Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şeyxisa (Sərdəşt)
Şeyxisa (fars. ‎شيخ عيسي‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Semiha Berksoy
Semiha Berksoy (24 may 1910, Konstantinopol – 15 avqust 2004, İstanbul) — Türkiyə opera müğənnisi və rəssamı. Türkiyənin ilk opera müğənnisi sayılır. İstanbulun Çengelköy kvartalında anadan olmuşdur. Onun anası rəssam idi. Semiha musiqi və təsviri sənət üzrə İstanbul Konservatoriyasında oxumuşdur. Berksoy aktyorluq karyerasına 1931-ci ildə rejissor "İstanbul sokaklarında" adlı Muhsin Ertuğrulun çəkdiyi ilk səsli türk filmində Semiha rolu ilə başladı. Sonra İstanbul teatrlarında operettalarda oynayırdı. 1934-cü ildə "Özsoy" adlı ilk türk operasında rol aldı. Elə həmin il Almaniya və Portuqaliyada çıxış edərək beynəlxalq debüt etdi. 1939-cu ildə Rixard Ştrausun "Ariadne Naksosda" operasında Ariadne rolunu ifa etməklə o, Avropada çıxış edən ilk Türkiyə opera müğənnisi oldu.
Səmiha Ayverdi
Səmiha Ayverdi (25 noyabr 1905 – 22 mart 1993) — türkiyəli yazıçı, mütəfəkkir, mütəsəvvif. XX əsr türk ədəbiyyatında öz dəsti-xətti ilə seçilən Səmiha Ayverdi (Samiha Ayverdi) 25 noyabr 1905-ci ildə İstanbulda Şahzadəbaşı bölgəsində soylu bir ailədə anadan olmuşdur. Anası Meliha xanım, atası isə polkovnik İsmayıl Hakkı bəydir. Səmiha xanımın qardaşı Əkrəm Haqqı bəy türk mədəniyyətinin, sənət tarixinin inkişafında, memarlıq sahəsində misilsiz xidməti olan önəmli şəxsiyyətlərdən biri olmuşdur. Səmiha xanımın soykökü məşhur Ramazanoğullarına qədər gedib çıxır. Babası Zərdəbiyik Həsən bəy Girit üsyanında şəhid olmuşdur. Bir yaşından yetim qalan İsmayıl Haqqı bəy atasının yolu ilə gedərək hərbçi kimi fəaliyyətə başlamış, Balkan və I Dünya müharibəsində qəhrəmanlıq göstərərək vuruşmuş, qazi olmuşdur. Səmiha xanımın ana tərəfdən nəsil şəcərəsi Bektaşi dərvişi Gül Babaya dayanır. Gül Baba (ölüm tarixi 1541) XVI əsrdə yaşamış, Sultan Süleyman Qanuninin Budin fəthində iştirak edərək, şəhid olmuşdur. Gül Babanın təkkəsi və məzarı hazırda Budapeştdə muzey kimi qorunub saxlanılır.