Ot kreveti
Ot kreveti (lat. Palaemon adspersus) — Əsl krevetlər infradəstəsinə, krevet cinsinə daxil olan növ.
Uzunluqları 70 mm olur. Rəngi isə sarımtıl-bozdur. Rostrum alt yarısında fərqli ləkələrə sahibdir.
Növ Avropanın şimal-qərbində elə də yayılmamışdır, Ancaq Baltik dənizi və Danimarka boğazları (Böyük Kəmər, Kattegat, Kiçik Kəmər, Skagerrak, Öresund) ərazisində çox saylıdır və sənaye əhəmiyyəti daşıyır. Baltik dənizi ərazisində 5 ‰ duzluğa dözür. Qış ayları isə dəniz dibinə enir, burad isə duzluluq dah yüksək olur. Növ əsasən dəniz otunun yayıldığı əraziləri üstün tuturlar. Bunun əksinə isə onlara yaxın növ sayılan Daş kreveti açıq sahələrdə yayılır.