Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tayko Hirabayaşi
Tayko Hirabayaşi (yap. 平林 たい子; 3 oktyabr 1905, Suva[d], Naqano prefekturası – 17 fevral 1972) – Yaponiya hekayə yazarı. Həyatının böyük qismini Tokioda keçirib. Müharibədən öncə fəaliyyət göstərən proletarian yazıçılardan biri olan Hirabayaşi müharibə dövründə siyasi fəaliyyətinə görə təzyiqlərlə üzləşsə də, müharibədən sonra tanınmış yazıçılardan birinə çevrilmişdir. 3 oktyabr 1905-ci ildə Naqano prefekturasının Suva şəhərində anadan olmuşdur. Mərkəzi Yaponiyada kiçik bir qəsəbədə böyüyən Hirabayaşi valideynləri tərəfindən dəstək görməsə də, Qərb ədəbiyyatına böyük maraq göstərib. Yaponiyada çox oxunan fransız və rus ədiblərin əsərlərini mütaliə edib. Xüsusilə, Dostoyevski onun yaradıcılığına böyük təsir göstərib. Digər tanınmış qadın yazıçı Fumiko Hayaşi ilə yaxın dost olub. 1972-ci ildə pnevmoniyadan vəfat edib.
Maykop
Maykop (rus. Майкоп — Rusiya Federasiyasının subyektlərindən biri olan Adıgey respublikasında yerləşən şəhər.
Taldom
Taldom — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Taylor
Taylor — Böyük Britaniyanın və ABŞ soyadı və verilmiş adı.
Mayko
yap. Maiko — geyşanın tələbəsinin adı və ya cavan geyşalara verilən ad yap. geyko geyşaların adı. Maiko karyukai adlı ənənəvi yapon əyləncə mədəniyyətinin bir hissəsidir. Əvvəllər, uşaq əməyi haqqında qanun qəbul edilənə qədər, maiko 9-12 yaşında olurdular. Müharibədən sonra qaydalara düzəliş edilmişdir və indi maiko ancaq orta məktəbi bitirdikdən sonra ola bilər. Orta hesabla altı aydan iki il üçün müddətdə shikomilər yap. 仕込み | tələbələrinə və şagirdlərinə. Shikomi bir qul kimi çalışan, başqa geisha və maikoların paltarlarına yardım, həmçinin okiyada bütün işləri görərdilər. XIX əsrdə shikomi 10-12 il olur, və təlim prosesində istirab çəkmələri şəxsiyyətin formalaşmasının bir normal hissəsi nəzərdə tutulurdu.
TAROM
TAROM — Rumıniyada bir hava yolu şirkətidir və Rumıniyanın ilk milli havayoludur. Qərargahı Buxarestdədir. Ruminiyada ilk aviaşirkəti kimi 1920-ci ildə CFRNA adı ilə qurulmuş, 1954-cü ildə yenidən qurulanda TAROM adını almışdır. 26 ölkənin 54 nöqtəsinə reysləri var.
Tayto
Tayto — Tokionun xüsusi rayonlarından biri.
Tayşo
İmperator Tayşo (yap. 大正天皇 Yoşihito (yap. 嘉仁), (31 avqust 1879[…] – 25 dekabr 1926[…]) – 123-cü Yaponiya imperatoru, 1912–1926 illər ərzində hakimiyyətdə olmuşdur Onun hakimiyyət dönəmi Tayşo adlandırılır. İmperator Tayşo 31 avqust 1879 ildə anadan olmuşdur. O, İmperator Meycinin üçüncü oğlu olmuşdur. Anası Yanaqivara Nauro Saray məslələtcisi Yanaqivari Misinarunun qızı olmuşdur. Yeni doğulan körpəyə Haru adı verilmişdir. 1889-cu ildə Tayşo həliəhdə çevrilir. Elə həmin ilin 3 noyabr tarixində şahzadə titulu alır. Üstəlik o, İmperiya ordusu və donanmasının kiçik leytenantı elan edilir.
Boris Baykov
Boris Pavloviç Baykov (24 iyul 1896, Kislovodsk, Terek vilayəti – 6 oktyabr 1958, Bakı) — Azərbaycan-sovet teatr və kino aktyoru, pedaqoq, Azərbaycan SSR xalq artisti (1940). Boris Baykov 24 iyul 1896-cı ildə Terek vilayətinin Minutka kəndində (hazırda Kislovodsk şəhəri) anadan olmuşdur. O, Həştərxan və Dağıstan Rus Dram teatrında çıxış etmiş, 1930–1952-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur. Boris Baykov Azərbaycan kinosunda da müxtəlif xarakterli obrazlar yaratmış, bir neçə filmə çəkilmişdir. Bundan əlavə o, Bakı Teatr Texnikumunda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Boris Baykov 6 oktyabr 1958-ci ildə Bakıda vəfat etmişdir.
Bədri Baykam
Bədri Baykam (türk. Bedri Baykam; 26 aprel 1957, Ankara)- türk rəssam. 1957-ci ildə Ankara da CHP millətvəkili Dr. Suphi Baykam və Memar Mutahhar Baykamın ikinci uşağı olaraq dünyaya gəldi. İki yaşında rəsim çəkməyə başladı. Altı yaşında Ankara, Bern və Cenevrə də ilk əsərlərini sərgilədi. 1960-cı illərdə Avropa və Amerikanın bir çox mədəniyyət mərkəzlərində sərgilər açdı, sərgiləri böyük maraq gördü. İstanbul Fransız Məktəbində oxuyan Bədri Baykam 1975-ci ildə Parisə köçdü. Sorbonne Universitetində iqtisadiyyat təhsili alan Bədri Baykam, bu fakültədən masterdə aldı. Parisdə eyni vaxtda L'Actorat adlı özəl məktəbdə aktyorluq təhsilidə aldı.
Con Taytor
Con Taytor (ing. John Titor) — 2036-cı ildən gəldiyini iddia edən şəxs. 2000-2001-ci illərdə müxtəlif internet xəbər saytlarında qeyri-müəyyən, bir çoxunun yanlışlığı sübut edilə bilən məlumatlar yollamış, yaxın gələcək haqqında proqnozlar və yaşadığı zaman haqqında məlumatlar vermişdir. Belə ki, göndərdiyi yazılar 2000-2037-ci illər arasında "baş verən" bir sıra hadisələrlə bağlıdır. İddiaları arasında diqqəti cəlb edən məlumatlardan biri 2015-ci ildə Üçüncü dünya müharibəsinin baş verəcəyini bildirməsi olmuşdur. Con Taytorun söylədikləri dünyada bir çox mübahisələrə səbəb olmuşdur. 2003-cü ildə Con Taytor Fondu "Con Taytor: Zaman səyahətçisinin nağılı" adlı kitab (ISBN 1-59196-436-9) nəşr etmişdir. Kitabda Con Taytorun iddiaları müzakirə olunur. 2004-cü ildə ABŞ-də Con Taytorun hekayəsinə əsaslanan "Zaman səyahətçisi Sıfır" adlı tamaşa səhnələşdirilmişdir. 2009-cu il istehsalı və əsasında 2011-ci ildə anime serialı da çəkilən "Steins;Gate" adlı vizual roman Con Taytor və onun hekayələrindən bəhs edir.
Conatan Taydor
Eduard Taylor
Eduard Taylor (İngiliscə: Edward Burnett Tylor; 2 oktyabr 1832[…], Kamberuell[d], Böyük London – 2 yanvar 1917[…]) – İngilis etnoqrafı. Təkamülçü klassiklər arasında ən çox şöhrət qazanmış Eduard Taylor (1832-1917) varlı ailədən çıxmış, gəncliyində ticarət-sənaye fəaliyyətinə başlamaq istəyində olduğuna görə ali təhsil almamışdır. 1855-ci ildə Taylor səyahəti ilə əlaqədar Kubaya gedərkən mərkəzi Amerikadakı arxeoloji qazıntıları maliyyələşdirən metsenat-bankirlə tanış olmuş və həmin şəxs Taylorda başqa xalqların mədəniyyət və məişətinə maraq oyatmışdır. O, etnoloji ədəbiyyatı və Avropa muzeylərindəki materialları tədqiq edərək bilik dairəsini genişləndirmişdir. E.Taylor 1865-ci ildə "Bəşəriyyətin qədim tarixinə dair tədqiqatlar" adlı kitab nəşr etdirmişdi. Burada qədim dövrdən başlayaraq müasir sivilizasiyaya qədər bəşər mədəniyyətinin mütərəqqi inkişaf xəttini əsaslandırmağa çalışmışdır. O, ayrı-ayrı xalqların məişət və mədəniyyətindəki fərqli cəhətləri həmin xalqların qeyri-bərabər inkişafı ilə əlaqələndirirdi. E.Taylorun 1871-ci ildə yazdığı "İbtidai mədəniyyət" əsəri isə az bir vaxt ərzində dünya şöhrəti qazanmışdı. Geniş etnoloji materiallarla zəngin olan bu kitabda bəşəriyyətin mənəvi mədəniyyətinin inkişafına, xüsusən də dini inamlara geniş yer verilmişdir. 1881-ci ildə E.Taylorun sonuncu iri həcmli kitabı "Antropologiya" nəşr olmuşdur.
Kennet Taylor
Kennet İna Dorotea Taylor (16 may 2002-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. Taylor Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Oyunçunu bir müddət Mançester Siti klubu transfer etmək istəmişdir. 25 may 2018-ci ildə Taylor Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. Taylor öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Yasper ter Heydeni əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1–2 hesabı ilə məğlub olmuşdur. 27 oktyabr 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Mayk Tayson
Maykl Cerard Tayson (ing. Michael Gerard Tyson; 30 iyun 1966[…], Bruklin, Nyu-York) — 1985–2005-ci illərdə döyüşmüş peşəkar ABŞ boksçusu. 2024-cü ildə yenidən rinqə qayıtmağa hazırlaşır. Mayk Tayson bütün zamanların ən yaxşı ağır çəki dərəcəsində döyüşən boksçularından biri hesab olunur. 1987-ci ildən 1990-cı ilə qədər olan illər ərzində Mayk Tayson eyni vaxtda bütün ağır çəki dərəcələrində boks titullarına sahib olub və bu onu boks dünyasında şəksiz çempion edib. Boks karyerasının başlanğıcında Tayson ilk 19 görüşündə rəqiblərini nokaut edərək qalib gəlmişdi. Bu nokautlardan 12-si matçın ilk raundunda baş vermişdir. Mayk Tayson ilk çempionluq kəmərini 20 yaşında, tarixdəki hər hansı digər ağır çəkili boksçudan daha gənc yaşda qazanıb. O, eyni vaxtda üç böyük boks təşkilatının (WBA, WBC, IBF) çempionu olan ilk boksçu, və eyni zamanda bu titulları bir-birinin ardınca qazanan yeganə boksçu olub. Tayson 1988-ci ildə döyüşünün ilk raundunda Maykl Spinksi cəmi 91 saniyəyə nokaut edərək ağır çəki dərəcəsində şəksiz çempion titulunu qazanıb.
Maykop mədəniyyəti
Maykop mədəniyyəti—Şimali Qafqazda tunc dövrünə aid arxeoloji mədəniyyət. Maykop mədəniyyəti (rusca: майкоп), Tunc dövründə Qərbi Qafqaz regionunda hökmranlıq edən əsas arxeoloji mədəniyyətlərdən biri idi. Maykop mədəniyyəti qərbdə Taman yarımadasından, şərqdə indiki Dağıstan sərhədinə və cənubda Kür çayına qədər uzanan ərazidə mövcud olmuşdur. Mədəniyyət öz adını Kuban çayı vadisindəki Maykop kurqanında yerləşən kral türbəsindən almışdır. 2018-ci ildə nəşr olunan genetik tədqiqatlara görə, Maykop mədəniyyətinə mənsub əhali cənubdan, daha dəqiq desək, Qərbi Gürcüstan və Abxaziyadan Maykop mədəniyyəti regionuna gəlib. Bu əhalinin də Qafqazın şimal tərəfini ilk dəfə koloniyalaşdıran eneolit ​​əkinçilərinin nəslindən olduğu güman edilir. Buna görə də Maykop mədəniyyətinə mənsub insanların Şimal-Qərbi Qafqaz dil ailəsinin baniləri olduğu düşünülür. Maykop mədəniyyətində rast gəlinmiş dəfn mərasimləri Hind-Avropa mədəniyyətlərindəki dəfn mərasimlərinə bənzəyir. Adətən daş çuxurda basdırılmış meyitlərin üstünə kurqan (və ya tumulus) qoyulurdu. Sonrakı dövrdə kurqanların yerini daş yığınları tutmuşdur.
Maykop rayonu
Maykop rayonu (adıq Мыекъуапэ район) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Tulski qəsəbəsidir. Maykop rayonu respublikanın cənub hissəsində yerləşir. Rayonun ümumi sahəsi 3667.43 km²-dir. Bura 10 kənd yaşayış məntəqəsi daxildir. Rayon aşağıdakı inzibati vahidlərlə həmsərhəddir: Maykop şəhər dairəsi və şimalda Qiaqin rayonu, həmçinin şərqdə Krasnodar diyarının Mostovski rayonu, cənubda Soçi kurort şəhəri, qərbdə Abşeron rayonu və şimal-qərbdə Beloreçenski rayonu. Bölgənin böyük hissəsi şimaldan dağətəyi əraziyə keçən dağlıq zonadır. Ərazisi əsasən şimalda təpəlidir, cənubda dağlıqdır. Bölgənin torpaq örtüyündə dağ qaratorpaqları geniş yayılmışdır. Dağ silsilələrinin zirvələri buzlaqlarla örtülüdür.
Pavel Maykov
Pavel Sergeyeviç Maykov (doğ. 15 oktyabr 1975, Mıtişi) — rus aktyor və teleaparıcı, 2008-ci ildən bəri müğənni və müsiqiçi, "ButterBrodsky", "7 faiz" və "Maqrit" musiqi qruplarının yaradıcısı. Pavel Sergeyeviç Maykov 1975-ci ilin 15 oktyabr tarixində Moskva əyalətində yerləşən Mıtişi şəhərində rəssam və sürücü ailəsində dünyaya göz açmışdır. . 1982-ci ildən 1992-ci ilə qədər Kievdə yaşamışdır. Kievdə yerləşən 26 № -li musiqi məktəbinin skripka və fortepiano sinfini bitirmişdir. 1992-ci ildə 1 №-li orta məktəbi bitirərək Rusiya teatr sənəti institutunun (QİTİS) "dram teatr aktyorluğu" fakultəsində Pavel Xomskinin sinfinə daxil olmuşdur. 1998-ci ildə təhsilini orada başa vurmuşdur. Diplom tamaşasında məşhur ingilis dramaturqu Uilyam Şekspirin "İki veronalı" pyesində baş qəhrəmanlardan biri olan - mənfi obraz olan Proteyi oynamışdır. 1998-1999-cu illərdə Moskva dövlət dram teatrı "Sfera"da aktyor kimi fəaliyyət göstərmiş, orada "Vestsayt əhvalatı" tamaşasında Rif rolunu oynamışdır.
Taylor Hackford
Taylor Edwin Hackford (31 dekabr 1944, Santa-Barbara, Kaliforniya) — amerikalı kinorejisordur. Hackford 31 dekabr 1944-cü ildə Kaliforniya ştatının Santa Barbara şəhərində ingilis əsilli ailədə anadan olub. O, Amerika Rejissorlar Gildiyasının prezidenti vəzifəsində işləmişdir. 1979-cu ildə "Yeniyetmə ata" (ingiliscə orijinal adı: Teenage Father) filminə görə "Ən yaxşı qısametrajlı film" kateqoriyasında Akademiya Mükafatını qazanmışdır. Onun töhfə verdiyi digər filmlərdən bəziləri; An Officer and a Gentleman (1982) və Ray (2004). Daha əvvəl iki dəfə evli olan Hackford 1997-ci ildə evləndiyi üçüncü həyat yoldaşı, britaniyalı peşəkar aktrisa Helen Mirren ilə bərabər yaşayır. Onun iki övladı vardır.
Taylor Heklin
Taylor Li Heklin (ing. Tyler Lee Hoechlin) – Amerikalı aktyor. Tanınmağa 2002-ci ildə Məhv olma yolu filmində oynadığı Miçel Sullivan rolu ilə başlamışdır. Bundan sonra isə 2003–2007-ci illərdə Yeddinci cənnət serialında Martin Biver rolunu oynamışdır. Həmçinin o, Gənc qurd-da Derek Heyl və Ox kainatı-nın Supergörl və Supermen və Lois seriallarında Klark Kent/Supermen rolunu oynamışdır. Heklin 11 sentyabr 1987-ci ildə Kaliforniyanın Korona şəhərində Lori və Don Heklinin ailəsində doğulmuşdur. O ailəsinin yerli amerikalı, alman, irland və bəzi başqa etnik milliyətlərə mənsub olduğunu bildirib. Tanner və Travis adlı qardaşları və Kerri adlı böyük bacısı var. 2006-cı ildə Santiaqo orta məktəbini bitirmişdir.
Taylor Kinney
Teylor Cekson Kinni (ing. Taylor Kinney. d. 15 iyul 1981), Amerikalı aktyor və model. The Vampire Diaries, Zero Dark Thirty, Chicago Fire və Chicago PD kimi filmlərdə aldığı rollar ilə məşhurdur. Kinney, İyul 2011-ci ildə bəri müğənni Lady Gaga ilə birlikdədir. İkili, Gaganın "You and I" mahnısının klip çəkilişində tanış oldu və qısa müddət sonra əlaqələri başladı. Fevral 2015-ci ildə nişanlandılar.
Taylor Lautner
Taylor Lautner (ing.: Taylor Daniel Lautner, 11 fevral, 1992, Qrand Rapids, ABŞ) — Amerika aktyoru.
Taylor Pozi
Taylor Qarsia Pozi (ing. Tyler Garcia Posey) – Amerikalı aktyor və musiqiçi. MTV-nin Gənc Qurd (2011–2017) serialında oynadığı Skott Makkoll rolu ilə tanınır. Pozi, Kaliforniyanın Santa Monika şəhərində doğulmuş və Santa Klaritada böyümüşdür. Anası Sindi Terese Qarsia-Pozi və atası isə aktyor-yazıçı Con Pozidir. Onun iki qardaşı var. Anası 2014-cü ilin dekabrında döş xərçəngindən vəfat etdi. Gənc Qurdun beşinci mövsümü onun xatirəsinə həsr olunmuşdur. Pozi 2013-cü ildə uşaqlıq sevgilisi Siana Qorlik ilə nişanlandı. Cütlük həmin il on illik münasibətlərdən sonra nişanlarını qaytardı.
Tayron Pover
Tayron Pauer (5 may 1914[…], Sinsinnati, Ohayo – 15 noyabr 1958[…], Madrid) — 1930–1950-ci illər arasında onlarla film ilə tanınan Amerika film və teatr aktyorudur. Adını daşıdığı böyük babası İrlandiyalı Tyrone (1795–1841) məşhur komediya aktyoru idi. Böyük əmisi Maurice (d. 1849) Şekspirin pyeslərindəki rolları ilə məşhur idi. Yenə teatr aktyoru olan atası Frederik Tyrone (1869–1931), Hollivud istehsalı olan müxtəlif filmlərdə iştirak etmişdir. Power, bir neçə il Shakespeare Repertoire Qrupu ilə tanışlıqdan sonra turnirlərə çıxıb filmlərdə kiçik rollarda oynadıqdan və radioda işlədikdən sonra 1935-ci ildə Romeo və Cülyetta pyesindəki rolu ilə Broadwaydə səhnəyə çıxdı. İlk uğurlu ekran əsəri Lloyd's of London filmi olmuşdur. Bu filmindəki uğurundan sonra bir sıra digər uğurlu filmlərdə baş rollarda oynamışdır. Özünü kinoya qəbul etdirən Power, tədricən romantikanın üstünlük təşkil etdiyi rollara keçdi. Power İkinci Dünya Müharibəsi zamanı ABŞ Dəniz Korpusunda xidmət etmişdir.
Tayson Gey
Tayson Gey (ing. Tyson Gay) — ABŞ atleti. Osakada keçirilən 2007 Yüngül Atletika üzrə Dünya Çempionatında 100 metr, 200 metr və 4 x 100 metr bayraq yarışında qızıl medal qazanmışdır. 22 iyun 2007-də Amerika çempionatında 100 metri 9,84 saniyəyə qaçaraq ilin ən yaxşı dərəcəsini əldə etmişdir. Daha sonra avqust ayında həmin məsafəni dünya çempionatında 9,85 saniyəyə qaçmış və dünya rekordçusu Asafa Paueli keçməyi bacararaq ilk dünya çempionluğunu qazanmışdır. Dörd gün sonra 200 metri 19,76 saniyəyə qaçaraq bu kateqoriyada da dünya çempionluğunu əldə etmişdir. 4 x 100 metr yarışında ABŞ komandası ilə birlikdə daha bir qızıl medal qazanaraq Marita Koç, Karl Lüis, Maykl Conson, Moris Qrin və Ellison Feliks ilə birlikdə bir dünya çempionatında üç qızıl medal birdən qazanma müvəffəqiyyətini əldə edən atletlərdən biri olmuşdur. 16 avqust 2009-da Berlində təşkil edilən 2009 Yüngül Atletika üzrə Dünya Çempionatının finalında 100 metri 9,71 saniyəyə qaçaraq yarışı Useyn Boltun gerisində, 2-ci bitirməsinə baxmayaraq tarixin ən yaxşı 3-cü dərəcəsini əldə etmiş və ABŞ rekordunu qırmışdır.