Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Serpentin
Serpentin – Mg3 (OH)4 [Si2O5] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Xrizotil-asbest (paralel-lifli) və sermatit (dolaşıq-lifli) aqreqatlar; serpofit–mum parıltılı opalabənzər sıx növ müxtəlifliyi. Rəng – müxtəlif çalarlı yaşıl, bəzən ağ, qara, qızılı çalarlı yaşılımtıl-sarı, bozumtul-yaşıl, nadir hallarda yasəməni-göy, pozulmuş şəkildə – qar kimi ağ (xrizotil-asbestdə); solğun, sarımtıl-zeytunu-yaşıl (serpofitdə); Mineralın cizgisinin rəngi – ağ; Parıltı – tutqun, ipəyi, sədəfi, mum; Şəffaflıq – qeyri-şəffafdan şəffafadək; Sıxlıq – 2,5- 2,7; Sərtlik – 2,5-3; lifləri əyilgəndir, lakin elastik deyil, bəzən asanlıqla sınır; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – sıx kütlələrdə hamar və qabıqlı, asbestdə – tikanlı; Başqa xassələr – xrizotil-asbest üçün istiyədavamlılıq, elektrik cərəyanını və səsi pis keçirmək, yüksək adsorbsion qabiliyyəti səciyyəvidir; Morfologiya – mineral aqreqatları: massiv gizlikristallik, paralel- və dolaşıq-lifli. Hiperbazitlərin dəyişilmə məhsulu olub, olivin və enstatitin, nisbətən az hallarda diopsid və hornblendin hesabına əmələ gəlir. Karbonat süxurlarının kontakt dəyişilmələrinin məhsulu kimi onların turş intruzivlərlə kontakt zonalarında əmələ gəlir. Serpentin qrupu minerallarının, xüsusilə onların nikelli növ müxtəlifliklərinin əmələ gəlməsi üçün əlverişli mühit hiperbazitlərin aşınma qabığıdır. Birlikdə rast gəldiyi minerallar: olivin, talk, brusit, karbonatlar. Mineralın tapıldığı yerlər: Teyford-Mayns (Kanada); Skarnum (Norveç); Zabaykalye, Uralda Bajenov yatağı, Alapayev, Krasnoural, Rejevski rayonları (Rusiya); Transvaal (CAR) və b. Azərbaycanda hiperbazitlərin dəyişilmə məhsulu kimi Kiçik Qafqazın ofiolit zonasında geniş yayılmışdır.
Emilia serpentina
Emilia serpentina (lat. Emilia serpentina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Rauwolfia serpentina
Rauvolfia serpentina
İlan rauvolfiyası (lat. Rauvolfia serpentina) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin rauvolfiya cinsinə aid bitki növü.
Terenti Qraneli
Terenti Samsonoviç Kvirkveliya (gürc. ტერენტი სამსონის ძე კვირკველია, daha çox Terenti Qraneli ədəbi təxəllüsü ilə tanınır; 3 iyun 1897, Tsalencixa, Kutaisi quberniyası, Rusiya imperiyası – 10 oktyabr 1934, Tiflis, Gürcüstan SSR, SSRİ) — Gürcü şairi və esseisti, qrafika rəssamı. Terenti Kvirkveliya 1897-ci ildə (digər mənbələrə görə — 1898-ci ildə) Samson Kvirkveliyanın yoxsul kəndli ailəsində anadan olmuşdur. Yeddi yaşında anası İvlitanı itirmişdir. Anası doğuş zamanı həyatını itirmiş, özündən sonra iki qızı və bir oğlunu atasının himayəsində buraxmışdır. Qısa müddət sonar ata yenidən evlənmişdir. Terentinin anası Dariya Meboniya övladlığa götürülmüş uşaqlara doğmaları kimi yanaşmışdı. Xüsusilə bu valideyn istiliyini ömür boyu xatırlayan Terentini çox sevirdi. Ailədə oğlanın istedadını erkəndən görüb onu ibtidai məktəbə göndərirlər və yerli xeyriyyəçi və ictimai xadim Yakov Şanava uşağa kitab oxumaq sevgisi aşılayır və ona kitabxanasından istifadə etməyə icazə verir. Burada gənc Terenti dünya ədəbiyyatının klassikləri ilə tanış olur.
Mentha multiflora var. serpentina
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Mentha arvensis f. serpentina
Çəmən nanəsi (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonimləri == === Homotipik sinonimləri === Calamintha arvensis (L.) Garsault Mentha arvensis var.
Tərpənən və tərpənməz bloklar
Blok — çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə mexanizmlərə aiddir və iki növü vardır: tərpənən və tərpənməz bloklar. Tərpənən blok - qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir. Birinci növ ling - qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir. Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə, o dayaq nöqtəsi ətrafında dönür. Bu qüvvənin qolu blokun OB=2r diametrinə bərabərdir. Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə OA=r - dir. Hec bir mexanizm işdə qazanc vermir Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: F2r=mgr. Buradan , F=mg/2. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Tərpənməz blok - qüvvədə qazanc verməyib, onun təsir istiqamətini dəyişən və qolları bərabər olan ikinci növ lingdir.
Annabelin serpantin rəqsi (film, 1895)
"Annabelin serpantin rəqsi" (ing. Annabelle Serpentine Dance, 1895) — rəngli və səssiz Amerika film, ilk rəngli film. == Ümumi məlumat == Vilyam K. L. Dikson və Vilyam Heizin rejissorluğu ilə 1895-ci ildə çəkilən ilk rəngli filmdir, əl ilə boyama üsulu ilə rənglənib. Film "Edison Manufaktura Kompaniyası" üçün çəkilib.