Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbubəkr Tahiran Əbhəri
Abdullah bin Tahir bin Haris Tayi (d.940) — Şeyx Əbubəkr Əbhəri bin Tahirtiyan adıyla da tanınan arif, zahid və alim ki, nəsəbi Hatəm Tayiyə yetişirdi və Əbhər şəhərində dünyaya gəlmişdir. Yusif bin Hüseyn Razi, Rey və Qohistan şeyxi və Müzəffər Fərmisinin yanında təhsil almışdır. və Əbhər şəhərində vəfat edib və türbəsi bu şəhərdədir. == İstinadlar == == Mənbə == سلمی، محمدبن حسین، طبقات الصوفیه، لیدن، 1960م Sələmi, Məhəmməd bin Hüseyn, Sufiyə mərtəbələri, Liden, 1960. نوربخش، سیدمحمد، "سلسله الاولیاء"، جشن نامۀ هانری کربن، تهران، 1345ش/1397ق. Nurbəxş, Seyid Məhəmməd, Silsileyi Oliya(Oliya silsiləsi),Henri Korbənin anım mərasimi ,Tehran,1966.
Tanınmayan və ya qismən tanınan dövlətlər
Tanınmayan və ya qismən tanınan dövlətlər – əhalisi, ərazi idarəetməsi, hüquq və idarə sistemi kimi dövlətçilik əlamətləri olmaqla yanaşı özünü müstəqil dövlət elan etmiş ancaq eyni zamanda BMT üzvləri tərəfindən heç bir diplomatik tanınmaya malik olmayan regionların ümumi adlandırmasıdır. BMT üzvləri tərəfindən bu ərazilər adətən bir və ya bir neçə BMT üzvü olan dövlətin ərazisi kimi tanınır. Ümumilikdə iki növə ayrılır. Birincisi müstəqil dövlətin ərazisi kimi elan edilmiş torpaqlara tam və ya qismən nəzarət edir və de facto özlərini idarə edir. İkincisi isə meydana gələn bu dövlətə və onun ərazisinə hüququ olduğunu iddia edir və de jure dünya ictimaiyyəti tərəfindən də ikincinin ərazisi kimi tanınır. Bundan əlavə suveren dövlətin dünya birliyinin tam hüquqlu üzvü kimi tanınmasına şərait yaradan iki ənənəvi doktrina var. Deklarativ nəzəriyyə müəyyən şərtlər varsa, dövləti beynəlxalq hüquqda insan kimi qəbul edir: müəyyən edilmiş ərazi; daimi əhali; hökumət; digər dövlətlər ilə münasibətə girmək bacarığı. Deklarativ nəzəriyyəyə əsasən dövlətin özü-özlüyündə varlığı onun digər dövlətlər tərəfindən tanınmasınından asılı deyil. İkinci doktrina – konstitutiv nəzəriyyəyə əsasən dövlət beynəlxalq hüququn subyekti kimi yalnız digər beynəlxalq birliyin üzvü olan dövlətin tanınmasından sonra olur. Geosiyası meydanda hər iki nəzəriyyəyə uyğun dövlətlər mövcuddur.
Tanınmayan və ya qismən tanınan dövlətlərin siyahısı