Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xəncər (Tipoqrafik)
Tipoqrafik xəncər – † simvolu. "Mətbəə xaçı", "obelisk", "ölü işarə" də adlandırırlar. Bəzən haşiyəni (səhifənin aşağısında xətt altında yazılan mətni, qeydi, izahatı) göstərmək üçün istifadə olunur. Azərbaycan mətbəəçiliyində, praktik olaraq, işlədilmir, "qoşa xaç"dan isə, ümumiyyətlə, istifadə olunmur. Bəzi nəşrlərdə onunla ölüm tarixini göstərirlər, doğum tarixi isə ulduz (*) işarəsi ilə qeyd olunur. Avropa mətbəəçiliyində "xəncər"dən əsasən ikinci haşiyə işarəsi (* ulduzdan sonra), "qoşa xaç"dan isə üçüncü haşiyə işarəsi (* ulduz və † xəncərdən sonra) kimi istifadə olunur. Linqvistikada və bəzən etnoqrafiyada ölmüş dilləri və yox olmuş xalqları göstərmək üçün bu işarədən istifadə olunur. Mötərizədə xəncər (†) isə, demək olar ki, ölmüş dilləri və ya yox olmuş xalqları göstərir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Topoqrafiya
Topoqrafiya bir elmdır ki əməli riyaziyyatı ölçüm texniklər və rəssamlıq hünəri ilə birləşdirir və yer sahəsinin bir qismini cizgi şəklində səhifə üzərində çəkir. eləcə demək olar ki xəritə bir səhifənin üzərində yerin bir sahəsinin üfüqi və kiçilmiş şəkilidir. Topoqrafiya – (rus. топография, ing. topography) /yun.topos-yer, məhəl və grapho- yazıram/- topoqrafik xəritədə məhəlli göstərmək üçün onun xəritələşdirmə üsulunu işləyən – hazırlayan, elm. Aerofotoplanalma, eləcə də kosmik planalma müasir topoqrafiyanın əsas üsullarıdır. Bir sahənin alçaq-ucasın səhifə üzərində çəkilməsinə gərək bir neçə işlər görülə ki bu işlər üç yerə bölünür: 1 — Çöl işləri: Sahəni ayarlamq, dayanacaqların yerin seçmək və ölçüm işlərini görmək. 2 — Mühasibat 3 — Xəritənləri yaratmaq: İstənilmiş miqyas ilə Çöldə görülmüş işlər dəqiq Mühasibat işlərindən sonra bir səhifə üzərində çəkilir. Topoqrafiya elmi iki əsas bölməyə bölünür: 1 — Topolojiya, ki yerın necə düzəlməsini ayarlayır. 2-Topometriya, ki ölçüm sənəti və yerın zahiri şəklini ayarlayır.
Topoqrafik xəritə
Topoqrafik xəritə — iri miqyasda tərtib olunan coğrafi xəritə. Xəritə vərəqində kartoqrafik təsvirin, əlavə məlumatların və başqa elementlərin yığcam şəkildə yerləşdirilməsinə xəritənin kompanovkası deyilir. Obyektlər topoqrafik xəritələrdə aşağıdakı kimi müxtəlif rənglərlə və işarələrlə təsvir olunur: Su obyektləri – hidroqrafik obyektlər (göllər, su anbarları, sahil xətləri, çaylar, kanallar, bulaqlar və s.) mavi rənglə; Bitki örtüyü yaşıl rənglə (hətta meşənin çeşidi (qurumuş, cavan və s.) tərkibi (enli iynəyarpaq) şərti işarələrlə, meşədə üstünlük təşkil edən ağacların adı isə ixtisarla verilir); Qrunt işarələri topoqrafik xəritələrdə bataqlığın, şoranlığın və qumluqların şərti işarələri ilə göstərilir. Yaşayış məntəqələri - şəhər, qəsəbə, kəndlər daimi və müvəqqəti yaşayış yerlərinə bölünməklə təsvir olunur. Yollar və rabitə vasitələri topoqrafik xəritələrdə xətti və miqyassız şərti işarələrlə təsvir olunur. Relyef horizontallarla təsvir olunur. Məzmunu, müfəssəlliyi və həndəsi baxımdan yüksək dəqiqliyi ilə fərqlənir. Topoqrafik xəritə icmal topoqrafik, xüsusi (həqiqi) topoqrafik və topoqrafik planlara bölünür: Kiçik miqyaslı topoqrafik xəritə - 1:1000000, 1:500000, ikinci qrupa 1:200000, 1:100000 Orta miqyaslı topoqrafik xəritə1:500000, 1:25000 İrimiqyaslı Topoqrafik xəritə 1:10000, 1:5000 həm də bu xəritələr 1:2000, 1:1000, 1:500 miqyaslı xəritələr aid edilir. Topoqrafik xəritənin coğrafi məzmununa bütün təbii və sosial iqtisadi obyektlər daxildir. Bütün obyektlər qəbul edilmiş şərti işarələrlə göstərilir.