Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Senitsa
Senitsa (slovak. Senica, alm. Senitz‎, mac. Szenice) — Slovakiyanın qərbində, Trnava bölgəsində şəhər. Əhalisi 23 700 nəfərdir (2004-cü il). Şəhər Zahorska dağ yamaclarının şimalında, Miyava çayının sahilində yerləşir. == Tarix == == Əhali == === Əhalinin etnik mənsubiyyəti === Slovaklar – 94,60 %Çexlər – 1,56 %Qaraçılar – 0,84 %Macarlar – 0,14 %digərləri === Əhalinin konfessional mənsubiyyəti === roma-katolikləri – 47,28 %ateistlər – 31,18 %yevangelik kilsə v.d. – 17,03 %yunan-katolikləri – 0,29 %pravoslavlar – 0,11 %digərləri == Tanınmış Senitsalılar == Vlado Adásek – Slovakiyalı rejissor və ssenari müəllifi. Jozef Bossanyi – tanınmış slovak tarixçisi, dilçi və təbiyətşünası Vladimír Fajnor – (1875 – 1952), siyasətçi Jozef Kvetoslav Holub – slovak pedaqoqu Viliam Pauliny-Tóth – slovak siyasətçisi, belletris və publisisti.
Nera-Beuşnitsa Milli Parkı
Nera-Beuşnitsa Milli Parkı (rum. Parcul Naţional Cheile Nerei-Beușniţa ) - Rumıniyanın qərbində, Karaş-Severin judetstində yerləşən milli park. Park eyni adlı dərə ərazisində yaradılıb. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin II kateqoriyasına daxildir. == Ümumi məlumat == Milli park ölkənin cənub-qərb sərhəddində, Anina dağından cənubda yerləşir. Qoruq Nera çayının orta axarlarını, Bey çayının isə yuxarı axarlarını əhatə edir. 6 mart 2000-ci ildə ərazi milli park elan edilmişdir. Parkın ümumi sahəsi 36,758 hektardır. Ərazi dağlıq relyefi ilə seçilir (dağ zirvərələri, sirklər, yarğanlar, mağaralar, dərələr, kanyonlar və şəlalələr). Milli parkda müxtəlif fauna və flora nümunələri qorunur və onlardan bəziləri nadir və endemik hesab olunur.