Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bartolomeo Şedoni
Bartolomeo Skedoni (it. Bartolomeo Schedoni; doğum 1578 - ölüm 1615) — Recco nel Emiliyadan olan italyan erkən barokko rəssamı. Skedoni adı ilə də tanınır. Skedoni Modenada anadan olub və sonra atası ilə Parmaya köçüb. O, 1598-ci ildən sonra Romada Federiko Zukarinin yanında Parma hersoqu Ranussi I Farnesenin himayədarlığı ilə dərslər keçib. Sonra Skedoni Parmaya geri dönüb. Barokko incəsənət tarixçisi Karlo Sezar Malvaziya onun Bolonyada Anibal Karraçinin yanında dərslər keçdiyini iddia edir. Skedoni qumarda böyük məğlubiyyətindən bir gecə sonra intihar edərək öldüyü ehtimal olunur. Onun rəsmləri Karavacconun işlərini bildiyini göstərir. Onun şah əsərləri Parma Milli Qalereyasında saxlanılır.