Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tavatuy gölü
Tavatuy gölü — Rusiya Federasiyasının Sverdlovsk vilayəti ərazisində (Nevyansk şəhər dairəsi) yerləşən göl. Yekaterinburqdan 50 kilometr şimal-qərbdə, Ural dağlarının şərq yamaclarında yerləşir. Yekaterinburq yaxınlığındakı ən gözəl göllərdən biridir və şəhər sakinləri üçün ən sevimli istirahət yeridir. Gölün sahilində Kalinovo, Tavatuy və Priozernı kəndləri, eləcə də bir çox uşaq sağlamlıq düşərgəsi və istirahət mərkəzi vardır. Dəniz səviyyəsindən yüksəklik 263,5 m-dir. Adın Komi-permyak dilindən ta va tuy - "bu su yolu" sözlərindən əmələ gəldiyinə inanılır. Bir toponimik əfsanəyə görə, Komi-Permyak bələdçisi ruslara gölləri göstərir və suyla getməli olduqlarını söyləyir. Yerli tarixçi V. Lojkin, gölün hər tərəfdən dağlarla əhatə olunduğuna görə adın Tatar dilindən tau tuy - "dağların toyu" adından gəldiyinə inanır. Göl Neyva çayı hövzəsinə aiddir və Verx-Neyvinski gölməçəsi ilə vahid bir sistem təşkil edir. Gölün içindəki axın onun şimalında yerləşir.
Taştun
Taştun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Toponim türk dilində «daş, qaya, dağ, təpə» mənasında işlənən taş sözü ilə türk dilində, sərbəst keçidi, yolu, çıxacağı olmayan bağlı, dövrəyə alınmış, hasarlanmış yer mənasında işlənən tun sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Burada ermənilərlə yanaşı 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Tatavun Noyan
Tatavun Noyan — Elxanlı dövlətinin monqol mənşəli sərkərdəsi. Anadoluda fəaliyyət göstərən monqol sərkərdələrindən biri olmuşdur. 1277-ci ilin 15 aprelində məmlüklərlə monqollar arasında baş vermiş Əlbistan döyüşü zamanı monqollardan, gürcülərdən, ermənilərdən və Anadolu Səlcuqlularından ibarət ordunun komandanı olmuşdur. Döyüşdə monqollar ağır məğlubiyyətə məruz qalmış və Tatavun Noyan döyüşdə həyatını itirmişdir.
Tavan (Piranşəhr)
Tavan (fars. توان‎) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 190 nəfər yaşayır (25 ailə).
Şüşə tavan
Şüşə tavan — görünməz bir maneəni ifadə etmək üçün istifadə olunan məcazdır Bu metafor adətən idarəetmənin yuxarı pillələrinə keçməyə imkan verməyən görünməz maneələr haqqında işlədilir. Metafor ilk dəfə yüksək nailiyyətli qadınların karyeralarındakı maneələrə istinad edərək feministlər tərəfindən tərtib edilmişdir. Amerika Birləşmiş Ştatları Federal Şüşə Tavan Komissiyası, şüşə tavanı terminini "azlıqlar və qadınların, ixtisaslarından və qazandıqlarından asılı olmayaraq yuxarı pillələrinə qalxmasının qarşınısını alan görünməz maneə" kimi qəbul edir. Devid Kotter və həmkarları, bir şüşə tavanın mövcud olduğunu müəyyən etmək üçün yerinə yetirilməli olan dörd fərqli xüsusiyyətləri müəyyənləşdiriblər. Bir şüşə tavan bərabərsizliyini yaranmasını təmir edir: "Ortalama Bir İşçinin iş xüsusiyyətlərinin aiddiyatı olmayan cinsiyyət və ya irqi fərqi." Gəlir fərqi Daha yüksək səviyyələrə qalxma şansı Karyera inkişafı Kotter və həmkarları şüşə tavanların cinslə güclü əlaqəli olduğunu aşkar edivlər. Həm ağ, müəyyən azlığa aid olan qadınlar karyeraları zamanı şüşə tavanla qarşılaşırlar. Bunun əksinə olaraq, tədqiqatçılar afroamerikalı kişilər üçün şüşə tavana dair sübüt tapmayıblar. Şüşə tavan terminini ilk istifadə edən şəxs 1978-ci ildə çıxışı zamanı Merilin Loden olmuşdur.
Florensiya vəftizxanasının tavan mozaikaları
Florensiya vəftizxanasının tavan mozaikaları (it. Mosaici del battistero di Firenze) — Florensiya vəftizxanasının günbəzinin daxilini və apsidalarını bəzəyən mozaikalardır. 1225-1330-cu illərdə məşhur rəssamlar Çimabue, Koppo di Markovaldo, Meliore di Yakopo və Maestro della Maddalenanın eskizləri əsasında hazırlanmış mozaikalar orta əsrlər İtaliya mozaika sənətinin öyrənilməsi üçün ən mühüm mənbələrdən biridir. == Tarixi == Vəftizxananın apsidalarında ilk mozaikalar Fransiskan rahib Yakopo tərəfindən yaradılmışdır. Vazari özünün “Məşhur rəssamlar, heykəltəraşlar və memarların həyatı” əsərində həmin rahibi səhvən Yakopo Torriti ilə qarışdırır. Dörd apsidaya bölünmüş kitabədə işlərin başlanması tarixi qeyd edilmişdir. Mozaika hazırlanması çətin və bahalı bir iş idi. Vəftizxananın bəzədilməsi və saxlanılmasına “Arte di Calimala” adlı balıqçı gildiyası cavabdeh idi; gildiya tikilinin günbəzinin bəzədilməsi üçün 1271-ci ildə kanonla müqavilə bağlayır və işlərə başlanılır. Lakin, hazırda günbəzin fənərə yaxın hissəsini bəzəyən mozaikaların daha erkən dövrdə - 1228-ci ildə, skrasellanın (düzbucaqlı apsida) mozaikalarının tamamlanmasından dərhal sonra rahib Yakopo tərəfindən başlanılmasına daha çox inanılır. İşlər XIV əsrin əvvəlinə kimi davam etdirilmiş və Covanni Villaninin əsərində qeyd olunduğu kimi təxminən 1330-cu illərdə tamamlanmışdır.