Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aparan körpü
Aparan körpü – avtomobildə dayaq rolu oynayan və qüvvəni sürətlər qutusundan aparan təkərlərə ötürən aqreqat. Aparan körpü kardan ötürməsindən və ya sürətlər qutusunun ikinci (aparılan) valından hərəkət alır və burucu momenti artıraraq, onu düz bucaq altında dəyişir (mühərriki uzununa müstəvidə yerləşən avtomobillərdə), hərəkətetdirici orqanlara (təkər, vərdənə, xizək) ötürür. Aparan körpü baş ötürücü, diferensial, yarımoxlar, tir, top və karterdən ibarətdir. Aparan körpülərin konstruksiyasındakı hərəkətetdirici orqanlar aparan-idarəolunan və idarəolunmayandır. Aparan körpü arxa və ya qabaqda ola bilər. Hər iki körpüsü aparan olan avtomobil tamintiqallı avtomobil adlanır.
Azadlığa aparan xalq
"Xalqı istiqamətləndirən Azadlıq" (fr. La Liberté guidant le peuple) və ya "Azadlıq barrikadalarda" və ya "28 iyul 1830-cu il" - fransız rəssamı Ejen Delakrua tərəfindən çəkilmiş tablo. Bu tablonu "Fransız rəssamlığının Marselyezası" da adlandırırlar. == Yaranma tarixi == Ejen Delakrua xalq üsyanlarından və inqilablarından qorxurdu. İyul inqilabı günlərində o öz evini tərk etməmişdi. Yazıçı Aleksandr Düma bildirir ki, həmin günlərdə Delakrua çox çaşqın görünürdü. Rəssam özü də etiraf edirdi ki, o "üsyançıdır, lakin inqilabçı deyil". Lakin rəssam respublikaçılara simpatiya bəsləyirdi və o İyul inqilabına dair tablo çəkmək qərarına gəlir. 20 sentyabr 1830-cu ildə Burbonlar monarxiyasının bərpasına son qoymuş İyul inqilabının motivləri əsasında bu tablonu çəkməyə başlamışdı (bəzən səhvən Böyük Fransa inqilabı ilə əlaqələndirilir). Çoxlu hazılıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsiyə gətirmişdir.
Azadlığa aparan yollar
Azadlığa aparan yollar (fra. : Les chemins de la liberté) fransız yazıçısı Jan-Pol Sartrın romanlar seriyasıdır. Tetralogiya kimi nəzərdə tutulmuşdu, o, yarımçıq qaldı, planlaşdırılan dörd cilddən yalnız üçü nəşr olundu. Nəşr olunan üç roman sosialist fəlsəfə müəllimi Mathieu və onun bir qrup dostunun ətrafında cərəyan edir. Trilogiyaya aşağıdakılar daxildir: L'âge de raison (Kamilliyin yaşı), Le sursis (Möhlət) və La mort dans l' âme (Problemli Yuxu). Trilogiyadan sonra dördüncü roman, La dernière (Son şans) çıxmalı idi.; lakin Sartr onu heç vaxt bitirməyəcəkdi: Son şansın son hissəsi sonradan yenidən quruldu və 1981-ci ildə nəşr olundu. Romanlar əsasən İkinci Dünya Müharibəsi hadisələrinə və Fransanın nasist işğalına cavab olaraq yazılmışdır və Sartrın fəlsəfi mövqeyində həm həyatda, həm də ədəbiyyatda “məşğulluq” (öhdəlik) istiqamətində müəyyən əhəmiyyətli dəyişiklikləri ifadə edir, geniş essedə öz həllini tapır.
Qarabağa aparan yol (qəzet)
Qarabağa aparan yol — Müstəqil ictimai-siyasi, publisistik qəzet. "Qarabağa aparan yol" qəzetinin ilk sayı 2005-ci ilin sentyabr ayında işıq üzü görmüşdür. "Qarabağa aparan yol" qəzetinin təsisçisi və baş redaktoru Əli Mahmud, baş redaktorun müavini Fariz Çobanoğludur. Qəzet ayda iki dəfə nəşr olunur. Qarabağa aparan yol Arxivləşdirilib 2012-08-13 at the Wayback Machine "Qarabağa aparan yol" qəzeti "Qarabağa aparan yol" qəzeti, №21(167), 13 dekabr 2012-ci il.
Evə aparan yol (film, 2013)
Yol, qayıdış yolu (ing. The Way, Way Back) — Nat Fakson və Cim Raş tərəfindən yazılıb, rejissorluğu edilən ABŞ istehsalı komediya-dram filmi. Film 14 yaşlı özünə qapalı yeniyetmədən bəhs edir, Dankan anası və onun sevgilisi olan şəxslə yay tətili üçün, Massaçusetsin Vearem qəsəbəsinə ziyarət edir. Rollarda Stiv Kerell, Toni Kolett, Cenni Ellison, Annasofiya Robb, Sem Rokuell, Maya Rudolf və başqaları çəkilib.
Azər Rzazadə. Zirvəyə aparan yol (film, 2014)
Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücum
Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum — İsrail ordusunun 31 may 2010-cu ildə gecə saat 4:30 radələrində Qəzzə zolağına humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücumu. "Mavi Marmara" gəmisi Qəzzə zolağında hərbi münaqişədən əziyyət çəkən insanlara humanitar yardım aparan zamanı İsrail hərbi dəniz qüvvələrinin hücumuna məruz qalmış, nəticədə 9 nəfər öldürülmüş, 60-a yaxın insan yaralanmışdı. "Haaretz" qəzetinin verdiyi məlumatda bildirilir ki, İsrailin ilk planı "Mavi Marmara" gəmisini Ağ dənizdə batırmaq olub. Planı Mossad-ın təşəbbüsü ilə İsrail Müdafiə Nazirliyi hazırlayıb. Qəzetə açıqlama verən Müdafiə Nazirliyinin yüksək səlahiyyətli nümayəndəsi deyib ki, böyük insan faciəsinin baş verəcəyi və İsrailin beynəlxalq aləmə bu olayı izah etməkdə çətinlik çəkəcəyi riski nəzərə alınaraq, sonradan bu plandan üz döndərilib. Qəzzə sektoruna gedən gəmilərə İsrail əsgərləri vertolyotdan enib və atəş açıblar. Hücum anında gəmilər İsrailin sahil sularından 70 mil uzaqlıqda olub. Hücumdan sonra gəmilərlə əlaqə kəsilib. Gəmilərdə 70 nəfər könüllü olub. Onların arasında Avropa Parlamentinin deputatları, jurnalistlər, 1976-cı ildə Nobel sülh mükafatına layiq görülmüş Şimali İrlandiyalı Meyrid Korriqan Maquayer də olub.
Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum