Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Samuray
Samuray (yapon. 侍, yapon dilində "buşi" (武士) sözü də işlənir) — feodal Yaponiyasında — onna-buqeyşa istisna olmaqla, iri suveren şahzadələrdən (daimyo) kiçik zadəganlara qədər dünyəvi kişi feodalları; dar və ən çox işlədilən mənada — xırda zadəganların hərbi-feodal sinfi. "Samuray" və "buşi" sözləri mənaca çox yaxın olsa da, "bu" (döyüşçü) hələ də daha geniş anlayışdır və həmişə samuraylara aid edilmir. Çox vaxt samuraylar və Avropa orta əsr cəngavərliyi arasında bir bənzətmə aparılır, lakin belə bir müqayisə əsasən düzgün deyil. "Samuray" sözünün özü "xidmət et" felinin köhnə qeyri-müəyyən formasından gəlir (yap. 侍 ふ saburau)[1]; yəni samuray xidmət adamıdır. Samuraylar təkcə döyüşçü cəngavərlər deyil. Onlar həm daimyolarının və ya ağalarının cangüdənləri, həm də gündəlik həyatda onun xidmətçiləri idilər. Samurayların əsas silahı iki yapon qılıncı — daisho idi. XIV–XIX əsrlərdə bunlar katana və vakizaşi idi.
Tacura
Tacura—bəzən Tacora, Aralıq dənizi sahilində, Tripolidən 14 kilometr (8.7 mil) şərqdə şəhər. 2001-2007-ci illərdə Tacura Tacura wa Arba rayonun inzibati mərkəzi idi.. Tacura Tripolinin ən çox anti-Qəddafi bölgəsi olduğu bilinir və şəhər Liviya inqilabında yüksək itki vermişdi və məşhur bir adamın Tacura haqqında söylədiyi bir cümlə qalmışdı (Tacura Öməri görmədivə görmək istəmədi).
Maduray sultanlığı
Maduray sultanlığı — 1334–1378-ci illərdə Hindistanda hökm sürən səltənət. == Tarixi == 1334-cü ildə Dehli sultanlığının tərkibindən çıxan Maduray öz sultanlığını elan etdi. Tuğlaqilərin görkəmli nümayəndəsi Qiyasəddin Tuğlaqi (1325–1351) əlindən çıxan torpaqları sultanlığa qaytardı. 1326-cı ildə isə paytaxtı Dehlidən ölkənin mərkəzində yerləşən Deoqir şəhərinə köçürdü. Dehli şəhəri bundan sonra tənəzzül edərək, əvvəlki əhəmiyyətini itirdi. Mərkəzin yarımadanın içərilərinə köçürülməsi şimalda sultanın mövqeyinin zəiflməsinə səbəb oldu. Bundan monqol xanları və Dehli feodalları istifadə etdilər. Ölkənin şimalını bürümüş qiyamların qarşısını almaq məqsədilə Qiyasəddin böyük bir ordu yarada bildi. Bu məqsədlə əhali üzərinə yeni vergilər qoyuldu. Qiyasəddin Tuğlaqi 1329-cu ildə vəziyyətdən çıxış kimi qoşuna gümüş pula verilməli olan məvacibi mis pullarla ödəmək haqqında fərman verdi.
Samuray Cek
Samuray Cek (ing. Samurai Jack) — ABŞ cizgi serialı. Samuray Cek hekayəsi, Feodal Yaponiyada Cek (Fil LaMarr səsləndirir) adlı bir gənc şahzadənin atasının imperiyası cild dəyişən cin Aku (Mako İvamatsu) tərəfindən məhv edilməsindən bəhs edir. Samuray Cek — Internet Movie Database saytında.
Samuray Çamplu
Samurai Champloo (yap. サムライチャンプル, azərb. Samuray Çamplu‎) — Şiniciro Vatanabe tərəfindən yaradılmış yapon anime serialı. Samurai Champloo — Internet Movie Database saytında.
Sonuncu samuray
Sonuncu samuray (ing. The Last Samurai) — rejissor Edvard Zvikin 2003-cü ildə çəkdiyi dram filmi. Film 4 nominasiyada "Oskar" mükafatına namizəd göstərilmiş, 15 mükafata layiq görülmüşdür. 1876-cı ildə Amerika ordusunun kapitanı Natan Alqren Yaponiya imperatorunun dəvəti ilə ölkənin ilk müasir ordusuna təlim keçmək üçün Tokioya gəlir. Yapon ordusuna komandanlıq edən Alqren döyüşdə samuraylara əsir düşür. Samurayların son lideri Katsumoto (Ken Vatanabe) yeni düşmənlərinin kim olduğunu və nə olduğunu anlamaq üçün onun öldürülməsinə icazə vermir və onu yaşadıqları samuray kəndinə aparır. Alqren samuray mədəniyyəti ilə tanış olur və çox təsirlənir. Bir samuray döyüşçüsü kimi hərəkət etməyi, qılınc istifadə etməyi öyrənəndə böyük bir qərarın həddinə gəlir. İki tərəf arasında qalmışdır və şərəfinin doğru yolu göstərməsini gözləyir.
Yeddi samuray
"Yeddi samuray" (yap. 七人の侍) — rejissor Akira Kurosavanın fəlsəfi-dram filmi. Yaponiya, XVI əsrin ikinci yarısı. Bir kəndin sakinləri xəbər tuturlar ki, onların kəndinə köçəri tayfa hücum etmək və arpa ehtiyatlarını götürmək istəyirlər. Onlar 3 kəndlini kəndi qorumaq üçün yalnız yeməyə razı olan samuray tapmağa şəhərə göndərirlər. Çünki kəndlilərin onların haqqını başqa cür ödəməyə imkanıları yox idi. Elçilər təcrübəli döyüşçü Kambey Simadanın oğrunu necə cəzalandırdığının şahidi olurlar. Kəndlilər bu iş haqqında ona danışırlar və Kambey onlara kömək etməyə razılaşır. Tezliklə Kambey özünə roninlərdən çox da böyük olmayan dəstə düzəldir. Onların arasında eləcə də Kambeyin şagirdi olmaq istəyən gənc samuray Kasusiro Okamoto və özünü samuray kimi qələmə verən, əslində isə sadəcə avara olan Kikutiyo də var.
Kəndli samuray
Qoşi (郷士) – Tokuqava dövründə aşağı rütbəli və kəndli samuraylara verilən titul. Qoşi titulu bəzən kənd başçılarına da verilirdi. Qoşilər Tosa və Satsuma hanlarının sosial həyatında vacib yer tutmuşdurlar. Sakomoto Ryoma kimi qoşilər Meyci islahatı zamanı Tokuqava şoqunluğuna qarşı gələrək imperatoru dəstəkləmişdirlər. == Tarixi == Qoşi titulunun yaranma səbəbləri müxtəlifdir. Bəzi samuraylar öz torpaqlarında qalaraq döyüşçü və əkinçi sinifləri arasındakı sosial yeri tutmuşdurlar. XVI əsrin sonlarında Toyotomi Hideyoşi kimi kimi hökmdarlar və daymyolar samurayları torpaqlarından uzaqlaşdırıb qəsrlərə çəkməyə çalışsalar da, qoşilər bu sistemin istisnaları idilər. Bəziləri gördükləri meliorasiya işlərinə görə bu statusa layiq görülmüşdülər. Varlı kəndlilər və tacirlər isə qoşi titulunu pulla alırdılar. 1872-ci ildə Böyük Dövlət Şurası qoşilərin çoxunu şizoku (keçmiş samuray) kimi təsnif etmişdir və nəticədə, Edo dövründəki qeyri-üstünlükləri yox olmuşdurlar.
Etsuko Tahara
Etsuko Tahara — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Mequmu Tamura
Mequmu Tamura (d. 10 yanvar 1927) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Mikloş Tatray
Mikloş Tatray (19 sentyabr 1986) — Macarıstanlı atıcı. Mikloş Tatray Macarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Mikloş Tatray birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 567 xal toplayaraq 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Tacura körfəzi
Tacura (ərəb. خليج تدجورا‎, fr. golfe de Tadjourah) — Afrikanın şərq sahillərində yerləşən körfəz. Aden körfəzinin (Hind okeanı) ən ucqar qərb hissəsidir. Babülməndəb boğazından cənub-qərbdədi, Cibuti və Somalinin sahiliərini əhatə edir. Körfəzin girişində Muça və Maskali adlı adalar yerləşirlər. Cibuti, Tacura və Obok körfəzin əsas limanlarındandılar.
Tauraq qəzası
Tauraq qəzasının ərazisi 4 412 km2-dır.
Əbubəkr Tahiran Əbhəri
Abdullah bin Tahir bin Haris Tayi (d.940) — Şeyx Əbubəkr Əbhəri bin Tahirtiyan adıyla da tanınan arif, zahid və alim ki, nəsəbi Hatəm Tayiyə yetişirdi və Əbhər şəhərində dünyaya gəlmişdir. Yusif bin Hüseyn Razi, Rey və Qohistan şeyxi və Müzəffər Fərmisinin yanında təhsil almışdır. və Əbhər şəhərində vəfat edib və türbəsi bu şəhərdədir. سلمی، محمدبن حسین، طبقات الصوفیه، لیدن، 1960م Sələmi, Məhəmməd bin Hüseyn, Sufiyə mərtəbələri, Liden, 1960. نوربخش، سیدمحمد، "سلسله الاولیاء"، جشن نامۀ هانری کربن، تهران، 1345ش/1397ق. Nurbəxş, Seyid Məhəmməd, Silsileyi Oliya(Oliya silsiləsi),Henri Korbənin anım mərasimi ,Tehran,1966.
Ahura Mazda
Hörmüzd və ya Ahura Mazda (avestaca Əhura Məzda, pəhləvicə: Ohrməzd) — zərdüştiliyin baş, yaradıcı, xeyir tanrısı. == Yaradıcı kimi == Zərdüştilikdə əsas bəhs Hörmüzdün xilqət aləminə olan mehr-məhəbbəti, Sepentaminunun və Əngirəminunun Hörmüzd ilə olan rabitəsinin necəliyi ətrafındadır. Zərdüştiliyin ilkin təlimlərinə əsasən, Hörmüzd öz əndişəsində iki minunu xəlq etmişdir. Bu iki minu xilqətin əvvəl çağlarından xeyirlə şərdən birini seçməyə və öz seçimləri ilə Sepənd və Əngura olmağa vadar edilmişlər. Bu seçki o qədər əsaslı və mühüm idi ki, Sependminu öz düşməni Əngirəminuya (Əhrimənə) demişdir: "Bizim fikrimiz, ayinimiz, meylimiz, seçimimiz, söhbətimiz, əməlimiz, elmimiz və ruhumuz bir-birilə müvafiq deyildir." Hər halda Allah iki minunu xəlq etmişdir, onlardan biri xeyir və yaxşılığı, digəri isə şər və pisliyi seçmişdir. Buna əsasən, ilahi Hörmüzd hər iki minudan ilkindir; baxmayaraq ki, Sepentminu ilə müvafiqdir və Əngireminunu rədd edir. Amma Hörmüzd ilə bu iki minu arasında əvvəlcədən tə’yin olunmuş rabitə sonrakı dövrlərdə dəyişdirildi və bu rabitənin təhlil və dəyişdirilməsinin necəliyi ilə əlaqədar olaraq, zərdüşt dini üç firqəyə bölündü: Sənəviyyani Məzdai, Məsxiyyə və Zərvaniyyə. == Sənəviyyani Məzdai == Bu firqə nur və işıqlığın xaliqi və məzhəri olan Sepəndminunun Hörmüzd ilə eyni səviyyədə olduğuna və Əhrimənin onun müqabilində dayandığına etiqadlıdır. Onlar mütləq işıqlığa və nura pərəstiş edir, hər növ nuru ondan bilir və onu (mütləq işıqlığı) aləmin rəhbəri kimi təqdim edirdilər; bütün yaxşı işləri ona aid edirdilər. Onun adı Hörmüzd, yaxud Xudavənd və yaxud da Yəzdandır.
Ahura Məzda

Sonuncu Samuray (film, 2003)
Sonuncu samuray (ing. The Last Samurai) — rejissor Edvard Zvikin 2003-cü ildə çəkdiyi dram filmi. Film 4 nominasiyada "Oskar" mükafatına namizəd göstərilmiş, 15 mükafata layiq görülmüşdür. 1876-cı ildə Amerika ordusunun kapitanı Natan Alqren Yaponiya imperatorunun dəvəti ilə ölkənin ilk müasir ordusuna təlim keçmək üçün Tokioya gəlir. Yapon ordusuna komandanlıq edən Alqren döyüşdə samuraylara əsir düşür. Samurayların son lideri Katsumoto (Ken Vatanabe) yeni düşmənlərinin kim olduğunu və nə olduğunu anlamaq üçün onun öldürülməsinə icazə vermir və onu yaşadıqları samuray kəndinə aparır. Alqren samuray mədəniyyəti ilə tanış olur və çox təsirlənir. Bir samuray döyüşçüsü kimi hərəkət etməyi, qılınc istifadə etməyi öyrənəndə böyük bir qərarın həddinə gəlir. İki tərəf arasında qalmışdır və şərəfinin doğru yolu göstərməsini gözləyir.
Yeddi samuray (film, 1954)