Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Selibat
Selibat (lat. caelibatus - kişi nikahsızlığı, lat. caelebs - subay kişi) — katolik ruhanilərin məcburi nikahsızlığı. Erkən orta əsrlərdə Roma papalarının selibat haqqında dekretləri olsa da, onlar faktiki cəhətdən yerinə yetirilməyib. Onu praktikada yalnız XIII əsrin ortalarında təmin etmək mümkün olub. Katolik kilsəsi selibatdan kilsə torpaq sahibliyinin qorunması məqsədilə istifadə edib. Belə ki, selibat torpaqların katolik ruhanilərin varisləri arasında bölünməsinin qarşısını alıb. XX əsrdə bu məhdudiyyəti aradan qaldırmaq üçün bəzi cəhdlər göstərilib, lakin 1967-ci ildə Roma papası selibatın toxunulmazlığını və müqəddəsliyini yenidən təsbit edib. Protestantlıq, ümumiyyətlə selibatı tanımır, pravoslavlıqda isə o yalnız rahiblərə şamil olunur.
Malika Şeravat
Malika Şeravat (Hindcə:मल्लिका शेरावत) əsil adı:Reema Lambha; d. 24 oktyabr 1981, Rohtak, Haryana, Hindistan), Hind model və aktrisa. Ləqəbi "Bollivudun öpüşən kraliçası"dır.
Musa Şəhəvat
Musa Şəhəvat (tam adıː Musa Əbu Məhəmməd; d. VII əsrin II yarısı - ö. 728/729) — Mədinə şəhərində yaşamış Azərbaycan şairi; Azərbaycan şairi İsmayıl ibn Yəsarın qardaşı. Musa Şəhəvat Azərbaycanın erkən orta əsr şairlərindən biridir. Onun həyatı əsasən Mədinə şəhərində keçsə də, əslən Azərbaycandan olduğu üçün tez-tez Təbrizə səfər etmişdir. Mədinə ilə yanaşı Şam şəhərində də yaşamışdır. "Şəhəvat" ləqəbi ilə tanınsa da onun künyəsi Əbu Məhəmməd idi. O İsmayıl ibn Yəsarın qardaşıdır. Orta əsr qaynaqlarında və M. Tərbiyətin “Danişməndani-Azərbaycan” kitabında Musa Şəhəvatdan qısaca bəhs edilir. Filoloq ibn Qüteybənin ( 828-889 ) və məşhur ərəb tarixçisi ət-Təbərinin ( 838-923 ) əsərlərində onun şeirlərindən nümunələr verilmişdir.