nəfsini necə idarə etməyi və həyatını necə qorumağı öyrədir. == Yayılması == Bu idman növü İndoneziyada rəsmi olaraq 800 döyüş sənəti məktəbində və 13000 adada yayılmışdır. == Terminologiya == Bütün ölkədə yayılmağına baxmayaraq, bu döyüş növünün adı iki vilayətdə istifadə edilən iki termindən ibarətdir. Qərbi Yavada "pencak" sözü və onun dialektik növü "penca", Yava, Madura və Bali dialektində isə "mancak" növü yayılmışdır. Sumatrada isə "silat" və "silet" növü yayılmışdır. 1948-ci ildə İndoneziya vahid dövlət olduqdan sonra bütün bu ədəbi ifadə növləri onun ümumi terminologiyasında İkatan Pencak Silat İndonesia (qısaca İPSİ, azərb. İndoneziya Pencak Silat Cəmiyyəti‎) idarəsi tərəfindən birləşdirilmişdir. 1973-cü ildə isə müxtəlif məktəblərin nümayəndələri və stilistlər rəsmən "pencak silat" adının rəsmi söhbətlərdə işlənməsinə qərar verdilər. Baxmayaraq ki, indiki zamana qədər bəzi yerlərdə hələ də orijinal deyilişi qalmaqdadır.
Scott Trust
"Scott Trust Limited" — Birləşmiş Krallıq şirkəti. Şirkət "Guardian Media Group"un sahibidir == Tarixi == Trast 1936-cı ildə "Manchester Guardian" və "Manchester Evening News"un sahibi Con Skott tərəfindən təsis edilmişdir. Trastın məqsədlərindən biri "The Guardian"ın liberal xarakterini gələcək sahiblərinin onu dəyişdirmək cəhdlərindən qorumaq idi. "Scott Trust" sonradan ləğv edilmiş və 1948-ci ildə yenidən formalaşmışdır. Bu zaman Con Skott şuranın üzvlərini təyin etmək üçün müstəsna hüququndan imtina etmişdir. Müvafiq sənədlərin imzalanmasından 5 ay sonra Con Skott vəfat etmişdir. 2008-ci ilin oktyabrında trastın ləğvi və onun aktivlərinin yeni "The Scott Trust Limited" şirkətinə təhvil verilməsi elan edilmişdir. Bu müqavilənin məqsədi fondun "The Guardian"a verdiyi müdafiəni gücləndirmə idi.
Sheila Scott
Şeyla Skott (27 aprel 1922, Vuster[d], Vusterşir[d] – 20 oktyabr 1988, London) — uzun məsafədə uçuş işləri ilə 100-dən çox aviasiya qeydini qırdıran bir İngilis aviator idi. == Həyatı == Seyla Kristina Hopkins, Worcester, Worcestershire, İngiltərədə doğulmuşdur o bir acınacaqlı uşaqlıq idi və Alice Ottley School yaxşı bir şey etməyib, təxminən bir neçə dəfə çıxarıldı. İkinci Dünya Müharibəsi dövründə dəniz hövzəsində bir tibb bacısı olaraq xidmətlərə qatılıb. == Əmək fəaliyyəti == 1943-cü ildə aktrisa kimi karyerasına başladı. O, özünü Sheila Scott adlandırdı.1958-ci ildə dokuz ay təlimdən sonra Thruxton Aerodromunda solo gedəcəyini öyrəndi. Onun ilk təyyarəsi 1959–1964-cü illərdə olan Thruxton Jackaroo (çevrilmiş Tiger güvəsi) G-APAM idi . 1966-cı ilin aprelində o, Piter Comanche 260B G-ATOY'u Mif Too adına alıb, orada doksan dünya rekordunu təyin etdi. 1966-cı il mayın 18-də Londondakı Heathrow şəhərində ilk solo uçuşu keçirdi. 34 iyun 1966-cı ildə, 49.890 km (189 saat) sonra uçan bitirmişdir. 1969–70-ci illərdə o, eyni təyyarədə ikinci dəfə dünyada solo uçdu.
Sitta tephronota
Böyük qayalıq sittası (lat. Sitta tephronota) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sittalar fəsiləsinin sitta cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Kiçik qayalıq sittasından daha böyük olub. Göz arxasındakı qara xətt daha nəzərəçarpan olmaqla gözün gerisində genişlənir və boyun yanlarına doğru uzanır. Qara sürmənin ("qaşın") kənarları ağdır. Qayaya qonmuş halda arxadan baxıldıqda, bu qara xətlər boyunun iki yanında birdən görünür. Ayaqları və quyruğu qısadır. Alını və təpə hissəsi daha tünd rəngli olub, bel tərəfi, boz, alt tərəfləri ağ, quyruğa doğru narıncı rəngli lələklər olur. Dişi və erkək bir birinə bənzəyir, yalnız quyruqaltı rəngində müəyyən fərqlilik müşahidə olunur.
Sutat (Əhər)
Sutat (fars. سوتات‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 176 nəfər yaşayır (36 ailə).